Dünya
Qalmaqallı aparıcı terrorizmdə ittiham olunur
Rusiyanın məşhur "Revizorro" verilişinin aparıcısı Yelena Letuçaya təzyiqlərə məruz qalıb. Proqramın Moskva sezonu zamanı Yelena olduqca məşhur olan restoranlara baş çəkib. "Odessa-mama", "Deti Rayka" kimi restoranlarda aşkarladığı natəmizlik, vaxtı ötən qida məhsulları böyük qalmaqala səbəb olub. "Odessa-mama" restoranında bir nəfər Yelenaya hücum edib, onu soyuducuda bağlayıb, daha sonra isə üzərinə bir vedrə su töküb.
“Yüksək sosyete” – yə vida
Ötən il Star TV – də nümayiş olunan və yüksək reytinq ilə tamaşaçılar tərəfindən maraqla izlənən “Yüksək sosyete” serialı yaxın günlərdə tamaşaçılarla vidalaşacaq. Çəkiliş qrupu “Yüksək sosyete” – nin reytinqinin günbəgün aşağı düşdüyünü etiraf ediblər. Bu səbəblə də serialın çəkilişlərinə son verməyi qərarlaşdırıblar. Qeyd edək ki, bu həftə “Yüksək sosyete” – nin sonuncu – final bölümü yayımlanacaq. Qeyd edək ki, xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Rusiya 4 min 126 vaqon hərbi yükü qərb istiqamətində daşıyacaq
Rusiyanın Müdafiə Nazirliyi 2017-ci ildə hərbi yükləri daşımaq üçün 5 min 265 vaqon fraxt edib. Bunun 4 min 126 vaqonu yükləri qərb sərhədləri istiqamətində, Belarus ərazisinə daşıyacaq.
Qaynatasını öldürdü, azadlığa çıxdı
Ötən gün Türkiyədə bıcaqlanan yaşlı kişinin qatilinin kimliyi məlum olub. Belə ki, qonşuları cəsədi qonşuları tərəfindən qaldığı binanın pilləkanlarından tapılan şəxsin amansızlıqla qətlə yetirildiyi söylənilirdi. Məhkəmə Tibbi ekspertiziyanın müayinəsindən sonra məlum olub ki, öldürülən Çetin B – yə 11 bıcaq zərbəsi vurulub. Həyat yoldaşı Bursada yaşayan qızına qonaq gedən, oğlu Selcuq B. – nin işlədiyi fabirkdə gecə növbəsində olması ərəfəsində qətlə yetirilən təqaüdçünün ölümündə yeganə şübhəli şəxs gəlin Meryem B idi.
Tramp prezident təyyarəsindən imtina etdi
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp dövlət başçısı üçün nəzərdə tutulmuş xüsusi təyyarənin - "Air Force One"ın inşası ilə bağlı Boeing korporasiyası ilə bağlanmış müqavilənin ləğvini tələb edib.
Suriyada 6 türk hərbçi yaralandı
Türkiyə Silahlı Qüvvələrinin "Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatında iştirak edən hərbçilərindən altısı Suriyanın Əl-Bab bölgəsində yaralanıb. Yaralı hərbçilər Türkiyənin Kilis şəhər dövlət xəstəxanasına yerləşdiriliblər.
Ermənilər bu dəfə Müslüm Maqomayevi hədəf seçdilər - SƏRSƏMLİYİN HƏDDİ YOXMUŞ
"Dünyaca məşhur müğənni, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin erməni kökləri aşkarlanıb. Sovet estradasının ulduzu, milyonlarla insanın kumiri, sən demə, Çar Rusiyası dönəmində Vladiqafqaz hərbi dairəsinin rəisi, erməni İvan Xanjalovun nəticəsidir".
Türkiyə qırıcılarının terrorçuları məhv etmə anları - VİDEO
Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD mövqələrini atəşə tutub.
Evlilik verilişinə qatılan azərbaycanlı qız transseksual imiş?
Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı gəlin namizəd haqqında sensasion iddia səsləndirilib. A24.az Xəbər verir ki, Esmira adlı azərbaycanlı xanımın transseksual olduğu iddia edilir. Belə ki, İnstaqramda "Zuhal Topalla İfşa" səhifəsi onun əməliyyatdan əvvəlki fotosunu yayıb.
Təyyarə qəzaya uğradı
Fransanın İsveçrə ilə müştərək istifadə etdiyi Bazel-Mükyuz hava limanında bu səhər qəza baş verib. İki mühərrikli Pipper PA-34 tipi təyyarə eniş zamanı zolağa çırpılıb. Təyyarədəki iki nəfərin hadisə yerindəcə dünyasını dəyişdiyi bildilir. Hal – hazırda hava limanında uçuşların dayandırıldığı xəbəri yayılıb. Haval imanına gələn təyyarələr yaxınlıqdakı limanlara istiqamətləndilir. Qeyd edək ki, xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Belçikada ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürüldü
Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) “Challenger” yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Sarkisyan Azərbaycanın işğal altında olan ərazilərinə gəlir
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərə yola düşüb. Səfər 3 gün davam edəcək. Son illər o, Dağlıq Qarabağa tez-tez belə səfərlər edir. Xəbərdə bildirilib ki, səfərdə məqsəd işğalçı "ordu"nun vəziyyətini yoxlamaqdır. Report.az
23 yaşlı tələbənin intihar səbəbi bilindi: atası zorlayıb
Ötən gün Türkiyənin Marmara Universiteti Biologiya Müəllimliyi fakültəsinin 23 yaşlı tələbəsi Sənəm Melis Balkay qaldığı yataqxanada özünü asaraq intihar edib.
Ermənistanda məmur rüşvət üstündə tutuldu
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən İrəvan şəhər meriyasının şəhərsalma idarəsinin rəisi rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Bu barədə MTX-nın yaydığı məlumatda bildirilir.
“NATO həmin bazaları işə salsa...”
Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq. Onun sözlərinə görə, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.














