Türkiyədə Milli Dirçəliş Günü qeyd edilib
Antalya Azərbaycan Mədəniyyət, Təhsil və Birlik Dərnəyinin təşkilatçılığı ilə qardaş ölkədə 17 niyabr Milli Dirçəliş Günü qeyd edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə qardaş ölkədə fəaliyyət göstərən çoxsaylı təşkilat və cəmiyyətlərin, dərnəklərin nümayəndələri iştirak edib. Bayram tədbirində çıxış edən dərnəyin sədri Aynur Məmmədova Milli Dirçəliş Günü barədə iştirakçıları məlumatlandırıb, o dövrün siyasi hadisələri barədə toplaşanlara ətraflı bilgi verib. Daha sonra o, Azərbaycanın bu günkü durumu barədə söhbət açıb. Bayram tədbiri çay süfrəsi ətrafında davam edib.
21 Noyabr 2016 15:52 DünyaAntalya Azərbaycan Mədəniyyət, Təhsil və Birlik Dərnəyinin təşkilatçılığı ilə qardaş ölkədə 17 niyabr Milli Dirçəliş Günü qeyd edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə qardaş ölkədə fəaliyyət göstərən çoxsaylı təşkilat və cəmiyyətlərin, dərnəklərin nümayəndələri iştirak edib. Bayram tədbirində çıxış edən dərnəyin sədri Aynur Məmmədova Milli Dirçəliş Günü barədə iştirakçıları məlumatlandırıb, o dövrün siyasi hadisələri barədə toplaşanlara ətraflı bilgi verib. Daha sonra o, Azərbaycanın bu günkü durumu barədə söhbət açıb. Bayram tədbiri çay süfrəsi ətrafında davam edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Antalya Azərbaycan Mədəniyyət, Təhsil və Birlik Dərnəyinin rəsmi açılış mərasimi olub. Mərasimdə qardaş ölkənin tanınmış media orqanları da iştirak edib.