Adını və soyadını dəyişənə iPhone 7 verilir
18 Oktyabr 2016 06:00 SosialUkraynadakı "Allo" mağazalar şəbəkəsi qəribə aksiya elan edib. Aksiyaya oktyabrın 17-də start verilib.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, aksiyanın şərtlərinə görə, adını və soyadını rəsmən dəyişərək "Sim Ayfon" kimi yazdıran ilk beş vətəndaşa cəmi 1 qrivna ödəməklə qara rəngdə yeni İphone 7 smartfonu veriləcək.
Aksiyanın hansı məqsəd daşıdığı məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00