Dünya

Rusiyada qəza nəticəsində 40 nəfər xəsarət alıb

18 Aprel 2017 12:45

Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb. Hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib. 

"Sarkisyanın təhrikedici ritorikası Vaşinqtonda narahatlıq doğurur"

18 Aprel 2017 12:28

Ermənistanın əldə etdiyi "İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır. Bu barədə ABŞ-da işıq üzü görən "Washington Times" nəşrində dərc olunmuş məqalədə deyilir.

ABŞ Şimali Koreyaya doğru daha iki təyyarədaşıyan göndərdi, nüvə müharibəsi yetişir

18 Aprel 2017 12:04

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin komandanlığı Şimali Koreya sahillərinə daha iki təyyarədaşıyan zərbə qruplaşması göndərir. Bu barədə Cənubi Koreyanın rəsmi "Yonhap" agentliyi hökumət qaynaqlarına istinadən məlumat yayıb. Məlumata görə bu günlərdə Şimali Koreya sahillərinə doğru istiqamət alan "Karl Vinson" təyyarədaşıyanı aprelin 15-də Yapon dənizinin sularına daxil olacaq.

“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub

18 Aprel 2017 11:29

“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər. Söhbət zamanı həmçinin Donbasda atəşkəs rejiminə əməl edilməsinin vacibliyi vurğulanıb. Ölkə liderləri ilk öncə təhlükəsizlik və siyasi məsələlər sahələrində Minsk razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər.

"ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq"

18 Aprel 2017 11:27

Hərbi bazalarımızıda illik, aylıq və hətta həftəlik olaraq raket sınaqlarımızı keçirməyə davam edəcəyik. Bu sözləri Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Syonq-Ryol deyib. O bildirib ki, ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq.

Rusiyada aeroport bağlandı

18 Aprel 2017 11:25

İrkutsk aeroportu yerli vaxtla saat 13.15-ə qədər bağlanıb. Aeroportun uçuşları dayandırmasının səbəbi güclü qarla bağlıdır. Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb. 7 təyyarənin uçuşunun dayandırılması barədə məlumat verilib.

Xəstəxanada yanğın: 2 nəfər xəsarət aldı, 100 nəfər təxliyə edildi - Rusiyada

18 Aprel 2017 11:23

Bu gün Rusiyada xəstəxanada baş verib. Yanğın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 1 saylı vilayət klinik xəstəxanasının yeddinci korpusunun zirzəmisində olub.

15 min dollarlıq üzüklə evlilik təklif etmişdi, ayrıldı

18 Aprel 2017 11:17

6 ildir sevgili olan və evlənmələri gözlənilən daha bir məşhur cütlük ayrılıb. Model Özge Ulusoy və iş adamı Hacı Sabancımünasibətlərini bitiriblər. Bir neçə ay əvvəl evlənmək qərarı verən cütlüyün ayrılığı ətrafdakıları təəccübləndirib.

Rusiyada 5,3 bal gücündə zəlzələ olub

18 Aprel 2017 11:09

Rusiyanın Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xodutka və Ksudaç vulkanları yaxınlığında, ocağı isə 120 km dərinlikdə yerləşib. Yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb. 

Tramp Ərdoğanı təbrik etdi

18 Aprel 2017 09:53

Məşhur cütlük sevgili oldu

17 Aprel 2017 19:40

Bir müddət əvvəl müğənni Keti Perridən ayrılan aktyor Orlando Blum yeni münasibətə başlayıb. Qərb mediası iddia edir ki, aktyor həmkarı Nina Dobrevlə sevgilidir. Tez-tez bir araya gələn cütlük bu yaxınlarda film təqdimatlarından birində görüşüblər. Mərasimdən sonra isə birgə vaxt keçirmək üçün dostları ilə görüşüblər.

Amerikalı alimlər smartfonlar üçün öz-özünə bərpa olunan şüşə yaradıblar

17 Aprel 2017 19:35

Kaliforniya Universitetinin alimləri tərəfindən smartfonlar üçün yaradılmış şüşə öz-özünə bərpa olunmaq qabiliyyətinə malikdir. Elmi qrupun direktoru Çao Van deyib ki, yeni şüşə müxtəlif çat, cızıq və kəsiklərə qarşı son dərəcə davamlıdır.

Ən bahalı mobil telefonlar beşliyi açıqlanıb

17 Aprel 2017 19:30

Mütəxəssislər tarix boyu mövcud olan ən bahalı mobil telefonlar beşliyini açıqlayıblar. Siyahıda birinci yeri 8 milyon dollarlıq model tutub. Bu qiymət brendin loqotipinin almazla bəzədilməsi ilə əsaslandırılır. Belə ki, avstriyalı futbol klubu sahibi Toni Seyc 2010-cu ildə “Apple” şirkətinin istehsalı olan telefonunun zinət əşyaları ilə bəzədilməsini sifariş edərək brendin loqotipini 53 almazla bəzəyib.