Dünya
Atambayev: "Qırğızıstanda inqilablara son qoyulub"
"Qırğızıstanda inqilablara son qoyuldu. Bundan sonra ölkə normal, inkişaf edən dövlət olmalıdır".
Kılıcdaroğlu: “Suriyalılara vətəndaşlıq verilməsi və Rakka üçün referenduma gedək”
“Suriyalılara vətəndaşlığın verilməsi və Rakka əməliyyatı üçün referendum keçirilsin”. Bu təkliflə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyasının qrup toplantısında deyib.
Putin Əsədin müdafiəsinə qalxdı: “Veto qoyacağıq!”
Moskva Suriya barəsində heç bir yeni sanksiyaları dəstəkləməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
Keçmiş səfir hava limanında saxlanıldı - Oğurluq edib
Bolqarıstanın ABŞ-dakı sabiq səfiri Yelena Poltodorova Varşava hava limanında saxlanılıb. Sabiq diplomatın saxlanmasına səbəb rüsumsuz ticarət mağazasından kosmetika oğurlaması olub. RMF radiosu oğurlanmış kosmetikanın dəyərinin 1600 zlotı (təqribən 400 dollar) olduğunu bildirir.
ABŞ Senatı “iflas kralı”nı ticarət naziri vəzifəsinə təsdiq etdi
ABŞ Senatı səs çoxluğu ilə 79 yaşlı milyarder Uilbur Rossu Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edib. Bu barədə BBC xəbər yayıb.
Universitetdə gərginlik: tələbələr saxlanıldılar - VİDEO
Türkiyədə İstanbul Universitetinin kampusunda gərginlik yaşanıb.
ŞOK İDDİA: terrorçular bir gündə 52 agenti öldürdü
Uzun illərdir Türkiyəni gərginlikdə saxlayan PKK terror təşkilatı ilə bağlı şok məlumat yayılıb. "Türkiye" qəzetinin jurnalisti Nuri Elibol FETÖ təşkilatının PKK ilə əməkdaşlıq etdiyini və bu çərçivədə Milli Kəşfiyyat İdarəsinin PKK sıralarına yerləşdirilmiş 52 agentinin adının onlara verildiyini iddia edib.
Ermənistanda polis rəisi keçmiş qubernatorun qardaşı oğlunu döydü
Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətinin Gorus şəhərində polis rəisi Gevork Əzizyan bir qrup polislə birlikdə regionun keçmiş qubernatoru Surik Xaçatryanın qardaşı oğlunu kabinetində möhkəm döyüb.
"Hürriyət"in baş redaktoru işdən çıxarıldı
Türkiyənin məşhur "Hürriyət" qəzetinin baş redaktoru Sedat Ergin işdən çıxarılıb. Bir neçə gün əvvəl qəzetdə dərc edilən "Qərargah narahatdır ("Karargah Rahatsız") başlıqlı xəbərdən sonra böyük təzyiqlərlə üzləşən baş redaktor vəzifəsini itirməli olub.
Məşhur loğman vəfat etdi
Ermənistan parlamentində DAVA
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələr arasında mübarizə qızışır. parlamentin dünən keçirilən iclasında dava olub. "Yelk" blokunun üzvü Nikol Paşinyan bildirib ki, o, polisə sorğu göndərib və məlum olub ki, yanvarın 1-dən fevralın 1-nə qədər 7000-dən çox vətəndaş öz qeydiyyat yerini dəyişib.
Putin və Trampın görüşünə hazırlıq gedir
"Rusiya və ABŞ prezidentlər Vladimir Putin və Donald Trampın görüşünə hazırlığa başlayıblar". Bunu Rusiya xarici işlər nazirinin müavini deyib.
Terrorçular 70 yaşlı almanın başını kəsdilər - VİDEO
Filippindəki "Əbu Səyyaf" terror qruplaşması Almaniya vətəndaşı Yurgen Qustav Kantnerin edam videosunu yayıb.
Ermənistanda baş verən zəlzələ Ordubadda 3 bala qədər hiss olunub
Ermənistan ərazisində zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zələzlə yerli vaxtla saat 10:28-də Ordubaddan 37 km şimal-şərqdə Ermənistan ərazisində qeydə alınıb. 3.5 maqnituda, 11 km dərinlikdə baş verən yeraltı təkan Ordubad ərazisində 3 bala qədər hiss olunub.
Pentaqon terrorla sürətli mübarizə üçün yeni plan hazırlayıb TRAMPIN SƏRƏNCAMI
ABŞ-ın müdafiə nazirllyi Donald Trampın sərəncamına əsasən Suriyada və İraqda “İslam dövləti” terror təşkilatı ilə mübarizə istiqamətində Ağ evə yeni hazırlanmış planını təqdim edib. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis Amerika mətbuatına məlumat verib.














