Dünya

Ruhaninin Ermənistana səfərində nələr müzakirə olunacaq?

21 Dekabr 2016 11:53

İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün İrəvana rəsmi səfər edəcək. Məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Xəbərdə bildirilir ki, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.

Dünya Bankı TANAP-ın tikintisinə 800 mln. dollar kredit ayırdı

21 Dekabr 2016 11:50

Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin "BOTAŞ" şirkəti alıb. WB-nin vitse-prezidenti Siril Muller (Cyril Muller) deyib ki, təmsil etdiyi qurum SGC-yə kredit ayırmaqdan məmnundur.

Klintonu məyus edən 3 milyon

21 Dekabr 2016 11:37

ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə  seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Bu barədə "Hill" nəşri məlumat verib.

Türkiyə ordusu Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu nəzarətə götürdü

21 Dekabr 2016 11:35

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb.  Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Rusiya Türkiyə ilə vizasız rejimə dair danışıqları "dondurur"

21 Dekabr 2016 11:32

Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dayandırmağa hazırlaşır. Bu barədə "İzvestiya" nəşri Rusiya XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.

Serenay Sarıkaya və daha 3 məşhurdan yeni serial

21 Dekabr 2016 11:25

Türkiyədə yalnız internetdə yayımlanacaq seriallar çəkilməyə başlayıb. Belə layihələrdən biri də "Fi Çi Pi" bestselleri əsasında çəkilən serialdır. Ekran işinin baş rollarını Serenay Sarıkaya, Mehmet Günsür, Ozan Güven və Berrak Tüzünataç oynayacaqlar. Hər seriya 60 dəqiqə olacaq.

Putinin mətbuat konfransının vaxtı dəyişdirildi

21 Dekabr 2016 11:19

Rusiya prezidentinin mətbuat konfransının vaxtı dəyişdirilib. Bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib. O qeyd edib ki, RF prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib. Trend.az

İnsanabənzər döyüş robotu nümayiş olunub- Video

20 Dekabr 2016 20:45

Cənubi Koreyanın “Korea Future Technology” şirkəti seriyalı istehsal üçün nəzərdə tutulan pilotlu insanabənzər robot prototipi təqdim edib.

Dünyada ən kiçik radio yaradılıb

20 Dekabr 2016 20:30

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mütəxəssisləri dünyanın ən kiçik ölçülü radiosunu yaradıblar. Onlar ölçüsü iki atom boyda olan çəhrayı almaz kristallarındakı qüsurlardan istifadə edərək belə miniatür radio yığmağa nail olublar. Radio beş əsas komponentdən ibarətdir: enerji mənbəyi, qəbuledici, çevirici, tüner və dinamik. Qəbuledici yaxınlıqdakı elektromaqnit siqnallarını qəbul edir, bundan sonra sonuncular çeviricidən keçərək elektrik cərəyanına çevrilir.

Çin 5G standartının tətbiqinə hazırlaşır

20 Dekabr 2016 19:55

Çinin nəhəng telekommunikasiya korporasiyası olan “China Mobile” 2020-ci ildə yeni 5G formatını dəstəkləyən cihazların istehsalını planlaşdırır.  

Yeni “HDMI 2.0b” standartında məlumatların ötürülmə s ürəti xeyli yüksəldilib

20 Dekabr 2016 19:48

İstehsalçıların populyar “HDMI” interfeysinə qarşı güclü rəqabətinə baxmayaraq, sözügedən interfeys televizor, monitor və başqa texnikada əsas standart olaraq qalır. Bu tendensiya “HDMI 2.0b” spesifikasiyanın çıxışından sonra da saxlanılacaq. Yeni standart bir sıra parametrlərə görə əvvəlki standartı geridə qoyur.

Yeni “ağıllı” sistem sürücülərin diqqət yetirmədiyi yol nişanlarını müəyyənləşdirəcək

20 Dekabr 2016 19:43

Almaniyanın “Volkswagen” şirkəti avtomobillər üçün sürücünün gözündən yayınan yol nişanlarına diqqət yetirəcək yeni “ağıllı” sistem təqdim edib.

“WhatsApp”da məlumatları redaktə etmək mümkün olacaq

20 Dekabr 2016 19:35

"WhatsApp” mobil messenceri yeni funksiyanı tətbiq edə bilər.  İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, istifadəçilər göndərilmiş məlumatları redaktə edə biləcəklər.

İnsanı stressdən xilas edəcək qurğu yaradılıb

20 Dekabr 2016 19:30

San-Fransiskodan olan startapçılar tərəfindən yaradılmış qurğu sakitləşməyə kömək edir. “Lief” adlandırılmış qurğu stress siqnallarını qeydə alan kimi titrəməyə başlayır.