Dünya

Pentaqon rəhbəri: "Əsəd rejimində hələ də kimyəvi silah qalır"

21 Aprel 2017 16:30

"Bəşər Əsədin ordusu hələ də kimyəvi silaha malikdir". Bu sözləri İsraildə səfərdə olan ABŞ müdafiə naziri Ceyms Mettis deyib. O bildirib ki, ABŞ Suriyaya qarşı raket zərbələri endirdikdən sonra Suriya ordusu hərbi təyyarələrinin yerini dəyişib:"Onlar təyyarələrin yerini dəyişib, heç bir şübhə yoxdur. Təyyarələr son bir neçə gündür ki, başqa yerə aparılıb. Deyə bilərəm ki, Suriya ordusunda hələ də kimyəvi silahların bir hissəsi qalıb. Bu,BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulmasıdır. Məsələyə diplomatik səviyyədə baxılmalıdır".

Ceyran dərisinə qızıl hərflərlə yazılmış Allahın kitabı tapıldı

21 Aprel 2017 16:15

Türkiyənin Adana vilayətində ceyran dərisinə qızılla yazılmış Tövrat aşkarlanıb. Müqəddəs kitab Adana polisinin axtarış apardığı bir yük avtomobilində tapılıb. Polis qaçaqmalçılıqla məşğul olan 01 BJ 684 nömrəli yük avtomobilini saxlayaraq, axtarış aparıb. Nəticədə ceyran dərisinə qızıl hərflərlə yazılmış Tövrat ortaya çıxıb. Avtomobildəki üç nəfər Tövratdan xəbərlərinin olmadığını deyiblər. Araşdırmalardan sonra Tövratın orijinal olduğu məlum olub.

Ohanyan Rusiyaya köçür - Şoyqu ona vəzifə verəcək

21 Aprel 2017 15:45

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə Rusiyaya gedib. Onun Ermənistanı birdəfəlik tərk edəcəyi bildirilir. 

Ermənistanda çavuş hərbçi yoldaşını güllələdi - YENİLƏNİB

21 Aprel 2017 15:42

Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb.

Onlardan biri İran prezidenti olacaq - Pilot, mühəndis, mer...

21 Aprel 2017 15:34

İranda prezident seçkilərində iştirak edəcək 6 namizədin adı elan edilib. Namizəliyi irəli sürülənlər aşağıdakılardır: 70 yaşlı hazırkı prezident Həsən Ruhani. Hüquq təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.

Ermənistan sürətlə boşalır

21 Aprel 2017 15:17

Siyasi, iqtisadi, diplomatik müstəvidə Azərbaycana məğlub olan Ermənistan artıq hərbi müstəvidə də belə bir məğlubiyyətlə üzləşdiyinin fərqindədir. Xüsusilə, keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyat və neçə illə düşmən tapdağı altında qalan bir sıra strateji yüksəkliklərin işğaldan azad edilməsi uzun illərdən sonra bu məğlubiyyətin ilk təməlini qoydu. İrəvan bu günə qədər tam etiraf etməsə də, Azəbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbə alaraq son illərin ən böyük canlı qüvvə və hərbi texnika itkisini verdi. Məhz bu uğurlu hərbi əməliyyatlardan sonra Ermənistan ordusunda fərarilik, hərbi xidmətdən yayınma halları artmağa başladı. Bir neçə dəfə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfər etməsi də erməni əsgərlərində heç bir ruh yüksəkliyi yaratmadı. Artıq vəziyyət o həddə çatıb ki, Ermənistan ordusuna çağırış yaşlı gəncləri tapmaq qeyri-mümkünə çevrilib. Bunun isə başlıca səbəbi yuxarıda qeyd etdiyimiz kimi keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin İrəvana yaxşı hərbi dərs keçməsidir.

Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı hücum - Rusiya

21 Aprel 2017 15:03

Səhər saatlarında Rusiyanın Xabarovsk vilayətində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı hücum olub. “Olaylar” “Sözcü” – yə istinadən bildiri ki, silahlı hücum zamanı iki nəfər həlak olub. Ölənlərdən biti FTX – nın əməkdaşı, digəri isə mülki şəxsdir. Binaya hücum edən şəxsində FTX – nin əməkdaşı tərəfindən öldürüıdüyü bildirilir.

