Pentaqon: Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var

Hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

"Başlanan əməliyyat irimiqyaslı olacaq. Hələ ki əməliyyat plan üzrə gedir. Orada olan azsaylı  ABŞ hərbçiləri məsləhətçi qismində çıxış edir. Biz onların məruz qaldığı riskləri minimuma endirmək üçün çalışırıq", deyə P.Kuk bildirib.

O, həmçinin Mosulun böyük şəhər olduğunu və hərbi əməliyyatların uzun müddət davam edəcəyini vurğulayıb.

Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31