Dünya

UNO-ların paradı: yadplanetlilərin şok görüntüləri - VİDEO

21 Noyabr 2016 17:48

ABŞ-da Miçiqan gölünün üzərində sirli uçan obyektlərin paradının videogörüntüləri çəkilib.

Yoxsul olmaq görün ömrü nə qədər azaldırmış... – ELMİ ARAŞDIRMA

21 Noyabr 2016 17:35

ABŞ-da varlı həyat tərzinin insan ömrünə təsirilə bağlı araşdırma aparılıb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma həm qadınlar, həm də kişilərlə bağlı həyata keçirilib.

Müsəlman mer "Volkswagen"dən kompensasiya tələb edib

21 Noyabr 2016 17:31

Londonun müsəlman meri Sadiq Xan "Volkswagen" avtomobil şirkətindən külli miqdarda kompensasiya tələb edib.

Türkiyə bu qanunla çalxalanır

21 Noyabr 2016 17:00

“Cinsəl istismara məruz qalan şəxs  təcavüzcüsü ilə evləndirilsin” Son günlər Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərar ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Məşhur simalar və sadə insanlar sosial şəbəkələrdə öz səslərini duyurmağa çalışırlar. Ölkə mətbuatında tez – tez işıqlanan qadına  şiddət və uşaq təcavüzünə qarşı qəbul edilən qanun ümidləri doğrultmayıb. Cinəyatkarlara qarşı sərt cəza tədbirlərini gözləyən vətəndaşların qanunda qeyd olunan, “Cinsəl istismara məruz qalan şəxs  təcavüzcüsü ilə evləndirilsin”, hissəsi etirzlara səbəb olub.

Universitetlərdə maarifləndirmə tədbirləri keçiriləcək

21 Noyabr 2016 16:56

Təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılacaq.

İşdən çıxarılan avtobus sürücüləri özlərini çarmıxa çəkdilər

21 Noyabr 2016 16:20

Hər kəs İsa peyğəmbərin çarmıxa çəkilməsindən xəbərdardır. İnsan bunun təkraredilməz hadisə olduğunu düşünür. Əfsuslar olsun ki, bu belə deyil. Çünki indinin özündə də insanlar çarmıxa çəkilirlər. Amma bunun fərqli səbəbləri var: kimisi mövcud problemə diqqət çəkmək istəyir, kimisi adət və ənənəyə görə buna məcbur olur, kim üçünsə bu, sadəcə özünü ifadə formasıdır.

Son dəqiqə - Türkiyədə TERROR: yaralılar var

21 Noyabr 2016 16:09

Şırnakın Uludərə bölgəsində, İraqla sərhəd ərazidə hərbi bazaya gedən yolu təmir edən şirkət avtomobili partladılıb.

Putin: “Saakaşvilinin qubernatorluğu odessalıların üzünə tüpürmək idi” 

21 Noyabr 2016 15:56

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa şəhərinin sabiq qubernatoru Mixail Saakaşvilini vaxtilə bu pozta təyin olunmasını odessalılara və bütövlükdə ukraynalılara təhqir hesab etdiyini bildirib. SİA xəbər verir ki, Putin bu barədə rejissor Oliver Stounun “Ukrayna atəşdə” adlı flmi üçün verdiyi müsahibəsində deyib. “Bu bir təhqirlə yanaşı, həm də odessalıların üzünə tüpürmək idi”-deyə qeyd edən Rusiyanın dövlət başçısı həmçinin xatırladıb edib ki, Mixail Saakaşviliyə ABŞ-a getmək üçün hətta işçi səfəri vizası belə verilməyib. O, bunu belə əlqələndirib ki, Saakaşvilini işlə təmin etmək istəyən Amerika universitetləri onu daimi şəkildə işə görmək istəməyiblər.

Qətliama səbəb olan meymun

21 Noyabr 2016 15:54

Gərginliyin hökm sürdüyü Liviyada tragikomik hadisə baş verib. Ölkənin cənubundaki Səbha şəhərində bir meymun çoxlu sayda insanın ölümünə səbəb olub. Şəhərdə yaşayan Kaddadfa qəbiləsinə aid bir mağaza sahibinin meymunu məktəbli qızlara hücum edib və şagirdlərdən birinin baş örtüsünü alaraq qaçıb. Məktəbli qızın ailəsi  – Süleyman qəbiləsindən olan silahlı şəxslər meymunun sahibibini qətlə yetiriblər. İki qəbilə arasında baş verən dörd günlük silahlı qarşıdurma nəticəsində 16 nəfər həlak olub, çoxlu sayda yaralılar var.

