Dünya

Putin generalları topladı - CANLI YAYIM

22 Dekabr 2016 15:06

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının geniş iclasında iştirak edir. İclasda Rusiya prezidentinə nazirliyin bir il ərzində həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. İclası canlı olaraq təqdim edirik: 

Berlində yeni il yarmarkasını qana boyayan tunisli terrorçu axtarılır

22 Dekabr 2016 14:57

Berlində Milad bazarına yük maşını ilə hücum edən və bu ilin əvvəlindən nəzarətdə olan tunisli bütün Avropa üzrə axtarışdadır. 24 yaşlı Anis Amri, silah almaq üçün oğurluq etməyi planlaşdırmaqda şübhəli bilinsə də sübutların olmaması səbəbindən onun nəzarəti aradan qaldırılıb. Almaniyaya daxil olmazdan əvvəl o, İtaliyada əmlakı qəsdən yandırdığına görə 4 il həbsdə olub. Bazar ertəsi Berlin Milad bazarına yük maşını ilə edilən hücum nəticəsində 12 nəfər ölüb, 49 nəfər yaralanıb.

Tramp Karlovun qətlində müsəlmanları günahlandırdı

22 Dekabr 2016 14:51

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Türkiyədə rusiyalı səfirin öldürülməsi və Almaniyadakı terroru qorxunc olay kimi qiymətləndirib.

"NATO-nun baş auditoru Belçikada ölü tapılıb"

22 Dekabr 2016 14:38

NATO-nun baş auditoru İv Şandelon Belçikanın Anden şəhərində ölü tapılıb. Bu barədə RİA Novosti məlumat verir.

Whatsapp-la bağlı pis xəbər

22 Dekabr 2016 14:37

Avropa Birliyi Whatsapp-ın satın alınmasından sonra etdiyi açıqlama ilə hər kəsi çaş-baş salıb.  Avropa Birliyi satın alma əsnasında Facebook-un verdiyi sözü tutmadığını iddia edir.

Rusiyalı səfiri öldürənin saxlanılan qohumları azadlığa buraxıldılar

22 Dekabr 2016 14:35

Ankara prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin altı nəfər qohumunu azadlığa buraxıb. Mövlut Mert Altıntaşın qohumları dindirildikdən sonra azadlığa buraxılıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Altıntaşın anası, bacısı, iki dayısı və dayısı arvadının həbsi üçün heç bir əsas yoxdur. Onlardan şahid qismində ifadə alınıb. Virtualaz

Döyülüb öldürülən Türkanla bağlı yeni məlumat

22 Dekabr 2016 14:34

Polis 2016-cı ilin fevralında döyülərək komaya düşən, 8 gün sonra ölən Türkanın qətli ilə bağlı yeni məlumatlar əldə edib.

"Avropol" Avropa ölkələrində terror aktları xəbərdarlığını göndəribmiş

22 Dekabr 2016 14:13

Avropa İttifaqının polis xidməti "Avropol" Milad və Yeni il bayramları ərəfəsində Fransada, Almaniyada, Belçikada və digər Avropa ölkələrində terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlar göndəribmiş.

Yaponiyada 140 bina yanır - VİDEO

22 Dekabr 2016 14:12

Yaponiyanın Niiqata prefekturasında İtoiqava şəhərinin rəhbərliyi şəhərdə baş verən güclü yanğınla əlaqədar qonşu şəhərlərə müraciət edib. Bu barədə RİA Novosti məlumat verir. Hazırda yanğın 140-dan çox tikilini əhatə edir. Yaponiyanın NHK telekanalı məlumat verib ki, yanğın səhər saatlarında Çin restoranında başlayıb və qısa zaman ərzində digər binalara keçib. Yanğınla əlaqədar 600-ə yaxın adam təxliyə olunub. Yaxınlıqdakı məktəblərdə dərslər dayandırılıb. Hadisə nəticəsində 2 nəfərin xəsarət aldığı məlumat verilib. Trend.az

Benzinin qiyməti qalxdı

22 Dekabr 2016 14:10

Türkiyədə benzinin qiyməti qalxıb. Ötən gündən etibarən Türkiyədə benzinin qiyməti 10 kuruş artıb. Belə ki, İstanbulda benzinin bir litri 5,07 lirədən 5.17 lirəyə qalxıb. ( Təxminən 2 manat 60 qəpik ) Milli.az

TRT-nin 68 əməkdaşı həbs olunub

22 Dekabr 2016 14:08

Türkiyənin TRT televiziyasından işdən çıxarılan 68 nəfər həbs olunub. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda və "Bylock" proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Molla terrorçu çıxdı

22 Dekabr 2016 14:00

Rus səfiri güllələyən qatilin yaxasındakı nişan...

22 Dekabr 2016 13:52

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir. Altıntaşın sui-qəsdin baş verdiyi yerə diqqət çəkmədən girmək üçün mühafizə polisi nişanı taxdığı müəyyən edilib.

Qatilin evindən bu cümlə çıxdı

22 Dekabr 2016 13:22

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlut Mert Altıntaşın evində axtarışlar aparılıb. Ankara Cümhuriyyət Məhkəməsinin apardığı axtarış tədbirləri zamanı evdə qısa yazı və Ərəb əsilli yazarın hansısa kitabı tapılıb.

Sorğu: avropalılar miqrant probleminin kəskinləşdiyini qeyd edirlər

22 Dekabr 2016 12:58

Rəy sorğusunun nəticələrinə görə, İtaliyada (79%), Fransada (67%) və Böyük Britaniyada (53%) əhalinin çox hissəsinin fikrincə, ölkələrində miqrantlarla bağlı vəziyyət son bir ildə daha da pisləşib. Almaniya və İspaniyada narazı olanlar 45%, Polşada isə ən az 35% təşkil edib. Sorğu Ifop şirkəti tərəfindən Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirilib.