Dünya
Məşhur sənətçi vəfat etdi
Generalı öldürəndən sonra şəhid olan gizirin anası vəfat etdi - FOTO
Nobel mükafatçısı vəfat etdi
Türkiyədə qasırğa XƏBƏRDARLIĞI
Burak və Fahriye toya hazırlaşır
İki həftə əvvəl nişanlanan aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit artıq toy planlarını qururlar. İyunda evlənməsi gözlənilən cütlük qeyri-adi toy etmək istəyirlər.
Onurğa sütununu düzəldən sadə məşq
Onurğa sütununun əyriliyi son illərdə olduqca geniş yayılmış haldır. Bu problemi həm idman məşqləri, həm də tibbi yollarla bərpa etmək mümkündür.
8 dəfə ərdə olan müğənni haqqında inanılmaz İDDİA
Seda Sayanın 6 illik sevgilisi Erkan Çelikdən ayrıldığı haqqında yeni iddia üzə çıxıb. Bəzi iddialara görə, Seda Sayan oğlu Oğulcanın istəyi ilə 6 illik sevgilisindən ayrılıb. Lakin məlum olub ki, 8 dəfə ərdə olan məşhurun ayrılmağa qərar verməsinin səbəbi Erkan Çelikin gözlənilməz tələbi olub.
Məşhur aktyor həbs olundu
Türkiyəli məşhur aktyor həbs olunub. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, aktyor Yurdaer Okur Kıbrıs hava limanında həbs olunub. Təhlükəsizlik qüvvələri aktyorun üzərində 1gr narkotik maddə aşkar etdiklərini qeyd ediblər.
Avstraliya TƏHLÜKƏDƏ - "Debbi" gəlir
Avstraliyada şiddətli "Debbi" siklonu nəticəsində yaranan daşqın təhlükəsi ilə əlaqədar əhalinin təxliyə edilmsi nəzərdə tutulur. Siklon Tuid çayının səviyyəsinin kəskin qalxmasına səbəb olub. Bu səbədən həmin çayın sahillərində, eləcə də Uilson çayı ətrafında məskunlaşan və xüsusən Lismor şəhərindən 40 min sakin təxliyə olunmalıdır.
Daha bir Nobel mükafatçısı öldü
Nobel mükafatı laureatı, sovet və amerikalı nəzəri fizik Aleksey Abrikosov 88 yaşında dünyasını dəyişib. Bu barədə "Exo Moskvı"ya keçmiş təhsil naziri Livanovməlumat verib.
Yeni texnologiya iflic insana əlini tərpətməyə kömək edib
ABŞ mütəxəssisləri iflic olmuş insana əlini tərpətməyə imkan verən texnologiya yaradıblar. 53 yaşlı amerikalı Bill Koçevar yol-nəqliyyat hadisəsindən sonra 8 il iflic olmuş əl-ayaqla yaşayıb. O, hazırda Klivlend Keys Vestern Rezerv Universitetinin alimləri tərəfindən yaradılan yeni texnologiya vasitəsilə digər insanların köməyi olmadan yemək yeyə biləcək. B.Koçevar dünyada əl-ayaqlar üzərində nəzarətin qismən qaytarıldığı kvadriplegiya (hər iki ayaq və əlin iflici) diaqnozlu ilk insan olub.
Pizzanı müştərinin ünvanına çatdıran robot
Məşhur “Domino's Pizza” şirkəti Almaniya və Niderlandda sifariş olunan pizzaları müştərilərə çatdırmaq üçün robotlardan istifadə etməyə hazırlaşır. Pizzaları ünvanlara 2015-ci ilin sonunda “Starship Technologies” şirkəti tərəfindən işlənib hazırlanan və ötən il sınaqdan keçirilən 6 təkərli robot həyata keçirəcək. Robot səki ilə saatda 6,5 km sürətlə hərəkət edir və piyadalar, eləcə də digər maneələrlə toqquşmur.
Merve ana olmaq istəyir
Aktrisa Merve Boluğur və müğənni Murat Dalkılıç valideyn olmaq istəyirlər. Ayrıldıqları barədə xəbərlər yayılan cütlük bunun yalan olduğunu bildiriblər. Onlar bu günlərdə ana olan aktrisa Pelin Karahanı görmək üçün xəstəxanaya gediblər. Çıxışda jurnalistlərlə söhbət zamanı Murad "Mən qız atası, Merve isə oğlan anası olmaq istəyir" deyib.
Yeni mobil texnologiya real vaxt rejimində müxtəlif əşyaların üzərindəki mətni tanıyacaq
“ABBYY” şirkəti informasiyanı sənədlərlə yanaşı, müxtəlif əşyaların üzərindən əldə edən “ABBYY Real-Time Recognition SDK” texnologiyasını təqdim edib. Kameranı mətnin üzərinə yönəldən zaman texnologiya məlumatları alaraq onları tanıyır və bunun üçün internetə qoşulma tələb olunmur.
Moskva məhkəməsi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb
Moskva Şəhər Məhkəməsi müxalifətçi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb. A.Navalnının vəkili Olqa Mixaylova qərardan şikayət edəcəklərini bildirib. Daha əvvəl O.Mixaylova Navalnının həbsindən şikayət edərkən onun saxlanılması və məhkəməsinin çoxsaylı qanun pozuntuları ilə baş tutduğunu iddia edib.














