Dünya
İŞİD İraqda hərbi hissəyə hücum zamanı "iprit"dən istifadə edib
İŞİD terror qruplaşmasının üzvləri İraqda hərbi hissəyə hücum zamanı "iprit" adlanan zəhərləyici maddədən istifadə edib. Hücum zamanı hərbi hissədə ABŞ və Avstraliyadan olan məslətçilərdə olub.
Corc Buş yenə xəstəxanalıq oldu
ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) xəstəxanaya yerləşdirilib. 92 yaşlı C.Buşun mətbuat katibi Cim Makqret bildirib ki, sabiq dövlət başçısı sətəlcəm səbəbindən təkrar müalicə olunacaq. O, ABŞ-ın 41-ci Prezidentinin səhhətinin ümumilikdə yaxşı olduğunu və bir müddət xəstəxanada həkim nəzarətində qalacağını deyib.
"Formula-1"də böyük qalmaqal
Beynəlxalq "Formula-1" avtoçempionatında çıxış edən "Force İndia" komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub. Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və çirkli pulları yumaqda suçlanır. Dünən o, London Məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, V.Mallya vətəni Hindistana ekstradisiya ediləcək. O, fevralın 8-dən bəri Hindistanda axtarışdadır. Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar.
Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı
Misirdəki antik "Krallar Vadisi" yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb. Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundə aparılan arxeoloji araşdırmalarda firon dövrünə aid altı mumiya olduğunu açıqlayıb.
Ərdoğan ABŞ-a gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. R.T.Ərdoğanın Birləşmiş Ştatlara rəsmi səfəri ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillersonarasında telefon danışığı zamanı razılaşdırılıb. Tərəflər səfərin vaxtını və proqramını müəyyənləşdirmək üçün yaxın vaxtlarda işə başlayacaqlar. İlkin məlumata əsasən, səfər mayın sonlarında baş tutacaq.
Arvadını vəhşicəsinə öldürdü
Rusiyanın hərbi aviasiyası Ermənistanda təlimlərə başladı
Ona Gülbeni unutduran qadın məşhur sima çıxdı
Gülben Ergenlə olan evliliyi keçən ilin dekabr ayında bitirən Erhan Çelikin yeni bir sevgi yaşadığı iddia edilir. Xəbərlər aparıcısı Erhan Çelikin boşandıqdan 4 ay sonra zəngin gözəl Elif Dürüstlə yeni bir eşq yaşadığı deyilir. Münasibətlərinin təməlinin Anadoludakı bir balıqçıda qoyulduğu deyilən cütlüyün baş-başa qaldıqları məkandan ayrı-ayrı çıxdıqları da iddialar arasındadır.
"Hayat şarkısı"nın aktyorunun qabırğaları sındı
"Hayat şarkısı" serialının aktyoru Ahmet Mümtaz Taylan çəkiliş meydançasında xəstəxanalıq olub.
Kıvançın xanımı 40 yaşında estetik əməliyyat etdirib?
Bu gün Kıvanç Tatlıtuğun xanımı Başak Dizer haqda xəbər yayılıb. Türkiyə mediası iddia edir ki, 40 yaşı tamam olan stilist estetik əməliyyat keçirərək alın və göz ətrafına botoks, üzünə isə dolğu etdirib.
Məşhur türk müğənninin əkiz övladı olacaq
8 illik münasibətdən sonra 2,5 il əvvəl ailə quran müğənnilər Fettah Can və Cansu Kurtçunun əkiz övladları olacaq. 33 yaşında hamilə olan Cansu, eyni zamanda, yeni albom hazırlıqlarına başlayıb.
23 min il yaşı olan Venera tapıldı
Rusiyanın Bryansk əyalətində aparılan qazıntılar zamanı qədimi heykəlciklər tapılıb. Rusiyanın Elmlər Akademiyasının müdir müavini Konstantin Qavrilov bildirib ki, tapıntı 2016-cı ilin yaz-payız aylarında aparılan qazıntılar zamanı aşkarlanıb.
Keremcemin keçmiş xanımı yenə ayrıldı
Ötən il sevgili olan aktrisa Seda Güven və Onur Tuna ayrılıb. Daha əvvəl də ayrıldıqları deyilən, ancaq bunun yalan olduğunu sübut edən cütlük bu dəfə münasibətlərində son qərarlarını veriblər.
Sürücüsüz avtomobillər üçün proqram platforması yaradılıb
“Apple” şirkəti sürücüsüz avtomobillər üçün proqram platforması hazırlayaraq ABŞ hakimiyyətindən onların yollarda sınaqları üçün icazə alıb. ABŞ Dövlət Avtomobil Nəqliyyatı Departamenti “Apple” şirkəti tərəfindən 2015-ci ildə buraxılan “Lexus RX540h” markalı özüidarəolunan avtomobillərin sınaqlarının keçirilməsini təsdiq edib. Analoji icazələri, həmçinin “Volkswagen”, “Mercedes-Benz”, “Google”, “Tesla”, “Nissan”, “BMW”, “Honda”, “Ford” və “Bosch” şirkətləri alıb.
Uçan mobil rabitə stansiyasının sınaqları keçirilib
ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti “4G” standartlı rabitə avadanlığı ilə təchiz edilən pilotsuz uçan aparatın uğurlu sınağını keçirib. Perspektivdə belə uçan aparatlardan təbii fəlakətlərdən ziyan çəkən yerlərdə rabitənin bərpası üçün uçan mobil rabitə stansiyaları kimi istifadə planlaşdırılır.














