Dünya

Gələcək brauzer konsepti nümayiş olunub

13 Yanvar 2017 20:05

“Opera” şirkəti yaxın gələcəkdə internet brauzerləri üçün proqramların necə görünəcəyi ilə bağlı təsəvvürlərin yer aldığı eksperimental brauzer təqdim edib. “Neon” adlanan brauzeri şirkətin rəsmi saytından yükləyərək “Apple Mac” və “Windows” sistemli kompüterlərdə quraşdırmaq mümkündür.

Finlandiyalı alimlər görmə qabiliyyəti zəif olan insanlar üçün radar hazırlayıblar

13 Yanvar 2017 19:57

Finlandiyanın “VTT” elmi tədqiqat mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış daşınan radar tezliklə görmə qabiliyyəti zəif olan insanlar üçün köməkçi rolunu yerinə yetirəcək. Döş nahiyəsində yerləşdirilən “Guidesense” adlı radar vibrasiya və səsli əlaqənin köməyi ilə istifadəçini potensial maneələr haqda  xəbərdar edir.

Burakdan Fahriyeyə dəstək: "Ölənə qədər..."

13 Yanvar 2017 19:43

Uzun müddətdən sonra "Ölene kadar" serialı ilə ekranlara dönən Fahriye Evcenə ən böyük dəstək sevgilisi Burak Özçivitdən gəlib. O, sevgilisinin serialdakı bir səhnəsini paylaşaraq yazıb: "Əməyi keçən hər kəs sağ olsun. Hər şeyi ilə gözəl idi, amma sən ayrı gözəl idin. Fahriye Evcen, bundan sonra "Ölənə qədər" izləyəcəyik". Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.

Maykl Ceksonun qızı atası haqqında çəkilən seriala qəzəbləndi- VİDEO

13 Yanvar 2017 19:36

Mərhum müğənni Maykl Ceksonun 18 yaşlı qızı Peris Cekson ağdərili bir aktyorun filmdə atasını canlandırmasına əsəbiləşib.  "Sky Arts" kanalı "Şəhərin əfsanələri" adlı serial hazırlayıb. Serialın hər bölümü ayrı-ayrı məşhurların həyatından bəhs edir. Ceksonun qızı atası haqqında çəkilən seriyanı "biabırçı" adlandırıb. "İzləyərkən ürəyim bulandı. Məncə, dəyərli insanlara belə zəif qiymət verilməməlidir".

“Adobe” səsli komandaların köməyilə şəkillərin redaktəsini təklif edir

13 Yanvar 2017 19:31

Mobil qurğu və fərdi kompüterlərdə şəkillərin emalı üçün çoxlu proqramlar mövcuddur. Ən populyar proqramlardan biri “Photoshop” hesab edilir. Amma belə proqramlarda işləmək üçün öncə onların imkan və funksiyalarını öyrənmək lazımdır ki, bu da asan deyil. “Adobe” şirkəti bu problemin həllini tapıb. Şirkət səsli komandaların köməyilə şəklin redaktəsini əks etdirən video nümayiş etdirib.

Avropada insanlar və robotlar arasında münasibətlər tənzimlənəcək

13 Yanvar 2017 19:25

Avropa Parlamentinin hüquqi məsələlər üzrə komitəsi robotların insanlarla qarşılıqlı münasibətlər sahəsinin tənzimlənməsi üçün etik davranış məcəlləsinin yaradılması təşəbbüsünü bəyənib.

“Windows 10” kompüteri avtomatik bağlayacaq

13 Yanvar 2017 19:20

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə istifadəçi fərdi kompüterdən uzaqlaşanda onu avtomatik bloklamağa imkan verəcək "Dynamic Lock" adlanan funksiya üzərində çalışır.

Ötən il biometrik smartfonların sayı iki dəfə artıb

13 Yanvar 2017 19:15

“Acuity Market Intelligence” analitik şirkəti 2016-cı ildə biometrik texnologiya ilə təchiz edilən smartfon modellərinin sayının iki dəfədən çox artmasını açıqlayıb.

