Dünya

“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni versiyasını internetdə yerləşdirib

29 Mart 2017 20:10

“Microsoft” şirkəti “Windows 10 Creators Update” əməliyyat sisteminin yeni versiyasını öz serverlərində yerləşdirib. Bu haqda “NeoWin” portalı məlumat verib.

Dünyada hər beşinci mobil telefon saxtadır

29 Mart 2017 20:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən keçirilmiş araşdırmanın nəticəsinə görə, hər beşinci mobil telefon saxtadır.

ABŞ Konqresi yaxınlığında ATIŞMA

29 Mart 2017 19:33

Vaşinqtonda ABŞ Konqresinin yaxınlığında atışma baş verib. Naməlum sürücü avtomobilini patrul maşınına çırpıb.   Polis atəş açıb, sürücü saxlanılıb.  Hadisə nəticəsində xəsarət alan olmayıb.

SON DƏQİQƏ: 146 nəfərlik gəmi batdı, 1 nəfər sağ qaldı

29 Mart 2017 19:28

Aralıq dənizində faciə baş verib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandan İtaliyaya getmək üçün Aralıq dənizinə yola düşən immiqrant daşıyan gəminin batdığı bildirilir.

"Od vurub yandıracağıq" - Erməni məmuru hədələdilər

29 Mart 2017 19:25

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca partiyalar, namizədlər arasında rəqabət kəskinləşir. Bu dəfə Syunik vilayətinin Xoznovar icmasında vəziyyət kritik həddə çatıb.

Ən bahalı xatirə yumurtası satılacaq

29 Mart 2017 19:10

Britaniyada dünyanın ən bahalı Pasxa yumurtalarından biri satışa çıxarılacaq. Medalyon kimi açılan və 18 yaratlıq ağ qızıldan hazırlanmış yumurta 910 brilyant qaşla bəzədilib. Brilyant qaşların ümumi çəkisi 60 karatdır. Daxilinə iki kiçik fotoşəklin yerləşdirilməsi üçün nəzərdə tutulmuş bu yumurtanın ilkin satış qiyməti 215 min funt-sterlinqdir. "Diamond Memories Egg"in müəllifi məşhur londonlu zərgər Martin Cefferidir.

Ürək-əzələ toxuması yetişdirildi - İspanaqdan

29 Mart 2017 19:05

Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi ispanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə ediblər. Bitkinin kapillyar toru insanın ürək-damar sistemi kimi fəaliyyət göstərir.

Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər

29 Mart 2017 18:51

Ötən il iyulun 19-da Ermənistanda Sari Tağda baş verən hadisələrlə bağlı başladılan cinayət işi nəticəsində həbs edilən 10 siyasi məhbusun yaxınları, bu gün yenidən ölkənin Baş prokurorluğu qarşısında etiraz aksiyasına başlayıblar.

Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olundu

29 Mart 2017 18:48

Tayvanın Taybey şəhərində kinoteatrda yanğın baş verib. Yanğınla əlaqədar təxminən 1000 adam təxliyə olunub. Yanğının kinoteatrın mətbəxində baş verdiyi bildirilib. Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işi davam etdirirlər. Xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Ermənistandakı seçki saxtakarlıqları İFŞA EDİLDİ

29 Mart 2017 18:40

Ermənistanda bu il martın 13-dən 24-dək olan dövrdə seçkiöncəsi seçici səslərinin satın alınması və ya rüşvət veriləcəyi ilə bağlı 45 fakt qeydə alınıb. Bu barədə "Transparency International" Antikorrupsiya Mərkəzinin proqram rəhbəri Varujan Oktanyan "2017-ci ilin seçkilərdə administrativ resurslardan sui-istifadə" monitorinqinin nəticələrini açıqlayarkən deyib.

İranlı turistin asılmış meyiti tapıldı - İrəvanda

29 Mart 2017 18:18

Ermənistanın paytaxtı İrəvanın Ayqedzor küçəsində İran vətəndaşının cəsədi tapılıb. 30-35 yaşlı kimliyi açıqlanmayan şəxs qeyd edilmiş ünvanda icarə əsasında yaşayıb və Ermənistana turist kimi gəlib. Onu qonaq otağında kəndirlə asılmış vəziyyətdə tapıblar. İranlı turistin İrəvanda nə üçün intihar etməsi yaxud qətlə yetirilməsinin səbəbi bilinmir.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

29 Mart 2017 17:28

Bakı vaxtı ilə ötən gecə Türkiyənin ən iri dövlət bankı olan “Halk Bank”ın idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla Nyu-Yorkun Kennedi aeroportunda həbs olunub.

Serj Sarkisyan öz ətrafına etibar etmir

29 Mart 2017 17:24

Ermənistan prezidenti Serj Sarkisyan çevrəsində olanlara etibar etmir. Bu barədə “Qraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.