Ermənistanda cəbhəyə kasıb balaları göndərilir

21 Aprel 2017 14:49

Qoşunların təmas xəttində nə qədər oliqarx oğlunun hərbi xidmət keçdiyini bilmirəm. Çünki hüquqi cəhətdən "oliqarx" anlayışı müəyyən edilməyib. Bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyanjurnalistlərin suallarını cavablandırarkən deyib. Bununla yanaşı o bildirib ki, ön xətdə yalnız kasıb ailələrin övladlarının hərbi xidmət keçdiyi barədə səsləndirilən fikirlər əsassızdır.

Erməni nazir kriminal avtoritetlərə "atıb"

21 Aprel 2017 14:44

Ermənistanda keçirilən parlament seçkiləri zamanı keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beklaryan öz oğlu Hakop Beklaryanın xeyrinə veriləcək səslərin qarşılığında müxtəlif kriminal qruplaşmaların üzvlərini həbsdən azad edəcəyi haqda vədlər verib. Bu barədə "Jamanak" qəzeti məlumat yayıb. Bildirilib ki, kriminal aləmin üzvləri həbsdə olan "qardaşlarının" azadlığı üçün hətta, ABŞ-da olan cinayətkarları da dəvət ediblər. 

İrəvanda etiraz aksiyası keçirilir

21 Aprel 2017 14:40

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Ticarət obyektlərinin işçiləri hökümət binasının qarşısında toplaşaraq baş nazir Karen Karapetyanla görüş tələb edirlər. Etirazçıların sözlərinə görə, artıq üç gündür ki, vergi orqanları onların yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər tələb edir, müxtəlif üsullarla onları sıxışdırır. 

Ermənistanda Elmlər Akademiyasının və nazirliyin binası satışa çıxarılıb

21 Aprel 2017 14:30

Ermənistan hökuməti dövlət mülkiyyətində olan bir sıra binaları, o cümlədən Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binanı satışa çıxarıb. 

Ayın səthində sürünən nəhəng naməlum obyekt - İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

21 Aprel 2017 13:29

Ayın səthində sürünən nəhəng naməlum obyekt alimləri çaşdırıb. Sirli obyekt Oman rəsədxanasının astronomları tərəfindən çəkilib.  İnternetdə yaılan görüntülərə alimlər cavab tapa bilməyib. Ayın səthi boyu yavaş-yavaş hərəkət edən qəribə formalı, tünd rəngli naməlum obyektin görüntüləri Oman rəsədxanasında güclü teleskopun köməyilə qeydə alınıb.

Sarkisyanın sirli "2018" PLANI: bir il sonra nələr BAŞ VERƏCƏK?

21 Aprel 2017 13:20

Ermənistan prezidenti Serj Sarkisyan “Sarukyan” blokunun lideri Qaqik Sarukyanla görüşüb. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Qəzet qeyd edir ki, hazırda əsas sual Sarkisyanın Sarukyanla koalisiya qurub-qurmayacağıdır. Məlumata görə, görüşdə əməkdaşlıq və koalisiya məsələləri müzakirə olunub.

Lukaşenko SSRİ təcrübəsin xatırlatdı: “Hər kəsi...”

21 Aprel 2017 13:18

“Ölkəyə yeni konsepsiya lazımdır: hər kəsi işləməyə məcbur etmək. Bunun üçün sovet dövrünün təcrübəsi var”.  Bunu Belaruss prezidenti Aleksandr Lukaşenko parlament qarşısında çıxışı zamanı deyib. Lukaşenko daha əvvəl bildirib ki, milyonlarla insanın işlədiyi halda 300-350 min insanın işləməməsini anormal vəziyyəti hesab edir.

Öldürülən terrorçunun boynundakı əşya təəccübləndirdi

21 Aprel 2017 12:52

Türkiyənin Şırnak ərazisində aparılan antiterror əməliyyatları zamanı zərərsizləşdirilən terrorçunun boynunda xaç olması diqqət çəkib. Dünən Türkiyədə liderlərinin iran əsilli olduğu terrorçu dəstəsi tutulub.