Dünya
Tibdə VACİB YENİLİK: ağıllı sarğılar
Böyük Britaniyada ağıllı sarğılar hazırlanır. Bu ağıllı sarğılar yaranın nə vaxt sağaldığını müəyyən edib həkimə “xəbər verəcəklər”. Çünki bu sarğıların içində çox kiçik sensorlar yerləşdirilib. Sensorlar yaradakı dəyişikliyi, infeksiyaların mövcud olub-olmamasını və xəstənin fəallıq səviyyəsini öyrənəcək.
Özündən 6 yaş böyük kasıb qızla evlənən məşhur aktyorun aylıq maaşı ŞOK ETDİ
Kıvanç Tatlıtuğ və xanımı Başak Dizerin aylıq qazancı hər kəsi təəccübləndirib. Aktyorla stilistin aylıq maaşı məlum olub. Star TV-də yayımlanan “Cəsur və Gözəl” serialında çəkilən aktyor Kıvanç Tatlıtuğ bir ayda 520 min TL (təxminən 260 min manat) qazanır. Serialda onu geyindirən stilist həyat yoldaşı Başak Dizerin bir aylıq maaşı isə 20 min TL-dir (təxminən 10 min manat).
Real vaxt rejimində izlənilən “ağıllı” çamadan yaradılıb
Mütəxəssislər “GPS” vasitəsilə real vaxt rejimində izlənilə bilən “E-Case” adlı “ağıllı” çamadan yaradıblar. “Ağıllı” çamadanın yaradılmasına səbəb səyahətlər zamanı hazırda müasir dünyada böyük problemə çevrilən əşyaların itirilməsi olub.
Müğənninin milyon dollarlıq malikənəsi
Beyonsun zövqü ilə bəzədilmiş evin bir gecəlik qiyməti 30 min dollardır. Beyons Amerikanın ən məşhur idman növü olan superboul həvəskarları üçün milyon dollarlıq malikanə alıb. Malikanə Kaliforniyanın Los Altos Hillz bölgəsində yerləşir.
"Facebook"da kişiləri soyan "gəlin" dəstəsi saxlanıldı - Polis nələr aşkarladı?..
Rusiyada qız adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən polis əməkdaşları avropalı kişi istifadəçilərin pulunu mənimsəyib. Saxlanılan qrupun bütün üzvləri Mari-El Respublikasının Yoşkar-Ola şəhərinin sakinləridir. Onların arasında qadın da var. Aldadılan şəxslər isə Böyük Britaniya, Almaniya, İrlandiya, Litva və Latviya vətəndaşlarıdır.
Türkiyədə avtopark çökdü: Ölənlər və yaralılar var
Türkiyənin Samsun şəhərinin Kavak qəsəbəsində sökülməkdə olan avtopark çöküb. Olay günorta saatlarında Azaklı məhəlləsində baş verib. Birmərtəbəli avtopark tikilisinin çökməsi nəticəsində altında qalan 3 nəfər ölüb.
Rusiya və Çin kəşfiyyatı ABŞ hərbçilərinin izinə DÜŞDÜ - BÖYÜK MÜHARİBƏ
Rusiya və Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını izləmək üçün Koreya yarımadasına göndərib. Nəşr qeyd edib ki, hər iki ölkənin kəşfiyyat gəmiləri artıq Koreya sahillərinə yan alırlar. “Bu, Koreya yarımadasına donanma yeridən ABŞ-a ciddi siqnaldır”, - deyə nəşr vurğulayıb.
İŞİD liderinin “Qafqaz əmiri” ləqəbli əsas köməkçilərindən biri öldürülüb
İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri öldürülüb. “Qafqaz əmiri” ləqəbli terrorçu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib. Naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.
15 yaşlı manyakın qandonduran cinayətləri: 8 qadını meşədə...
Rusiyanın İrkutsk ərazisində 15 yaşlı məktəbli barəsində hökm çıxardılıb. Qadınları zorlayaraq öldürən yeniyetmənin qan donduran qətlləri hamını şoka salıb. Keçirilmiş ekspertiza ittiham edilən yeniyetmənin psixi problemləri olduğunu təsdiq etsə də, ona hökm oxunub. Məktəbli bu günə qədər 8 müxtəlif yaş qrupundan olan qadınları öncə zorlayıb, sonra qətlə yetirib. Yeniyetmənin törətdiyi cinayətlər nəzərə alınaraq ona, 6 il müddətinə islahedici koloniyada cəza çəkəcəyi bildirilib.
Davutoğlunun referendum açıqlaması
Türkiyənin keçmiş baş naziri Əhmət Davutoğlu ötən gün keçirilən referendumun nəticəsi ilə bağlı fikrini twitterhesabı ilə bildirib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, keçmiş nazir sosial şəbəkə hesabından “Milletimiz ən doğru qərarı verdi. Referndumun nəticəsi ölkəmiz və millətimiz üçün xeyirli olsun” cümlələrini paylaşıb.
Bred Pitt və Ancelina Coli arasında yeni qalmaqal: "Qızım ölə bilərdi"
Boşanma ərəfəsində bir-birlərinə qarşı sərt olan, son zamanlar isə bir qədər yaxınlaşan Ancelina Coli və Bred Pittin münasibəti yenidən pisləşə bilər. Bu barədə "Radaronline" yazıb. Bunun səbəbi isə cütlüyün əkizləri Vivienne və Knoksun başına gələnlərdir. Belə ki, hazırda Colinin himayəsində olan uşaqlar dayələri ilə park gəzintisinə çıxıblar. Bu gəzinti zamanı Vivienne kiçik qəza keçirib. O, yıxılaraq başını dəmir barmaqlıqlara çırpıb. Ətrafdakılar hadisəni görərək köməyə qaçıblar. Alnından yaralanan uşaq 10 dəqiqə boyunca yerindən qalxa bilməyib.
ABŞ Suriyaya desant göndərib - Məxfi əməliyyat
ABŞ-ın rəhbərliyi etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında desant qoşunları yerləşdirib. Şahidlərin sözlərinə görə, hərbi əməliyyat İŞİD-in nəzarətində olan şəhərin şərq hissəsində həyata keçirilib. Desantlar əraziyə "Apache" helikopterləri ilə gətirilib.
Partlayış bank binasını dağıtdı
Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış "Société Générale" bankının ofisinin binasını dağıdıb.
Ailəsi tərəfindən diri-diri basdırılan uşağın möcüzəvi qurtuluşu
Çində ailəsi tərəfindən diri-diri basdırılan körpə 8 gün ərzində torpağın altında möcüzəvi bir şəkildə həyatda qalıb. Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, körpənin kiçik karton qutu içində torpağın altında 8 gün ac, hətta susuz yaşaya bilməsi möcüzə olub. Uşağın susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdarda yağış suları olub.
Miqrant faciəsi davam edir: hər gün boğulurlar - VİDEO
Almaniyadakı "Jugend Rettet" qeyri-hökumət təşkilatına məxsus "Luventa" gəmisi Aralıq dənizidə batmaq təhlükəsi ilə üzləşib. Yaxın Şərq və Şimali Afrikadan olan miqrantları Aralıq dənizində ölümdən xilas etmək üçün onları qəbul edən gəminin yükü həddən ziyadədir. Gəmidəki miqrantların çoxluğu onu batıra bilər.














