Dünya
Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır
Ötən gün Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda ağır güllə yarası alan erməni hərbçi Tatul Aramayis Harutyunyanın vəziyyəti kritikdir. Erməni hərbçi hospitala ağır vəziyyətdə gətirilib.
Rusiya qafqazlı İŞİD-çilərin sayını açıqladı
Şimali Qafqazın 2,7 min sakini Suriya və İraqda terrorçu təşkilatların tərkibində vuruşurlar. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“NATO Türkiyəyə müdaxilə etməlidir” - ŞOK ÇAĞIRIŞ
ABŞ-ın nüfuzlu nəşrlərindən olan “New York Times” Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da keçirilən referendumu şərh edib. “Türkiyədə demokratiya itirdi” başlığı ilə verən nəşr NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.
Bələdiyyə binasına atəş etdilər
Türkiyənin paytaxtı Ankara şəhərində Böyükşəhər Bələdiyyəsinin binasına atəş açıblar. “Olaylar” “Miliyyət” - ə istinadən bildirir ki, Hipodrum küçəsində yerləşən bələdiyyə binasına gecə saatlarında kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən 3 dəfə atəş açılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Məşhur gecə klubuna hücum: yaralılar arasında tanınmış model də var
İngiltərədə məşhur bir gecə klubunda dəhşət yaşanıb. Artur Kollins adlı bir şəxs kükürd turşusu ilə hücum etdiyi gecə klubunda 20 nəfərə xəsarət yetirib. Artur Kollinsin televiziya ulduzuFern Makkeynin sevgilisi olduğu deyilir. Televiziya ulduzunun sevgilisini polislə danışmaq üçün razı salmağa çalışdığı ifadə edilir.
Avtobus çaya düşdü - 44 ölü
Hindistanın şimalında sərnişin avtobusunun çaya düşməsi nəticəsində 44 nəfər həlak olub. Hadisə Himaçal-Pradeş ştatında baş verib. Avtobus Tons çayına düşüb. Qəzaya uğrayan avtobusda 50-dən çox sərnişin olub.
Ege dənizində təhlükə
Türkiyə Sahil Mühafizə gəmiləri səhər saatlarında və iki gün bundan öncə ölkənin dəniz hüdudlarını pozmağa cəhd edən yunan gəmilərinin qarşısını almağa çalışırlar. Ötən günü Pasxa bayramı münasibəti ilə yunan Quru Qüvvələri komandanı general Alikviadis Stefanis Bodrumun yaxınındaki Klalaimnos adasını, Müdafiyyə Naiziri isə Bulamaç və Eşşək adalarını ziyarət etdikdən sonra yunan gəmiləri dəfələrlə Türk dəniz hüdudlarını pozmağa cəhd ediblər. Bütün hallarda yunan gəmiləri Türk SahilMühafizə gəmiləri tərəfindən ölkənin su sərhhədlərindən sıxışdırılaraq çıxardılıblar.
Qılınc qından çıxdı - ABŞ yenə hədələdi, Şimali Koreya isə "vurdu" - VİDEO
"Qılınc qından artıq çıxıb. Tam məsuliyyət və qətiyyətlə bildirirəm ki, Şimali Koreyanın adi və ya nüvə silahlarından istifadə etmək cəhdinə ABŞ ilə Cənubi Koreyanın, habelə müttəfiqlərimizin cavabları dağıdıcı, sarsıdıcı və effektiv olacaq".
Trampın "feyk" həmləsi: "Karl Vinson" Şimali Koreyaya yox, başqa istiqamətə gedib
ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən Şimali Koreya sahillərinə yollanmalı olan "Karl Vinson" təyyarədaşıyanı və onu müşayiət edən zərbə qruplaşması əslində başqa istiqamətə gedib.
Alman deputat PKK-nın bayrağını dalğalandırdı
Almaniya Bundestaqının deputatı Andrey Hunko PKK terror təşkilatının aktiv təbliğatçılarından birinə çevrilib. “OLAYLAR”-ın xəbərinə görə, Bundestaqın üzvü bu günlərdə PKK terror təşkilatının bayrağını əlində dalğalandıraraq foto çəkdirib.
Rusiyaya məxsus gəmi batdı
Qara dənizin Krım sahillərinin yaxınlığında Rusiyaya məxsus yük gəmisi "Geroi Arsenal" batıb. Gəminin Taman yarımadasının 15 kilomerliyində batdığı bildirilir. Gəminin səhər saatlarında radar ekranlarından itdiyi və radio rabitəsinin kəsildiyi bildirilir. İlkin məlumata əsasən gəmidə 12 nəfər heyyət üzvündən ibarət olub.
Türkiyədə zələzələ
Ötən gecə saat 01:40 radələrində Türkiyənin Cənub Şərqındəki Şırnak vilayətində 4 ball gücündə zələlə baş verib. Zələlənin mərkəzinin Şırnağın Uludərə rayonunda olduğu müəyyən edilib. Yeraltı təkan yerin 2.8 kilometr dərinliyində baş verib.Verilən məlumata əsasən təkan nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Məşhur aktyor sevgisinə görə intihar etdi
Türkiyəli məşhur aktyor gecə saatlarında intihar edib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, reklamlarda və tiyatr səhnəsində fəaliyyət göstərən Orhan Yücəl gecə saatlarında facebook sosial şəbəkəsində canlı yayıma qoşularaq, adını qeyd etmədiyi bir xanımı çox sevdiyini, sevgisinə müsbət cavab ala bilmədiyi üçün intihar edəcəyini söyləyib.
Malidə hərbi düşərgəyə hücum: 5 ölü, 10 yaralı
Malinin Quarma-Rarus şəhərində terrorçular hərbi düşərgəyə hücum edib. Hücum nəticəsində 5 hərbçi həlak olub, 10-u isə yaralanıb. "France Press" gentliyinin məlumatına görə, hadisə yerinə gələn Fransa hərbçiləri azı 10 terrorçunu məhv ediblər.
Peruda güclü zəlzələ olub
Peruda 6,0 bal gücündə zəlzələ baş verib. Yearltı təkanların episentri Kampoverdedən 55 kilometr cənubdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.














