İki uşaq anası 3 oğlana təcavüz etdi
İngiltərənin Bekingemşir qraflığındakı Milton Keyns şəhərində Amanda Tompkinsin məhkəməsi başlanıb.
9 Fevral 2017 15:16 Dünyaİngiltərənin Bekingemşir qraflığındakı Milton Keyns şəhərində Amanda Tompkinsin məhkəməsi başlanıb. İki uşaq anası, 39 yaşlı A.Tompkins həddi-büluğa çatmamış 3 oğlana təcavüz etməkdə suçlanır.
A.Tompkinsə seksual və fiziki zorakılıqla bağlı 10 bənddən ibarət ittiham irəli sürülüb. İstintaq materiallarına görə, Milton Keyns bölgəsindəki Bletçli şəhərciyində yaşayan bu qadın 3 yeniyetmə oğlanı evə dəvət edib, onlarla cinsi əlaqədə olub.
Bu əxlaqsız təmaslar dəfələrlə davam edib.
Daha sonra isə A.Tompkins yeni "sevgililər" axtarışına çıxıbmış.
Hakim Frensis Şeridanın dediyinə görə, işsiz A.Tompkins bu çirkin və əxlaqsız əməlinə görə layiqli cəzanı almalıdır.
A.Tompkinsə hökm martın 31-də oxunacaq. Bu barədə Milli.az The Guardian-a istinadən xəbər verir.