Dünya

Yeni çexol “iPhone” smartfonunu “Android” sistemli telefona çevirir

14 Mart 2017 19:32

İsrailin "ESTI" şirkəti "iPhone" smartfonu üçün "Eye" adlı qeyri-adi aksessuar nümayiş etdirib. Yeni qurğu "Apple" smartfonunu "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən telefona çevirən çexoldur. İstifadəçi eyni anda həm "iOS", həm də "Android" əməliyyat sistemlərindən istifadə imkanı əldə edir.

Dünyada ilk “ağıllı” güzgü planşet təqdim edilib

14 Mart 2017 19:23

"Firefly" şirkəti "Kickstarter" platformasında divar üçün ilk güzgü planşet yerləşdirib. Güzgü planşet istifadəçinin səsi, üz və jestlərini tanıyır, bir çox proqramları dəstəkləyir və xəbərdarlıq göndərir.

İstifadəçinin dodaqlarının hərəkəti əsasında yeni autentifikasiya sistemi yaradılıb

14 Mart 2017 19:14

Honkonq Baptist Universitetinin tədqiqatçıları istifadəçinin dodaqlarının hərəkətindən istifadə edən yeni biometrik autentifikasiya üsulu hazırlayıblar.

Ancelina Coli depressiyadan qurtuldu

14 Mart 2017 19:05

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli 6 övladı ilə birlikdə Londondadır. 41 yaşlı aktrisa 10 yaşlı Şaylo və Noks, habelə 8 yaşlı Vivyen ilə birlikdə alış-verişə çıxmışdı.

Tibbdə yeni KƏŞF: İnsan öləndən sonra beyni...

14 Mart 2017 18:53

“Ölümdən sonra həyat varmı?” sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.

Ermənistanda seçkiqabağı silahlı qarşıdurma olub, 3 nəfər yaralanıb

14 Mart 2017 16:38

Ermənistanın Armavir rayonunun Crarat kəndində deputatlığa namizədlərin tərəfdarları arasında qarşıdurma və atışma olub.

Ərdoğan müsəlmanları Avropaya qarşı SƏSLƏDİ

14 Mart 2017 16:22

"Müharibə zamanı səhiyyə işçilərinə atəş açılmır. Əgər hollandiyalı olsa, mütləq atəş açar. Biz Hollandiya və hollandiyalıları Srebrenitsa qətliamından tanıyırıq. Onların əxlaqına 8 min bosniyalını qətlə yetirmələrindən bələdik. Bunları yaxşı bilirik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır".

Tramp kəşfiyyata terrorçuları məhv etmək üçün PUA-dan istifadə icazəsi verdi

14 Mart 2017 16:06

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) terrorçularla mübarizədə pilotsuz uçuş aparatlarından zərbə endirmk icazəsi verib.

Keçmiş müdafiə naziri: “Rusiya bazası olmasaydı Türkiyə qoşunları Ermənistana girmişdi...”

14 Mart 2017 16:03

Əgər Rusiya hərbi bazası olmasaydı Türkiyə Ermənistana qoşun yeritmişdi. Bunu Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib. Onun sözlərinə görə, 102-ci hərbi baza Ermənistanı Suriyanın aqibətini yaşamaqdan xilas edib.

Ohanyan Sarkisyanı hədələyir

14 Mart 2017 16:00

Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Tərəflər bir-birlərini təhdidə davam edirlər. Bu çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir.

Hollandiya Türkiyədən üzr istəyəcək! AKTUAL+ANALİZ

14 Mart 2017 15:57

Türkiyə ilə Avropa İttifaqının (Aİ) Almaniya, Hollandiya, İsveçrə və s. kimi ölkələri arasında yaşanan gərginlik sonda bir daha təsdiq etdi ki, qoca qitənin yürütdüyü “demokratiya” siyasəti heç də bu amili ehtiva etmir və bu siyasətin pərdə arxasında dayanan amillər ikiüzlülük, riyakarlıq tandemləri ilə ölçülür. Ümumiyyətlə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü ittihamları fonunda biz Aİ-də demokratiyanın deyil, faşizm ideologiyasının vüsət almasının şahidlərinə çevrilirik. Xüsusilə, Hollandiyada türk toplumunun dövlətçilik maraqlarının müdafiəsinə qalxmasının itli-atlı polis tərəfindən zorakılıqla, hətta faşist üsul-idarəsi ilə alınması bu iddianın nə qədər reallığa yaxın olduğunu göstərir.

Hollandiya polisinə türk nazirin mühafizəçilərinə atəş açmaq icazəsi verilibmiş - VİDEO

14 Mart 2017 15:16

Hollandiyada, Türkiyənin Rotterdam Baş Konsulluğu qarşısında Türkiyənin ailə və sosial siyasət naziriFatma Betül Sayan Kayaya dəstək vermək üçün toplanan türk vətəndaşlarına qarşı zorakılıqla bağlı maraqlı məqam üzə çıxıb.

Rusiyada 2016-cı ildə 2 terror aktının qarşısı alınıb

14 Mart 2017 14:49

2016-cı ildə Rusiya ərazisində iki terror aktının qarşısı alınıb.  Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, terror xarakterli 119 və ekstremist yönümlü 110 cinayətin qeydə alındığını söyləyib.