Dünya
“Apple” korporasiyasının həmtəsisçisi 2075-ci illə bağlı proqnozunu səsləndirib
Növbəti istirahət günlərində “Silicon Valley Comic Con” sərgisi keçiriləcək. Bu tədbirin təşkilatçısı dünyada tanınmış ixtiraçı və “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyakdır. O, sərgi ərəfəsində “USA Today” nəşrinə verdiyi müsahibəsində yaxın 58 illə bağlı öz proqnozunu səsləndirib. Voznyak belə düşünür ki, 2075-ci ilədək indiki səhraların ərazisində gələcəyin şəhərləri ucaldılacaq və ev problemi aradan qalxacaq.
Türkiyədə qəzaya uğrayan vertolyotda olan 12 nəfər şəhid olub - YENİLƏNİB
Türkiyənin Tunceli vilayətində vertolyot qəzaya uğrayıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, vertolyotda 2 hakim, 8 polis,1 gizir və 3 ekipaj üzvü olmaqla, 14 nəfər həlak olub. Tunceli rəsmilər bildirib ki, polisə məxsus "Sikorsky S-70 Blackhawk" tipli vertolyot yerli vaxtla saat 11.40 radələrində Pülümür qəsəbəsindən qalxıb, 10 dəqiqə sonra radarlardan itib.
Peterburq metrosu yenə bağlandı - BOMBA TƏHLÜKƏSİ
Bu gün gündüz saatlarında Sankt-Peterburqda "Ploşad Mujestva" metro stansiyası sərnişinlərin giriş və çıxışı üçün bağlanıb. Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, səbəb yenə də metroda tapılan sahibsiz əşyadır.
"Facebook" 30 min səhifəni sildi
"Facebook" sosial şəbəkəsi Fransadakı prezident seçkiləri öncəsi yalan ("fake") məlumatlar yayan 30 minə yaxın səhifəni bağlayıb. Sosial şəbəkə "fake"ləri ayırmaq üçün avtomatlaşdırılmış mexanizmlər tətbiq edir. "Son təkmilləşdirmələr bütün saxta səhifələrin silinməsinə gətirib çıxarmasa da, biz nəticələrin daimi olaraq yüksəlməsinə çalışırıq", - deyə "Facebook"un texniki meneceri Şabnem Şayk bildirib.
Metroda rüsvayçılıq: reklam monitorları porno göstərdi - 25 saniyə davam etdi
Hindistanın paytaxtı Dehlidə sərnişinlərin ən sıx olduğu metro stansiyalarından olan "Rajiv Çovk"ın ekranında porno yayımlanıb. Dehli Metro Dəmiryol İdarəsi hadisə ilə əlaqədar istintaq komissiyası yaradıb. Bu olay 9 aprel tarixində stansiyada reklam və əlavə məlumatlar üçün tutulan monitorda baş verib.
Samvel Babayanı tezliklə buraxacaqlar: Özünü yaxşı aparıb
Qondarma "DQR"in keçmiş "müdafiə naziri", Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri ərəfəsində həbs edilmiş general Samvel Babayanın tezliklə buraxılacağı gözlənilir.
500 rus kəşfiyyatçısı Ermənistanda hərəkətə keçdi
Rusiya hərbçiləri Ermənistanda yerləşən bazada xüsusi taktiki təlimlərə başlayıb. Bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Təlim Kəmxud dağlıq poliqonunda keçirilir. Hərbi tədbirə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub.
İŞİD-in rusiyalı lideri məhv edildi
İraqın federal polisi Mosulda İŞİD terror qruplaşmasının hərbi başçılarından birinin öldürüldüyünü açıqlayıb. O, Abu Hacir ar-Rusi kimi məşhurdur. İraqlı general-leytenant Raeda Şakerin sözlərinə görə, terrorçu şəhərin qərb hissəsində, As-Saur adlanan ərazidə raket zərbəsi ilə məhv edilib. İŞİD lideri həmin vaxt öz qərargahında olub. Təhlükəsizlik əməkdaşları onun əsl adını və vətəndaşlığını dəqiq söyləyə bilmirlər. Lakin onun Rusiyadan gəlmə olduğu təxmin edilir.
Britaniyada növbədənkənar seçki keçiriləcək
Böyük Britaniyada iyunun 8-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deyib. “Mən bu dəqiqə Nazirlər Kabinetinin iclasını keçirdim.
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Şübhəli şəxslər səhər saatlarında Marseldə şəhərində tutulub.
Kremldən Şimali Koreya XƏBƏRDARLIĞI: Fitnəkar hərəkətlərdən...
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şimali Koreyaya gözlənilməz addımlarla bağlı xəbərdarlıq edib. Dimitri Peskov çıxışında Rusiyanın mövqeyinin açıq-aşkar bəlli olduğunu deyib: "Biz bütün ölkələri hazırki vəziyyətlə əlaqədar təmkinli olmağa çağırırıq. Rusiya Şimali Koreya probleminin nizama salınması istiqamətində ölkələri heç bir yanlış hərəkətə yol vermədən beynəlxalq səviyyədə həll olunmasına dəvət edir".
Myanmada su festivalı zamanı 300-ə yaxın insan ölüb
Myanmada su festivalı zamanı 285 nəfər ölüb. Yeni il bayramı olan su festivalı zamanı ölkə ərazisində müxtəlif hadisələr nəticəsində həmçinin mindən çox insan xəsarət alıb.
Müsəlman telekanalı yaratmaq planlaşdırılır
Tatarıstanda federal səviyyəli müsəlman telekanalı yaratmaq planlaşdırılır. Bunu Tatarıstan müftisi Kamil Samiqullin deyib.
Köpəkbalığı 17 yaşlı qızı parçaladı
17 yaşlı Letisiya Brauer okean sahilində, çimərliyin yaxınlığında sörfinqlə məşğul olanda köpəkbalığı ona hücum çəkərək parçalayıb.
Ermənistanda qadın deputatlar bir-birilərini "qırır"
Ermənistanın hakim Respublika partiyasında beşinci çağırışda "seçilən" qadın deputatlarKarine Acemyan, Ruzanna Muradyan və Marqarit Yesayan arasında münasibətlər gərginləşib.














