Dünya

Pis ruhlar qadının bədənini ələ keçirdi? - ŞOK VİDEO

29 Mart 2017 11:36

Sinqapurda xidmətçisinin qəribə hərəkətlərindən şübhələnən Nurul Baker təhlükəsizlik kameralarına baxdığı zaman tükürpədici hadisənin şahidi olub. Qeydləri izlədikdən sonra xidmətçisinin pis ruhlar tərəfindən idarə edildiyini iddia edən Baker görüntüləri sosial şəbəkədə paylaşıb. Paylaşılan videoda ağ paltar geydiyi müşahidə edilən xidmətçinin qəribə hərəkətlər sərgilədiyi görünür.

Rusiyada zəlzələ

29 Mart 2017 11:25

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ baş verib. “Olaylar” “Huriyyet” - ə istinadən bildiri ki, episentrdən 85 km məsafədə yerləşən Ust-Kamçatsk qəsəbəsi yaxınlığında zəlzələnin gücü 6,6 bal gücündə olub. Verilən məlumata görə təbii fəlakət zamanı ölən və yaralanan qeydə alınmayıb.

22 yük maşını toqquşdu: ölən və yaralananlar var

29 Mart 2017 11:21

Çində 22 yük avtomobili toqquşub. Şandun vilayətində qeydə alınan hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Yol polisi qəzanın səbəblərini araşdırır. İlkin səbəb kimi düzgün ara məsafəsinin götürülməməsi göstərilir.

Ailə qətliamı: eyni ailənin 5 üzvünü güllələdilər

29 Mart 2017 11:16

Adananın Kozan mahalının Çokak məhəlləsində Hüseyn Doğana aid evə gələn naməlum şəxs, ya da şəxslər tüfənglə ailə üzvlərini öldürüb, qaçıblar.

Pomidorun içindən çıxan çiyələk tələbəni təəccübləndirdi

29 Mart 2017 11:15

Çinin Şenyanq şəhərində yaşayan şagird Vang Xiaoven supermarketdən aldığı pomidoru dişləyəndə qəribə hisslər keçirib.

Bütün dünyanı heyran edən 2 yaşlı gimnast - VİDEO

28 Mart 2017 20:10

İranlı gimnast Arat Hüseyni "Impossible Challenge"ın münsiflərini heyrətləndirib. Çinin mərkəzi televiziyalarından birində yayımlanan proqrama qatılan 2 yaşlı Arat Hüseyni qeyri-adi bacarığını nümayiş etdirib.

Özcan, Məryəm və Aslı eyni filmdə

28 Mart 2017 19:58

Aktyor və rejissor Özcan Dəniz həmkarı Məryəm Uzerli ilə birgə fotosunu paylaşıb. O, M.Uzerli və Aslı Enverlə birgə çəkildiyi yeni filminin anonsunu verib.

Burak Fahriye ilə yaşadığı evdən köçdü

28 Mart 2017 19:53

Aktyor Burak Özçivit bir neçə günlük də olsa, sevgilisi Fahriye Evcendən ayrılıb. 20 gün əvvəl nişanlanan cütlük hazırda ayrı evlərdə yaşayır. Belə ki, F.Evcenin Almaniyada yaşayan valideynləri onun Murad Yıldırımla baş rolları paylaşdığı "Sonsuz aşk" filminin qala gecəsi üçün İstanbula gəliblər.

Mobil qurğuların virusa yoluxma halları 400% artıb

28 Mart 2017 19:48

100 milyondan çox mobil qurğunu təhlil etmiş “Nokia” şirkətinin hesabatına görə, 2016-cı ildə mobil qurğuların zərərli proqram təminatına yoluxması halları təqribən 400% artıb. Virusa yoluxmuş cihazların payı isə 2012-ci ildən aparılan müşahidə anından etibarən maksimuma çatıb.

Sifətin tanınması texnologiyaları nadir genetik xəstəliklərin diaqnostikasında kömək edəcək

28 Mart 2017 19:43

ABŞ Milli İnsan Genomu Araşdırmaları İnstitutunun alimləri sifətin təhlili sisteminin köməyi ilə nadir irsi xəstəliklərin erkən diaqnostikasını aparmağı öyrəniblər. Alimlər tərəfindən hazırlanmış alqoritm uşaqlarda Di Corc sindromunu 96,6% dəqiqliklə müəyyənləşdirir. Bu xəstəlik kifayət qədər tez-tez (6000 sağlam uşaqdan birində) rast gəlinir. Ancaq çətinlik ondan ibarətdir ki, xəstəliyin xarici əlamətləri irqdən və hətta yaşayış regionundan asılı olaraq dəyişə bilər.

“Samsung” “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxarır

28 Mart 2017 19:40

“Samsung” şirkəti rəsmən elan edib ki, “Galaxy Note 7” smartfonunun təmir olunmuş versiyasının satışına başlamağı planlaşdırır. Xatırladaq ki, bundan əvvəl sözügedən smartfonda batareyaların partlamasına görə onun istehsalı dayandırılmışdı. Bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Yeni texnologiya optik-lif rabitə kanallarından daha effektiv istifadəyə imkan verəcək

28 Mart 2017 19:36

İnternet şəbəkəsində ötürülən məlumatların həcminin hər ay artması ilə əlaqədar olaraq mütəxəssislər qitələr arasında trafikin çatdırılması üçün yeni üsullar axtarmaq məcburiyyətində qalırlar. Hazırda iki belə üsul mövcuddur. Birincisi, bahalı peyk interneti, digəri transokean optik-lif magistralıdır. Onların sayı durmadan artır, lakin problem kabel magistrallarının çəkilişinin çox zəif getməsi və baha olmasındadır. “Facebook” və “Nokia” şirkətləri ayrı-ayrı rabitə kanallarının məhsuldarlığının artırılması üsulunu kəşf edərək onların buraxılış qabiliyyətini təxminən 2,5 dəfə artırmağa nail olublar. Texnologiyanın geniş tətbiqi sayəsində artıq çəkilmiş optik-lif rabitə kanallarından daha effektiv istifadə mümkün olacaq.

Kiyev metrosunda qumbaralı şəxs tutuldu

28 Mart 2017 19:30

Kiyev polisi metroda üzərində 5 əl qumbarası və 100 ədəd patron olan 22 yaşlı gənci saxlayıb. Bu barədə mediyaya metropoliten işçiləri xəbər verib. Məlum olub ki, 22 yaşlı gənc Xmelniski vilayətinin sakinidir. İttihamları inkar edən gənc onları metroda gördüyünü və polisə təhvil vermək üçün götürdüyünü deyib.

Kıvanç Tatlıtuğ ABŞ-da filmə çəkiləcək

28 Mart 2017 19:26

Hazırda "Cesur ve Güzel" serialında çəkilən Kıvanç Tatlıtuğ ABŞ-a gedəcəyini deyib. Aktyor orada film layihəsində iştirak edəcəyini bildirib: "Serial bitdikdən sonra təxminən ay yarım boşluq var.