Dünya
Kliniki tədqiqatlar üçün “ağıllı” saat təqdim edilib
"Alphabet” şirkətinin biotibbi filialı olan “Verily Life Sciences” tədqiqatların keçirilməsi vaxtı məlumatın toplanılması üçün nəzərdə tutulmuş “ağıllı” saat təqdim edib.
Qadınlara qara libas qadağan edilir - Nazarbayev qərar verdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qeyri-matəm vaxtlarda qara rəngdə paltarların qadağan edilməsinin zəruri olduğunu deyib. N.Nazarbayev qazax qadınlarının tamamilə qara rəngdə geyimlər geydiyini deyib. O əlavə edib ki, müsəlman geyimi ilə yox, inancı ilə seçilməlidir.
Əl-Bağdadiyə daha bir zərbə
İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan silahdaşlarından Əbu Abdel Rəman adlı terrorçu məhv edilib. Bu barədə İraq Federal Polisinin komandanı Raid Şaker Coudət xəbər verib.
Turistin pulqabısını oğurlayanı axtraran polis ŞOK FAKTLA QARŞILAŞDI
Türkiyənin Mersin şəhərində turistə qarşı cinayət törədilib. Sərnişin kimi mindiyi mikroavtobusda yapon turistin çantasındakı pulqabısını oğurlayan şəxs təhlükəsizlik kamerası tərəfindən görüntülənib.
İnternet kafedə video izləyərkən tutuldular - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Kayseridə bir internet kafedə FETÖ / PDY terror təşkilatı lideri Fətullah Gülənin videolarını izləyən ər-arvad tutularaq nəzarətə alınıblar. Təhlükəsizlik İdarəsinə gələn bir xəbərdən sonra Terrorla Mübarizə İdarəsinin əməkdaşları Belsin Məhəlləsində olan bir internet kafedə terror təşkilatı lideri Fətullah Gülənin videolarını izləyən Y.M. və həyat yoldaşı M.M.-ni tutublar.
Rusiyanı qana boyamaq istəyənlər zərərsizləşdirildi
Rusiyada terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib. Orta Asiya respublikalarının birinin vətəndaşları olan həmin şəxslərin beynəlxalq terror təşkilatları ilə əlaqəli olduğu bildirilir.
"Türkiyədə ölüm hökmünün bərpası AŞ-dakı üzvlüyünə zidd olacaq"
"Türkiyədə edam cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasında üzvlüyünə uyğun gəlməyəcək". Bunu AŞPA-nın edam cəzasının ləğvi üzrə baş məruzəçisi İv Kruşet deyib.
Rusiyada jurnalist öldürüldü
Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist öldürülüb. "Novıy Peterburq" qəzetinin baş redaktoru Nikolay Andruşenko gecə saatlarında hücuma məruz qalıb. Başından xəsarət alan jurnalist xəstəxanada keçinib.
Poroşenko: “Rusiyaya qarşı sanksiyalar olmasaydı…”
“Rusiya bu gün minlərlə vədi pozur. Mən bir çox dəfə Putinlə görüşmüşəm və onunla vədlərin sonsuz miqdarını müzakirə etmişəm”.
Yunanıstanda helikopter qəzaya uğradı - Matəm elan olundu - YENİLƏNİB
Yunanıstan ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Məlumata görə, helikopter dağa çırpılıb. Qəza nəticəsində helikopterdə olan 5 nəfər həyatını itirib. Həlak olanlar arasında Yunanıstanın Birinci Ordu Komandanın köməkçisi olduğu da bildirilir.
Sarkisyan keçmiş nazirdən qisas alır - Oğlu həbsdə qalacaq
Bu ilin fevral ayında "Birlik" partiyasının sədri, Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe tutan keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyan həbs edilmişdi. Seçkidən öncə baş verən hadisə Oskanyanı sarsıtsa da, o, deputat seçiləcəyi təqdirdə oğlunu həbsdən buraxdıracağına ümid edirdi. Gözlənilən baş vermədiyindən Oskanyanın oğlu hələ də həbsdədir, Sarkisyan rejimi onu həbsdən buraxmaq niyyətində deyil.
Məmurun SEKS KABİNETİ: iş masasında azyaşlı qızlarla intim oyunu və...
SSRİ-nin qapalı pərdələrinin arxasında nələrin gizləndiyini müasir tarixçilər, sonuncu şahidlər bu gün ortaya çıxararkən, insanı dəhşətə gətirən çox faktların üstü açılır.
Medvedev: "Sanksiyalar və neftin qiyməti artıq qorxutmur"
Sanksiyalar və neftin aşağı qiymətləri artıq heç kimi qorxutmur. Rusiya iqtisadiyyatı vəziyyətdən öz xeyrinə istifadə etməyi öyrənib. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
Suriya və İraqda 2700 Şimali Qafqaz sakini döyüşür
Şimali Qafqaz Federal Dairəsinin təqribən 2700 nəfər sakini Suriya və İraqda terror təşkilatlarının tərkibində döyüşür. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
Məşhur milyarder Sarkisyana qarşı
Ermənistanda Sarkisyanın qatı tənqidçisi kimi tanınan müxalifət fəalına Moskva milyarderi sponsorluq edir. Ermənistanda fəal müxalifətçi kimi tanınanZaruhi Postanyan və onun yeni yaratdığı partiyanın sponsoru Moskvada yaşayan milyarder, "Ruçok İnvest" tikindi holdinqinin sahibi Ruben Tsolak Qriqoryandır.














