Dünya

Dünyanın bir nömrəli narkobaronuna gözlənilməz DƏSTƏK

31 Mart 2017 17:59

Dünyanın bir nömrəli narkobaronu sayılan və hazırda ABŞ həbsxanasında cəza çəkən, "El Çapo" ləqəbli meksikalı Xoakin Quzmana gözlənilməz dəstək gəlib. Beynəlxalq Əfv Təşkilatı "El Çapo"nun ağır həbsxana şəraitinə görə ABŞ-ı tənqid edib.

Peskov: "Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövründəkindən də pisdir”

31 Mart 2017 17:40

"Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövründəkindən də pisdir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın ABC telekanalında “Good Morning America” verilişində deyib. “Yeni "soyuq müharibə"? Əvvəlki ABŞ administrasiyasının addımlarını nəzərə alsaq, ola bilsin ki, münasibətlər daha pis durumdadır”, - deyə o vurğulayıb.

İstanbulda banka silahlı basqın olub, iki nəfər yaralanıb

31 Mart 2017 16:58

İstanbulun Pendik rayonunda bankı qarət etmək istəyənlərlə mühafizə xidməti əməkdaşları arasında atışma baş verib. Atışma nəticəsində soyğunçular və mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.

Arvadı ilə gəzən kişini ailəsi qarışıq qətlə yetirdi - 4 günlük QƏTL SİRRİ

31 Mart 2017 16:53

Türkiyənin Adana vilayətinin Kozan mahalında bir ailənin 5 üzvünün qətlə yetirilməsinin pərdəarxası olaydan 4 gün sonra məlum olub. Ölənlərdən birinin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin həyat yoldaşı ilə əlaqəsi olduğu ortaya çıxıb. Qətlin törədildiyi gecə spirtli içki qəbul etmiş halda İbrahim Açıkgöz ilə birgə dostları Həmdi İncəli və Murat Tosun da saxlanılıb. Bir ailənin 5 üzvünü Murat Tosun ilə İbrahim Açıkgözün qətlə yetirdiyi, Həmdi İncəlinin də onları hadisə yerinə avtomobili ilə gətirib-apardığı məlum olub.

Türkiyə müdafiə nazirinin korteji qəzaya uğradı: 5 yaralı

31 Mart 2017 16:06

Türkiyənin müdafiə naziri Fikir Işıkı müşayiət edən avtomobil karvanı qəzaya uğrayıb. Qəza nəticəsində 5 nəfər yaralanıb. Hadisənin baş verməsinin səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Ərdoğan səfərini təxirə saldı

31 Mart 2017 15:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Erzurumda olacaq mitinqi aprelin 15 – dək təxirə salınıb. Referendumla bağlı davamlı mitinqlərlə bölgələrdə çıxış edən prezident Van mitinqində də iştirak etməyəcək. “Olaylar” Miliyyet” - ə istinadən bildirir ki, Ərdoğanın mitinqlərdə iştirak etməməsinə səbəb səs tellərindəki problemdi. Van mitinqində prezidentlə birgə iştirak edəcyi planlaşdırılan Binalı Yıldırım, mitinqdə yalnız çıxış edəcək. 

İri dalğalar faciəyə səbəb oldu - VİDEO 

31 Mart 2017 13:14

İspaniyadakı Tenerife adalarında bədbəxt hadisə baş verib.İri dalğa qayanın üzərində olan 4 nəfəri dənizə atıb. Onlardan ikisi boğulub, biri isə hələ tapılmayıb. 

Məşhur pilot 43 illik bolidlə yürüş edəcək

31 Mart 2017 13:09

Batton Fottipaldinin bolidində nümunəvi yürüş edəcək. Formula-1 yarışlarının 2009-cu il çempionu, hazırda "Maklaren"in səfiri olan Censon Batton Emerson Fottipaldinin 1974-cü ildə çempion olduğu "Maklaren"M23 bolidində nümunəvi yürüş edəcək. Bu, avqust ayında Monterey Motorsports Reunion festivalında baş tutacaq.

Məsciddə partlayış

31 Mart 2017 13:05

Pakistanda dəhşətli partlayış olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, partlayışda ən az 11 nəfər həlak olub. Hadisə ölkənin Əfqanıstanla sərhəddində yerləşən Paraşınar şəhərində baş verib. Helikopterlərin 60 yaralını xəstənaya çatırdığı bildirilir. Ən çox şiələrin yaşadığı şəhərdə baş verən partlayış mərkəzdə yerləşən məscidin qadınlar üçün ayrılmış giriş hissəsinin yaxınlığında baş verib.  Şəhərdəki Əl Cezirə kanalının müxbirinin verdiyi məlumata görə yaralıların vəziyyəti ağırdı.

İŞİD-çilər avstraliyalı uşağı edam etdilər - Atasından "intiqam" almaq üçün 

31 Mart 2017 12:30

İŞİD-çilər avstraliyalı uşağı atasından intiqam almaq üçün edam ediblər. Avstraliyalı uşaq atası döyüş bölgəsindən qaçdığına görə İŞİD-çilər tərəfindən edam edilib.

Rusiya polisi iki ildir axtardığı azərbaycanlını tutdu

31 Mart 2017 12:11

Rusiyanın Krasnoyarsk şəhər polisi iki ildən çox axtarışda olan Azərbaycan vətəndaşını həbs edib. 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı quldurluqda ittiham olunur. O, 2015-ci ildən Rusiya Federasiyasında axtarışda imiş. Hazırda onun başqa cinayətlərdə də iştirakı araşdırılır.

İllərlə doğma qızını zorladı: "Əlaqəyə girmədiyim zaman anamı döyürdü"

31 Mart 2017 12:07

Türkiyədə, Eskişehirdə 44 yaşlı İ.T.-nin hazırda evli olan 22 yaşlı doğma qızı Z.A.-nı zorladığı iddiasıyla məhkəmə hökm oxuyub.   Z.A. 2 il əvvəl polis bölməsinə gedərək, doğma atası İ.T.-nın ona 8 yaşından etibarən təcavüz etdiyini deyib. İ.T. qızının şikayəti sonrası nəzarətə alınıb ​​və məhkəmə qərarı ilə həbs edilib. Eskişehir 1-ci Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan İ.T. ittihamları qəbul etməyərək qızının ona böhtan atdığını qeyd edib.

Qiyam baş tutsaydı Türkiyə 4 dövlətə parçalanacaqdı ŞOK FAKTLAR

31 Mart 2017 11:45

Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı bu zaman ölkənin ərazisi 4 yerə parçalanaraq, yeni dövlətlər yaranacaqdı. Türkiyənin Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Mehmet Erdoğanın fikirlərini  “Olaymedya” saytı yazır.

İş adamının oğlu evində ölü tapıldı

31 Mart 2017 11:31

Türkiyənin Zonquldaq bölgəsinin Ereğli qəsəbəsində iş adamı Hasan Özdemirin oğlu evində ölü tapılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, hadisə Müftü məhəlləsi Ömər Halis demir bulvarında yerləşən binada baş verib. 4 gün öncə gəncdən  xəbər ala bilməyən yaxınları onun evinə gəliblər.

Tramp təsdiqlədi: "Vurun!"

31 Mart 2017 11:06

ABŞ Prezidenti Donald Tramp Pentaqonun Somaliyə hava hücumu ilə bağlı tələbini təsdiq edib. Hava əməliyyatında məqsəd Somalidəki "əş-Şabab" terror təşkilatının mövqelərinə zərbə endirməkdir.