Generalı öldürəndən sonra şəhid olan gizirin anası vəfat etdi - FOTO
31 Mart 2017 10:34 Dünya15 iyul çevriliş cəhdi zamanı general Semih Terzini öldürdükdən sonra şəhid olan gizir Ömer Halisdemirin anası vəfat edib.
Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Ömerin Niğdedə yaşayan 69 yaşlı anası Fadimana Halisdemir evində halı pisləşdikdən sonra xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Onun vəfatından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərhumənin həyat yoldaşına zəng edərək, ona başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00