"Fərat qalxanı" əməliyyatı başa çatdı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında başladığı "Fərat qalxanı" əməliyyatı uğurla başa çatdırılıb.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasının yekun bəyanatında bildirilir.

"Qeyd olunub ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD-dən gələn təhlükənin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə başladılan "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb", - deyə MTŞ-nin bəyanatında vurğulanır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31