Türkiyədə Milli Dirçəliş Günü qeyd edilib

21 Noyabr 2016 15:52

Antalya Azərbaycan Mədəniyyət, Təhsil və Birlik Dərnəyinin təşkilatçılığı ilə qardaş ölkədə 17 niyabr Milli Dirçəliş Günü qeyd edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə qardaş ölkədə fəaliyyət göstərən çoxsaylı təşkilat və cəmiyyətlərin, dərnəklərin nümayəndələri iştirak edib. Bayram tədbirində çıxış edən dərnəyin sədri Aynur Məmmədova Milli Dirçəliş Günü barədə iştirakçıları məlumatlandırıb, o dövrün siyasi hadisələri barədə toplaşanlara ətraflı bilgi verib. Daha sonra o, Azərbaycanın bu günkü durumu barədə söhbət açıb. Bayram tədbiri çay süfrəsi ətrafında davam edib.

Soyqırımı hər ölkə qəbul edə bilər

21 Noyabr 2016 15:37

Müdafiə naziri: “Ancaq bu, heç nəyi dəyişmir” Erməni lobbisi son dövrlərdə tarixdə olmayan "erməni soyqırımı" ilə bağlı daha aktiv fəaliyyət göstərməkdədir. Belə ki, hər dəfə ifşa olunmalarına baxmayaraq erməni diasporu və onların ssenarisi üzrə hərəkət edən buyruq qulları istənilən beynəlxalq tədbirdə sözügedən məsələni qabartmağa cəhd göstərirlər.

Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən gedir

21 Noyabr 2016 15:23

ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özü bəyan edib.

Turan Yazqan əmanəti

21 Noyabr 2016 15:10

Təəssüf ki, bu əmanəti qoruya, ona sahib çıxa bilmədik ONUN vəfatı xəbərini Şimali Kipr Türk Respublikasında səfərdə olarkən aldım. Səhər saatlarında oğlumdan telefonda hıçqırtı ilə “Ata müdürümüz Əli Devrim öldü” xəbərini eşidəndə belə inanmadım. Bunun sanki bir zarafat, yaxud qeyri-dəqiq informasiya olduğunu düşündüm. Təəssüflər olsun ki, heç də hər zaman hər şey düşündüyün kimi olmur. Elə “Ata müdürümüz Əli Devrim öldü” xəbəri də düşündüyüm kimi olmadı. Artıq sosial şəbəkələr, xəbər portalları Türk Dünyası Araşdırmlar Vəqfi Bakı Atatürk Liseyinin müdiri Əli Devrimin vəfatı barədə xəbərlər yayırdı.

Ana Vətəndən Yavru Vətənə

21 Noyabr 2016 15:06

Yaxud 6 illik fasilədən sonra yenidən Kipr yolçuluğu Aradan keçən altı ildən sonra yenə yolumuz Şimali Kipr Türk Respublikasına düşdü. Şimali Kiprin Bakı nümayəndəliyinin təşəbbüsü və bu ölkənin Xarici İşlər Nazirliyinin dəvəti əsasında reallaşan səfərdə KIV nümayəndəsi olaraq Azərbaycandan yalnız mənim iştirakım daha çox qürurverici idi. Eyni zamanda mənim üçün ötən altı il ərzində Şimali Kiprdə nələrin dəyişdiyi, hansı müsbət və ya mənfi hallarla rastlaşacağım olduqca maraqlı idi. O səbəbdən səfərin başlamasını səbrsizliklə gözləyirdim.

Dükanını bədəni ilə tanıdır - FOTO

21 Noyabr 2016 14:56

Amerikalı supermodel Kayli Cenner yaratdığı kyliejennershop onlayn-dükanını reklam etmək üçün İnstaqram-da yarıçılpaq fotolarını paylaşmaqdadı.