Dünya
Ermənistan Belarusa səfərləri LƏĞV ETDİ
Ermənistan polisinin rəis müavini Vardan Yegiazaryanın Belarusa səfəri ləğv olunub. Bunu Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
"Məni zorlamaq istəyirdi" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Antaliyada eyni evdə qaldığı iş yoldaşını öldürməkdə günahlandırılan Rifat Çınar ifadəsi ilə polis əməkdaşlarını təəccübləndirib. Eyni evdə qaldığı 46 yaşlı iş yoldaşı Ünal Duranı ov tüfəngiylə öldürdüyü üçün ömürlük həbs cəzasıyla mühakimə olunan 26 yaşlı Rifat Çınar Duranın onu zorlamağa meyilli olduğunu deyib.
Sərxoş gəncin hücum çəkdiyi şəxs qəfəs döyüşlərinin qalibi çıxdı - VİDEO
ABŞ-da gecə saatlarında qeydə alınan hadisədə spirtli içki qəbul etdiyi hiss edilən yarı çılpaq gənc, naməlum səbəblərdən barın mühafizəçisi ilə dalaşıb. Təhlükəsizlik xidmətinin əməkdaşı isə həvəskar liqada 5, professional liqada isə keçirdiyi bir döyüşdə məğlubiyyət üzü görməyən MMA (qəfəs dövüşü) idmançısı Cohn Hernholm olub. Hernholm ona hücum edən sərxoş gənci "əfv etməyib". Bu barədə Milli.Az sözcü-yə istinadən xəbər verir.
“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb. Müsabiqənin biletlərinin qiymət 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.
Nüvə stansiyasında PARTLAYIŞ - Yaralılar var
Fransadakı nüvə stansiyasında partlayış baş verib.
Evə çağırdıqları mebel ustasını soyundurub şəkillərin çəkdilər - ŞANTAJ
Türkiyədə ilginc cinayət hadisəsi baş verib. Anytalyada 6 nəfər kirayə götürdükləri evə mebel yığdırmaq istədiklərini söyləyərək ölçü üçün çağırdıqları mebel ustası (34) Emre K. -nı döyüb çılpaq fotolarını çəkərək ondan 200 min lirə tələb ediblər.
Tarkana sərt sözlər: "Belə kişi olar? İyrənc görünür" - VİDEO
Müğənni Tuğba Ekinçi pop ulduz Tarkan haqqında ağır ifadələr işlədib. "Renkli Sayfalar" proqramına qonaq olan müğənni Tarkanın Sezen Aksunun albomunu dinləyərkən çəkib sosial şəbəkə hesabında paylaşdığı videosuna münasibət bildirib: "Bu yaşdan sonra etdikləri tutmur. Mənim sözlərim Tarkan pərəstişkarlarının xoşuna gəlməyəcək, amma bunu bilərəkdən deyirəm. Tarkanın hərəkətləri mənim üçün iyrənc görünür. Belə hərəkətləri bir kişiyə yaraşdırmıram. Belə kişi olar? Sevgilim belə etsəydi, onu tərk edərdim. Heç kəsi təhqir etmək fikrim yoxdur. Mənim haqqımda da, "iyrənc" ifadəsini işlədə bilərlər. Neçə yaşına gəlib etdiyi hərəkətə bax. Bunu orta yaşlı bir qadına da yaraşdırmıram".
Bakıda TÜKÜRPƏDİCİ OLAY: Yeni doğulmuş körpəni zibil qabına atdılar - VİDEO
Bakıda yeni doğulmuş körpəni paketə qoyaraq küçəyə atıblar. Yeni doğulmuş körpə sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Körpənin sağ olub-olmaması isə məlum deyil. Küçəyə atılan körpə yeni doğulmuş qız uşağıdır. Onu zibil qutusunun yaxınlığına tullayıblar.
Rusiya ŞƏRT QOYDU: "Avropa zəmanət verməsə..."
Rusiya Avropadan rəsmi zəmanətin verilməyəcəyi təqdirdə Türk Axını layihəsində ikinci boru xəttinin çəkilməyəcəyini açıqlayıb. Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi Dördüncü Avropa departamentinin direktoru Aleksandr Botsan-Harçenko edib.
Trampın kabinetində kimlər var?
Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın komandasında kimlər var? Novator.az bununla bağlı arayış hazırlayıb. ABŞ hökumətinə 15 nazirlik daxildir.
ABŞ Konqresinin sədri: “Rusiya ilə münasibətlərin yaxşılaşacağına şübhəm var”
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pol Rayan ölkəsi ilə Rusiya arasındakı fərqə diqqət çəkib və prezident Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa nail olacağına şübhə etdiyini bildirib.
Sarkisyan Təhlükəsizlik Şurasını topladı
Ermənistan prezidenti Serj Sarkisyan Təhlükəsizlik Şurasınını iclasını keçirib. Bu barədə Ermənistan prezident Administrasiyası məlumat yayıb. Məlumata əsasən, Sarkisyan Təhlükəsizlik Şurasının üzvləri ilə 2017-ci ildə nəzərdə tutulan tədbirlər planı və cari məsələləri müzakirə edib.
13 yaşlı qız ailəsini dolandırmaq üçün özünü qurban etdi
İspaniya polisi fahişəliklə məşğul olan 13 yaşlı rusiyalı qızı saxlayıb. Uşaq ailəsini saxlamaq üçün bu işlə məşğul olub.
İki uşaq anası 3 oğlana təcavüz etdi
İngiltərənin Bekingemşir qraflığındakı Milton Keyns şəhərində Amanda Tompkinsin məhkəməsi başlanıb.
Oteldən çıxan yaşlı cütlüyün otağından 2 ZƏRF TAPILDI - Birində İNTİHAR edəcəkləri, digərində isə...
İzmirin turistik zonası Çeşmədə tükürpədən bir hadisə yaşanıb. Keçən həftə Çeşməyə tətilə gələn təxminən 70 yaşlı Ülker və Altan Çetin cütlüyü qaldıqları otelin otağına yazıb qoyduqları intihar məktubundan sonra itkin düşüb.