“Viber” messencerində kənar danışıqlara gizlicə qulaq asmağa imkan verir

13 Yanvar 2017 18:57

"Habrahabr" resursunun Tambovchanin ləqəbli istifadəçisi “Viber” messencerində başqalarının danışığını dinləməyə imkan verən boşluq haqda məlumat verib. Tədqiqatçı sözügedən problemi ötən ilin oktyabrında aşkar edib və messencerin dəstək xidmətinə xəbərdarlıq edib. Belə görünür ki, tərtibatçılar bu məlumata məhəl qoymayıblar, buna görə Tambovchanin ləqəbli istifadəçi problem haqda təfərrüatları ictimaiyyətlə bölüşmək qərarına gəlib. Aşkar edilmiş boşluq “Viber” messencerində ünsiyyət zamanı həmsöhbətlərdən biri mobil şəbəkə üzrə daxil olan çağırışa cavab verdiyi halda kənar danışığa gizlicə qulaq asmağa imkan verir. Gözləmədə olan abunəçi "Gözləmə" düyməsinə iki dəfə sıxdıqda həmsöhbətinin mobil şəbəkə üzrə danışığını eşitmək imkanı əldə edəcək.

İstanbulda bina ÇÖKDÜ: 1 ölü, 5 yaralı - YENİLƏNİB

13 Yanvar 2017 18:36

İstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb. Hadisə nəticəsində bir nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir. Bina daha əvvəl boşaldıldığından orada insan yaşamır. Ölən və yaralananların hadisə zamanı binanın yanından keçənlər olduğu ehtimal edilir. Bu barədə APA-nın “Milliyət”ə istinadən xəbər verir.

Son dəqiqə: Fransada silsilə PARTLAYIŞLAR

13 Yanvar 2017 17:59

Fransanın Marsel şəhərini sarsıdan şiddətli partlama səsləri şəhər sakinlərini qorxuya salıb.  Fransanın cənubundakı liman şəhəri Marseldə bu saatlarda şiddətli partlayış səsləri eşidilir. Sosial şəbəkələrdə məlumat verən şəhər sakinləri partlayışların evlərə zərər vurduğunu bildirirlər.

Terrorçunun cənazəsini aparmaq üçün heç kim maşınını vermədi

13 Yanvar 2017 17:31

İzmirdə Məhkəmə binasına bomba yüklü avtomobil və silahlarla hücumu təşkil edən terrorçulardan E.Y.-nin anası və atası, övladlarının cənazəsini almaq üçün İzmirə gəlib. Muğlada yaşadıqları öyrənilən valideynləri ifadələrinin alınması üçün təhlükəsizlik idarəsinə aparılıb.

Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"

13 Yanvar 2017 17:21

"Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir".  Bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.

Ərdoğan: "Türkiyə hərbçilərinin Kipri tərk etməsindən söhbət gedə bilməz"

13 Yanvar 2017 16:48

Türkiyə qoşunlarının Kiprdən çıxarılması müzakirə olunmur. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı Türkiyə qoşunlarının Kiprdən çıxarılmasının əleyhinə olduğunu bildirib: "Şimali Kipr danışıqlarda səmimi mövqe nümayiş etdirir. Yunanıstan zamin ölkə qismində Türkiyə olmadan adanın probleminin həllini gözləməməlidir. Türkiyə Kiprdə qalacaq. Hətta Türkiyə hərbçilərinin Kipri tərk etməsindən söhbət gedə bilməz".

TRT 1-in Bakıda yayımı nə zaman bərpa olunacaq?

13 Yanvar 2017 16:46

Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra yayımı dayandırılan TRT1-in bərpası istiqamətində işlər görülür. Bu barədə  "Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, texniki məsələlər öz həllini tapan kimi kanalın yayımı bərpa olunacaq.