Dünya
Dünyanın ən "dəliqanlı" xüsusi təyinatlıları — SİYAHI
Bu xüsusi təyinatlılar ən strateji tapşırıqları yerinə yetirirlər. Bu əsgərlər ən çətin əməliyyatların öhdəsindən gəlirlər. Onları hamının qorxduğu yerə göndərirlər. Kimdir onlar?
Aprel döyüşlərinə görə 450 erməni hərbçi işdən çıxarılıb
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan vəzifədə olduğu son bir ay yarım müddətində - 2016 -cı ilin avqust-sentyabr aylarında 450-dən çox hərbi qulluqçunu işdən çıxarıb.
Türkiyə 5 şəhid verdi, 45 terrorçu öldürüldü
Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində keçirdiyi əməliyyatlarda 45 terrorçunu zərərsizləşdirib. Bu haqda Türkiyə Silahlı Qüvvələri bildirib. Əməliyyatlarda 5 əsgər şəhid olub. Anti-terror əməliyyatları Şırnak, Hakkari, Diyarbəkr, Batman, Mardin və Bitlis vilayətlərində keçirilib. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək. O, təfərrüatları açıqlamayıb.
Moskva İranı iyunda bu təşkilata üzv edəcək
Ümid edirik ki, dövlət başçıları iyun ayında Astanada İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvü kimi qoşulması imkanı haqqında məsələyə baxa biləcəklər. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Astanada ŞƏT-in xarici işlər nazirləri şurasının iclasında deyib.
Səfir vətəndaşları Türkiyəyə çağırdı
Böyük Britaniyanın Türkiyədəki səfir Ricard Moore vətəndaşlarının Türkiyəyə gəlməyə səslədi. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, səfir mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, turizm mövsümü başlamazdan öncə Antalya və Muğla şəhərlərinin rəsmiləri ilə görüşüb.
Terrorçu və terror fetişləşdirilir
Aprelin 20-i axşam Fransanın paytaxtı ParisinYelisey çölündə terror aktı törədildi. Terroçu polis patruluna atəş açdı, birini öldürdü, özü də öldürüldü. Xatırladaq ki, bu gün həmin Fransanın başqa bir şəhərində-Marseldə Tələt paşanı qətlə yetirmiş erməni terrorçu Soğomon Teyleryanın adı əbədləşdirilir. Terrorçu və terror fetişləşdirilir”.
Dortmunddakı partlayışın arxasından rusiyalı çıxdı
Almaniya baş prokurorluğu “Borussiya" klubunun futbolçularına hücumda şübhəli bilinən rusiyalını saxlayıb. İstintaqın versiyasına görə, cinayətin motivi qazanc olub. Hüquq-mühafizə orqanları hadisəni əvvəlcə terror aktı kimi ixtisaslaşdırmışdı.
Axund dostunun arvadını qaçırdı
Türkiyədə dostunun həyat yoldaşını qaçıran axund mühakimə edilib. Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Bursanın İznik rayonunun Əlibəyli kəndində imamlıq edən Mustafa adlı axund dostunun həyat yoldaşı - iki uşaq anası Funda ilə qaçıb.
Məşhur amerikalı müğənni ölüb
Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb. The Main Ingredient (Əsas inqredient) qrupunun aparıcı vokalisti 72 yaşında vəfat edib. Kyuba Qudinqin meyiti Kaliforniya ştatının San-Fernando Velley şəhərində şəxsi avtomobilində aşkar edilib. Onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir. Avtomobilin salonunda həmçinin alkoqol içkisi olan şüşələr tapılıb.
Parisdə atəş açan şəxs əvvəllər polisə hücum etdiyinə görə məhkum olunub
Parisin mərkəzində ötən gün axşam polis patruluna atəş açan şəxs əvvəllər də polisə silahlı hücum etdiyinə görə məhkum olunubmuş. Bu barədə BFM TV telekanalı məlumat yayıb.
Yaponiyanın baş naziri Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib
Yaponiyanın baş naziri Sindzo Abe Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib. S.Abe Avropa turnesi çərçivəsində yalnız Rusiya və Böyük Britaniyaya səfər edəcək.
ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib
ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib. Hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus durub, diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.
Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
Böyük Britaniyanın paytaxtı Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. Terror aktı hazırlamaqda şübhəli bilinən 20 yaşlı şəxs saxlanılıb.
Olland Parisdəki atışmanı terror aktı adlandırıb
Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən, terror xarakteri daşıyıb.













