Dünya
Yük maşını yerüstü keçidə ilişdi: yolda tıxac yaranıb - VİDEO
İstanbulda D-100 Karayolunda TIR yerüstü keçidə ilişib. Qəza səbəbiylə D-100 Ankara istiqamətində uzun-uzadı avtomobil sıxlığı yaranıb. Qəza saat 09.30 radələrində qeydə alınıb. Yük maşınının yerüstü keçidə ilişməsi nəticəsində piyada keçidinə ciddi ziyan dəydiyi deyilir. Milli.az
Rusiyada azərbaycanlı həbsxana işçisi güllələndi
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində əslən Azərbaycandan olan şəxs güllələnərək öldürülüb. Rusiya Federasiyası vətəndaşı, 1989-cu il təvəllüdlü, Dağıstanda cəzaçəkmə müəssisələrinin birində nəzarətçi işləyən Vəliyev Məhəmməd Ağakərim oğlu Dağıstanın Xasavyurd rayonunda yaşayıb.
Putin: "Trampla istənilən vaxt görüşməyə hazıram"
Rusiya prezidenti Vladimir Putin istənilən vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyə hazır olduğunu deyib. V. Putin hesab edir ki, əvvəlcə Donald Trampın öz administrasiyasını formalaşdırmasını və səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır: "Bizim tərəfdən heç bir problem yoxdur. Amma fikrimcə, hazırda yeni administrasiyanın formalaşdırılmasının çətin mərhələsi gedir. Gərək səbirli olaq və administrasiyanın tam formalaşmasını gözləyək".
Mussolininin nəvəsi Avropa Parlamentinin üzvü oldu
İtaliyalı diktator Benito Mussolininin nəvəsi Alessandra Mussolini mərkəz-sağ Avropa Xalq partiyasının Avropa Parlamentindəki fraksiyasının üzvü olub. Alessandra Mussolini Assambleyada Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların tezliklə ləğv edilməsinə dəstək olan "İrəli, İtaliya" partiyasının fəal deputatıdır. Azvision.az
Gənc müğənni millət vəkili olmaq istəyir
Hər zaman mahnıları və yaşadıqları ilə gündəmə gələn türkiyəli müğənni Sinan Akçıl bu dəfə də maraqlı açıqlamaları ilə gündəmi zəbt edib. Belə ki, Mayamiyə gedən ifaçı, Cənubi Amerikada yaşamağı planlaşdırır. İspan dilinə maraq göstərən müğənni artıq dil dərslərinə başlayıb. Mətbuata verdiyi açıqlamasında Sinan Akçıl “Türkiyədə səsini bəyəndiyim, mahnılarımı ifa etməyən bir şəxs var idi. O da İbrahim Tatlısəs idi. İbrahim bəyin yeni çıxacaq albomunda artıq iki yeni mahnım yer alıb.
Ölümündən 3 dəqiqə öncə rəfiqələrinə bu mesajı göndərdi
Beşiktaşda "Vodafon Arena" stadionunun çıxışında törədilən terror zamanı ağır yaralanan və çatdırıldığı xəstəxanada ötən gün dünyasını dəyişən 28 yaşlı Selin Poladın partlayışdan 3 dəqiqə əvvəl dost-tanışına "Gəlirəm" mesajı yazdığı məlum olub.
Türkiyəni sındırmaq mümkün olmayacaq
Dekabrın 10-da İstanbul şəhərində yerləşən “Beşiktaş Vodafone Arena” stadionunun yaxınlığında törədilmiş terror aktı bütün türk dünyasını sarsıdıb. Terror aktı nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə vətəndaş yaralanıb. Baş verən hadisə nəticəsində günahsız insanların həyatına son qoyulsa da, bu qanlı olayın Türkiyənin müstəqilliyinə hədəfləndiyi gün kimi aydındır. Saxlanılan şübhəli şəxslərin ifadələrindən bəlli olur ki, antiTürkiyə mərkəzləri tərəfindən idarə olunan kamikadzelər uzun müddət ərzində hazırlıq təlimlərinə cəlb ediliblər.
Suriya cəbhəsində yeni mübarizə
Qərb və Rusiyanın Yaxın Şərq uğrunda apardığı mübarizə özünün yeni mərhələsinə qədəm qoyur. Xüsusilə, Suriyaya nəzarət, bu ölkədəki maraqlarını təmin etmək baxımından hər iki güc mərkəzi ciddi mübarizəyə qoşulub. Son aylar Rusiyanın Suriyadakı mövqelərinin möhkəmlənməsi və bunun da Bəşər Əsədin mövqelərinin möhkəmlənməsi isə nəticələnməsi Qərbi adekvat addımlar atmaq məcburiyyətində qoyub. Belə ki, Əsəd ordusunun müxalif cəbhəyə və bu ölkədə özünə mövqe tapmış İŞİD terror təşkilatına qarşı son günlər həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar Qərbin ikincilərə dəstək nümayiş etdirməsi ilə nəticələnib. Məhz bu dəstəyin nəticəsi olaraq son iki gündə İŞİD terror təşkilatı əsaslı dərəcədə möhkəmlənərək itirilmiş mövqelərini bərpa edib. Hadisələrin bu cür cərəyan etməsini dəyərləndirən ekspertlər də hesab edirlər ki, bununla Suriya cəbhəində yeni bir mübarizə başlayır.
10 yaşlı qızın kübar həyatı və sevgilisi
10 yaşlı Tanyanın "Instagram"da paylaşdığı şəkillər Rusiyada böyük müzakirələrə səbəb olub. Rusiyanın məşhur klip rejissorlarından birinin qızı 10 yaşlı Tanyanın sürdüyü zəngin həyat tərzi və sevgilisinin olması Rusiyada böyük narazılıqla qarşılanıb. 10 yaşlı qızcığaz hər gün bir neçə foto paylaşır. Sevgilisi ilə paylaşdığı fotoların birinə isə belə bir şərh yazıb: "Biz artıq 1 ildir ki, bir yerdəyik". 10 yaşlı Tanyanın artıq 100 mindən çox izləyicisi var. Aznews.az
"Putin mənə heç nə təklif etməyib" VAHİD ƏLƏKBƏROV
"Biz, başqa söhbətlər aparmışıq" Rusiya prezidenti Vladimir Putin “LİKOİL” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərova “Rosneft” şirkətinin özəlləşdirilməsi ilə bağlı təklif etməyib. SİA xəbər verir ki, bu barədə “İntefax” agentliyi yazır.
Ankaraya ŞOK: ABŞ PKK-ya zenit-raket kompleksi verdi
ABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir.
Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək
ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək. Bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
Rusiyada 42 terror aktının qarşısı alınıb
Bu il Rusiya xüsusi xidmət orqanları 42 terror aktının qarşısı aıb. Report xəbər verir ki, bu barədə bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.
Yaşlı qadın Buraka: "Siz kimsiz ki?.."
Türkiyənin məşhur aktyoru Burak Özçivit ötən gün sahildə gəzərkən maraqlı anlar yaşayıb. Gəzinti zamanı aktyorun yanına yaxınlaşan yaşlı qadın Burakı təəccübləndirib.
Hələbdə 375 İŞİD döyüşçüsü silahı yerə qoydu - VİDEO
Hələbin şərq hissəsində sutka ərzində 375 İŞİD döyüşçüsü silahı yerə qoyub. Bu barədə Suriyada Rusiyanın müharibə edən tərəflərin barışdırılması üzrə mərkəzi məlumat yayıb.














