Dünya
Nazın keçmiş nişanlısı Bahaya şok evlilik təklifi
Türkiyənin evlilik verilişində azərbaycanlı gəlin namizədi Naz Mila ilə ayrılığından sonra Bahaya növbəti dəfə "elçi" çıxıb.
Dini kitablar dənizə atıldı
Türkiyənin Tekirdağ bölgəsinin Çorlu qəsəbəsində dənizə atılmış çoxlu sayda Qurani – Kərim və digər dini məzmunlu kitablar tapılıb. Denizdən toplanan kitabları Çorlu Dini idarəsi təhvil alıb.
Amerikalı turisti öldürən gəncə 11 il iş kəsildi
Telavidə bu ilin avqust ayında baş verən qətl hadisəsi sonadək araşdırıldıqdan sonra məhkəmə cinayət işinə baxıb. Məlumata görə, avqust ayında Gürcüstan vətəndaşı 20 yaşlı Kaxeti sakini Mixail Çinçaraşvili ABŞ vətəndaşı Frits Volfanq Musseri mübahisə zəminində bıçaqlayıb. Bu barədə Gürcüstanın baş prokurorluğunun saytındakı məlumatda bildirilib.
Tramp: “Yeni administrasiya ABŞ tarixinin ən yaxşısı olacaq”
“Amerikanın yeni administrasiyası Birləşmiş Ştatların tarixində ən yaxşısı olacaq”. Bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçicləri ilə keçirdiyi görüşündə bəyan edib.
Ermənistan baş nazirinin müşavirləri hərbi xidmətdən yayınıblar
Ermənistanın yeni baş naziri Karen Karapetyanın müşavirləri və köməkçilərinin əksəriyyəti orduda xidmət etməyib.
Valyutadəyişmə məntəqəsinə basqın edilib
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs valyutadəyişmə məntəqəsinə hücum edib.
Əmək naziri kim olacaq?
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın əmək naziri postuna "fast-fud" sahəsində fəaliyyət göstərən sahibkar Endi Pazderin namizədliyini irəli sürüb.
Türkiyədə avtobus aşdı: xeyli sayda yaralı var
Türkiyədə ağır yol qəzası baş verib. Səhər saatlarında Afyonkarahisar vilayətinin Dinar rayonunda sərnişin avtobusu yolun kənarına aşıb.
Daha 3 bank fəaliyyətini dayandırdı
Rusiya Bankı (Mərkəzi Bank) daha üç kommersiya bankı - "M2M Private Bank", "Vega-Bank" və "Beynəlxalq İnkişaf Bankı"nın lisenziyasını geri çağırıb. Cari il noyabrın 1-nə "M2M Private Bank" aktivlərin həcminə görə Rusiyadakı bankların siyahısında 164-cü yeri tutub. Mərkəzi Bankın açıqlamasında bildirilib ki, kredit təşkilatı keyfiyyətsiz aktivlərə vəsait yatırıb və risklər üzrə ehtiyat yaratmayıb. Aktivlərin keyfiyyətinin qeyri-kafi olması ilə bağlı Bank kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməyib.
Zəlzələ İndoneziyada 12 minə yaxın binaya ziyan vurdu - VİDEO
"İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb". Bunu İndoneziyanın Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin operativ mərkəzinin əməkdaşı Yuyun Yuhana deyib.
Növbəti il mobil proqramlar üçün xərclər 166 milyard dollara çatacaq
"App Anie" analitik mərkəzi hesablama apararaq 2017-ci ildə mobil əlavələr üçün ümumi xərclərin 166 milyard dollara çatacağını açıqlayıb. Bu məbləğin 65 milyard dolları istifadəçilərin, 101 milyard dolları reklamçıların xərclərini təşkil edir.
Düşüncə ilə idarə olunan ekzoskelet iflic olmuş insanların hərəkətini sabitləşdirəcək
Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış neyron interfeysinə malik ekzoskelet qismən iflic olmuş pasiyentlərin hərəkətini sabitləşdirəcək.
Britaniyalı alimlər gələcəyin akkumulyatorları üçün polimer materialı yaradıblar
Böyük Britaniyalı alimlərdən ibarət qrup tərəfindən hazırlanmış polimer materialı elektrolitlər əsasında həllərlə müqayisədə akkumulyatorların işini daha səmərəli edəcək. Belə batareyaların tutumu 10 min dəfə artacaq və bir neçə dəqiqə ərzində enerji ilə doldurulacaq. Elmin bu nailiyyətindən, həmçinin elektriklə işləyən avtomobillərdə istifadə etmək olar.














