Dünya

Ən yüngül noutbuk təqdim edilib

20 Dekabr 2016 19:26

“Samsung” şirkəti nazik korpuslu yenilənmiş kompakt “Notebook 9” noutbukunu təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Samsung Notebook 9” yüksək məhsuldarlığı təmin etməklə portativliyin bütün üstünlüklərini saxlayır. Çəkisi 800 qram təşkil edən 13,3 düym ekranlı qurğu hazırda bazarda ən yüngül noutbuk hesab edilir. Noutbukun displeyi 180 dərəcə əyilir ki, bu da təqdimat və fotoşəkillərin nümayişi zamanı xüsusilə rahatlıq yaradır.

Başqa qurğuları enerji ilə doldurmağa imkan verən smartfon təqdim olunub

20 Dekabr 2016 19:20

Çinin “Gionee” şirkəti 26 dekabr tarixində “Gionee M2017” smartfonunu rəsmən təqdim edəcək. Sözügedən aparatda akkumulyatorun tutumu 7000 milliamper/saat təşkil edir. Bu, smartfon bazarında ən güclü batareyalardan biridir. Smartfon, həmçinin başqa qurğular üçün kənar akkumulyator kimi istifadə edilə bilər.

Fahriye və Enginin serialı nə zaman başlayır?

20 Dekabr 2016 19:15

Fahriye Evcen, Engin Akyürek və Sarp Levendoğlunun baş rollarda çəkiləcəyi "Ölene kadar" serialı ilə bağlı son məlumatlar yayılıb.

Kiberhücumlar 2021-ci ilədək dünya iqtisadiyyatına 6 trilyon dollar ziyan vuracaq

20 Dekabr 2016 19:15

Kibercinayətkarlıq bəşəriyyətin növbəti 20 ildə qarşılaşacağı ən ciddi problemlərdən biri olacaq. Belə ki, “Juniper Research” şirkətinin tədqiqatına görə, 2019-cu ilədək dünya iqtisadiyyatının kiberhücumlardan ümumi itkiləri 2,1 trilyon dollar təşkil edəcək, “Cybersecurity Ventures”in proqnozuna görə, 2021-ci ilədək bu göstərici 6 trilyon dollara çatacaq.  

Hər seriya üçün 50 min qazanacaq

20 Dekabr 2016 19:10

Məryəm Uzerli "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında hər seriya üçün 50 min lirə (təxminən 25 min manat) alacaq.

Kıvanç Tatlıtuğ "İlin adamı" oldu

20 Dekabr 2016 19:06

Məşhur "GQ" kişi jurnalının kişi versiyası başa çatmaqda olan ilin yekunlarını açıqlayıb. Jurnalın Türkiyə versiyası "İlin adamı" və "İlin ən yaxşı aktyoru" nominasiyasına Kıvanç Tatlıtuğu layiq görüb. Bu nominasiya aktyora "Cəsur və Gözəl" filmində oynadığı roluna görə verilib.

Türkiyədə qətlə yetirilən səfirin cənazəsi Rusiyaya göndərilib

20 Dekabr 2016 18:36

Dünən Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun cənazəsi təyyarə ilə Rusiyaya göndərilib. 

Belarusun baş naziri: "Azərbaycandan neft alışı üzərində iş gedir"

20 Dekabr 2016 18:33

2016-cı ilin oktyabr ayında Moskva və Minsk neft-qaz sahəsinə aid bütün məsələləri həll edib, lakin Rusiya tərəfi öz mövqeyini dəyişib. Bunu "Reuters" agentliyinə müsahibəsində Belarusun baş naziri Andrey Kobyakov bildirib.

Rus səfiri güllələyən Mertinin sevgilisi də həbs edildi

20 Dekabr 2016 18:01

Rusiyanın Ankarada səfirini qətlə yetirən Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar açıqlanıb. Bu səhər qatilin dayısı da həbs edilib.

İran vətəndaşlarına Türkiyəyə səfər etməmələri barədə xəbərdarlıq etdi

20 Dekabr 2016 17:53

İranın Xarici İşlər Nazirliyi dekabrın 20-də vətəndaşlarını Türkiyəyə səfər edərkən ehtiyatlı olmağa çağıran bəyanatla çıxış edib.

Zaxarova XİN başçılarının görüşündə ağladı

20 Dekabr 2016 16:52

Bu gün Rusiya, İran və Türkiyə XİN başçılarının Moskvada baş tutan görüşündə duyğulu anlar yaşanıb. Suriya məsələsinin müzakirəsi məqsədilə bir araya gəlinən toplantıda dünən Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovdan da söz açılıb.

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

20 Dekabr 2016 16:40

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, dekabrın 20-də keçirdiyi növbəti pul siyasəti iclasında uçot dərəcəsi kimi qəbul edilən 7 günlük REPO əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirməyib.

Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı

20 Dekabr 2016 16:37

Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli danışıqları başlayıb. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib. Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi fonunda keçirilən danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.

"Gələn il rus-alman savaşı başlayacaq"

20 Dekabr 2016 16:36

Gələn il Rusiya ilə Almaniya arasında əsl qarşıdurma başlaya bilər. Bu iddia ilə Amerikanın "Stratfor" şirkəti çıxış edib. Şirkət amerikalılarla avropalıların Rusiyaya sanksiyaları dayandırmaq fikrində olmadığını bildirib: