Dünya

Ermənistan ordusunun baş leytenantı təmas xəttində vuruldu

29 Mart 2017 17:21

Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.

Ərəb şeyxləri Sarkisyanı devirmək üçün milyardlar ayırır

29 Mart 2017 15:51

Biz qazanacağıq, həmkarlarım beş ildir zəng edirlər, deyirlər ki, Ermənistana 15 milyard investisiya qoymağa hazırıq. Bunu dünən İrəvanın İdman-Konsert Kompleksində tərəfdarları qarşısında çıxışı zamanı Qaqik Tsarukyan deyib. 

Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqladı

29 Mart 2017 15:35

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqlayıb. Dövlət başçısının yüksək səviyyəli ümumərəb görüşünün iştirakçılarına müraciətində qeyd olunur ki, Yaxın Şərqdəki vəziyyətin uzunmüddətli sabitləşməsi üçün Fələstin problemi həll edilməlidir.

Polşa konsulluğuna hücumda Rusiya izi

29 Mart 2017 14:04

Polşanın Ukraynanın Lutsk şəhərindəki Baş konsulluğuna hücum terror aktıdır. Bunu Polşanın Lutskdakı konsulu Kşiştof Savitskiy bildirib. “Bu əsl terror aktı idi. İnsanları öldürmək istəyirdilər"” - diplomat yerli “Volın 24” nəşrinə deyib. Hücum ötən gecə yerli vaxtla 00:30-da reallaşıb.

Ukraynadan Ermənistana “Eurovision” qadağası

29 Mart 2017 13:37

Ermənistanı may ayında Kiyevdə keçirilən “Eurovision 2017” mahnı müsabəqəsində təmsil etməli olan Artsvik Arutyunyanın da Ukraynaya girişi qadağan edilə bilər.

Cem Yılmaza qarşı gözlənilməz ittiham

29 Mart 2017 13:27

İstanbul Texnik Universitetinin professoru Orhan Kural Cem Yılmazın prodüseri olduğu "Deli Aşk" filminə görə şikayətçi olub.  O, "Mən Cem Yılmazın tütün şirkətləri tərəfindən gizli sponsor olaraq istifadə edildiyini düşünürəm" deyib.

Sarkisyan müdafiə naziri olmaq istəyir “Aykakan jamanak”

29 Mart 2017 13:11

Prezidentlik səlahiyyəti başa çatdıqdan sonra Serj Sarkisyan Ermənistanın müdafiə naziri olmaq istəyir. Bu barədə “Aykakan jamanak” nəşri yazıb. Məlumatda qeyd edilib ki, bu, artıq onun tərcümeyi-halında üçüncü dəfə baş verəcək. O da vurğulanıb ki, Sarkisyan Qarabağdakı erməni hərbçilərinin qarşısında çıxışı zamanı bunu istədiyini vurğulayıb.

Saatlarla dezodorantdan istifadə edən 12 yaşlı qız ölüb

29 Mart 2017 13:06

İngiltərədə saatlarla dezodorantdan istifadə edən 12 yaşlı Peyge Dautri ölüb. Anasının dediyinə görə, o, bədən təmizliyinə, xüsusən də, qoltuq altından gələn iylərə qarşı həsas idi. Peyge bu səbəbdən saatlarla dezodorantdan istifadə edib.

Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub

29 Mart 2017 12:28

Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub.  Vitse-konsul Kriştof Savitski bu məlumatı təsdiqləyib. Hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur. 

Aktrisa həbs olundu

29 Mart 2017 12:09

Türkiyəli aktrisa Jülida Kuralın həbs cəzası alıb. Aktrisa “Olaylar” SadeceHaber” - ə istinadən bildirir ki, “Özgür Gündem” qəzetinin kampaniyalarına qatılan aktrisa 1 il 3 ay həbs cəzası alıb.

Dünyanın ən böyük qızıl yatağı aşkar olundu

29 Mart 2017 12:08

Çinin Şandun vilayətində dünyanın ən böyük qızıl yatağı tapılıb. Çzyaodun yarımadasında tapılan yataqda 382 ton qızıl tapılıb. 

Fransada quldur dəstəsinə hökm oxundu

29 Mart 2017 12:06

Fransanın Bordo şəhər məhkəməsi MDB ölkələrindən olan 22 nəfər barəsində hökm çıxarıb. Qanuni oğru Artur Yüzbaşovun rəhbəri olduğu 22 nəfərlik qrup oğurluq, qaçaqmalçılıq və quldurluqda ittiham olunublar. Bordo şəhər məhkəməsi Yüzbaşov barəsində 9 il müddətinə həbs qərarı çıxarıb. Dəstənin digər üzvlərinə isə 1 ildən 8 ilə qədər cəza verilib. Yüzbaşovun dəstəsində Gürcüstan, Özbəkistan , Ermənistan və Azərbaycan vətəndaşları da olub.

Putin Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayını artırıb

29 Mart 2017 12:00

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı 1 milyonu keçib. Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, hərbi qulluqçuların sayı 1 milyon 13 min 628 nəfər müəyyən edilib. Beləliklə, Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı 13 min nəfər artıb.

Peruda 10 minə yaxın insan təxliyə edilir

29 Mart 2017 11:58

Peruda daşqınlar səbəbi ilə 10 minə yaxın insan təxliyə edilir. Bunu Perunun prezidenti Pedro Kuçinski deyib.

Türkiyədə ölüm cəzası bərpa oluna bilər

29 Mart 2017 11:47

Türkiyə parlamenti aprelin 16-da keçiriləcək referendumdan sonra ölüm hökmünün bərpa olunması barədə məsələyə baxa bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, müxalif partiyaların liderləri də bu layihəni dəstəkləyəcəyini deyib.