Dünya

Federasiyalarda YOXLAMA

14 Mart 2017 14:42

Təsbeh sandı, amma...

14 Mart 2017 14:26

2011 – ci il Türkiyənin Van bölgəsində zəlzələdən sonra Adapazarına yerləşən ailənin 17 yaşlı oğlu atasına kömək etmək üçün tikintidə fəhlə işləyirmiş. O, burada borularda sızma olduğunu göstərən rentgen cihazından düşən radioaktiv, təsbehə bənzər cisim tapıb. Eyüp onun təsbeh olduğunu düşünüb və əlində bir neçə dəqiqə oynatdıqdan sonra cibinə qoyub. “Olaylar” "Cumhuriyət” - ə  istinadla bildirir ki, Eyübün təsbeh sandığı alətin tərkibində  – iridium 192 maddəsi  var imiş. Təxminən bir gün sonra onun əlində və ayağında yaralar əmələ gəlib.

Qəbiristanlıq nəzarətçisi 15 manat rüşvət alarkən TUTULDU

14 Mart 2017 14:24

Ötən il rüşvətdə ittiham edilərək 8 illik həbs cəzasına məhkum edilən Rusiyanın Yekaterinburq şəhər qəbiristanlığının nəzarətçisinin işinə yenidən baxılacaq.

Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?

14 Mart 2017 14:07

NuSTAR telekopu Tukan bürcündə qeyri-adi ağ cırtdan aşkar edib və məlum olub ki, o, qara dəliyin ətrafında çox sıx orbit üzrə fırlanır.

“PKK-nı dəstəkləməklə erməniləri dəstəkləmək arasında ciddi fərq yoxdur”

14 Mart 2017 13:33

“Gizli şəkildə terroru dəstəkləmək siyasətindən açıq formada Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq”. Bunu millət vəkili Fazil Mustafa bildirib.

Ermənistan parlament seçkilərini Kremldə keçirir?

14 Mart 2017 13:23

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi çəkişmələr artmaqda davam edir. Ölkə daxilində vəziyyətin gərginləşməsi heç şübhəsiz ki, cəbhə xəttində də özünü büruzə verir.

Hollandiyadan Kim Çen İnn tərzində davranış

14 Mart 2017 13:16

Qərb, Avropanın Türkiyəyə qarşı yeni səlib yürüşünə start verilib. Ötən həftə sonu bir –birinin ardınca Almaniya və Hollandiyanın Türkiyəyə qarşı nümayiş etdirdiyi sayğısızlıq, hər iki ölkədə yaşayan türklərin hüquq və azadlıqlarının kobud şəkildə pozulması onu deməyə əsas verir ki, dünya gücləri Türkiyə üzərindən qara buludları geri çəkməkdə heç maraqlı deyillər.

Səlib zehniyyəti

14 Mart 2017 13:10

Son günlər Avropanın ayrı-ayrı ölkələrindən Türkiyəyə qarşı olan münasibət, ortaya qoyulan qərəzli və heç bir beynəlxalq konvensiyalara sığmayan mövqe Qərbin, Avropanın günümüzdə də antitürk əhval-ruhiyyəsi ilə yaşadığını açıq şəkildə ortaya qoydu. İstər yaxın tarixdə insanlıq əleyhinə ən qatı cinayətlərin ssenari müəllifi olan Almaniya, istər ölkə rəsmilərinin belə qadın və ya kişi olduğu anlaşılmayan Hollandiya, istərsə də Berlin və Amsterdam hökumətinin çaldığı saksafonun havasına uyğun “rəqs” etməyə başlayan digər Avropa dövlətlərinin Türkiyənin bölgədə artan nüfuzu, siyasi çəkisi, dünyanın güc mərkəzinə çevrilməsi reallığından ciddi şəkildə əndişələndikləri son hadisələr fonunda özünü bir daha təsdiq etmiş oldu.

32 nəfər yaralandı – Son Dəqiqə

14 Mart 2017 12:38

Türkiyənin Kapadokya vilayətində hava şarları sərt  yerə eniş edib. “Olaylar” HaberTürk” - ə istinadən bildirir ki, Nevşəhərin Kapadokya bölgəsində 3 ayrı hava şarının yerə sərt eniş etməsi  səbəbi ilə 32 nəfər müxtəlif bədən xəsarəti alıb. İçərisində ən çox Çinli və Avropa turistləri olan balonda 45 nəfərin olduğu qeyd olunub. 9 nəfərin ağır yaralandığı haqda məlumat verilib. Mütəxəsisilər hava balonunun yerə sərt eniş etməsinə səbəb havanın ani dəyişimi olduğunu bildirirlər.

Ekspert: “Avropa Türkiyəyə və Ərdoğana qarşı açıq-aşkar düşmənçilik edir”

14 Mart 2017 12:29

"Türkiyə xarici işlər nazirinin Hollandiyaya buraxılmaması və digər nazirə qarşı Hollandiya polisi tərəfindən siyasi tərbiyəsizlik edərək nəzarətə alınması və ölkədən deportasiya edilməsi, Avropanın şüar etdiyi söz və hərəkət azadlığına zidd olaraq türk jurnalistlərə təzyiq edilməsi demokratik dəyərlərin ayaqlar altına atılması deməkdir”. Bunu  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Niderland səfirinin ölkəyə girişi yasaqlandı Türkiyədə

14 Mart 2017 12:27

Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib. Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. “Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş bildirib.

Türkiyəyə daha bir ZƏRBƏ

14 Mart 2017 12:23

 “Olaylar”  “Huriyyet” - ə istinadən bildirir ki, Hollandiyanın ardınca türkiyəli siyasətçilərə referendum kompaniyalarına görə seçiciləri ilə görüşə daha bir zərbəni  Avstriya  vurdu. Belə ki, Avstriya baş naziri Kristian Kern bu barədə açıqlama yayıb.

Rusiya indi də Liviyaya qoşun yeridir

14 Mart 2017 12:12

"Reuters" agentliyi Misirin Liviya ilə sərhədinin bilavasitə yaxınlığında bir qrup Rusiya xüsusi təyinatlısını və dronlarını qeydə alıb.

Şok kadrlar: qartal pişiyi apardı - VİDEO

14 Mart 2017 12:06

ABŞ-dakı "keçəl qartal" və ya "kondor" adlanan qartal təhlükəli yırtıcıdır. O, hətta canavara və marala da hücum edir, bu heyvanları öldürərək səmaya qaldırır, yuvasına apararaq parçalayır.

Türkiyədə yanlışlıqla hollandiyalı əvəzinə norveçli jurnalistə hücum etdilər - VİDEO

14 Mart 2017 12:04

İstanbulda Nazife Onay adlı vətəndaş işdən çıxarılmasına etiraz olaraq aksiya keçirib. Nazife Onayın görüntülərini çəkən norveçli jurnalist isə bu sırada hücuma məruz qalıb. Bir qrup gənc, "Siz Hollandiya üçün işləyirsiniz" deyərək norveçli jurnalistə hücum edib. Ətrafdakıların "o hollandiyalı deyil" xəbərdarlığından sonra norveçli jurnalist ərazidən uzaqlaşıb.