Dünya
Venesuelada etiraz aksiyası: 223 nəfər xəsarət alıb, 585 nəfər saxlanılıb
Venesuelada hökumət əleyhinə nümayişlər zamanı 223 nəfər xəsarət alıb. İki gün ərzində 585 nəfər saxlanılıb.
Venesuela Trampın seçkiqabağı fonduna 500 min dollar köçürüb
Venesuela, ölkədə davam edən iqtisadi böhrana baxmayaraq, Trampın seçkiqabağı fonduna 500 min dollar köçürüb.
İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürdü
“Yahoo” itkilərini gəlirlə əvəzlədi
“Yahoo” şirkəti 2017-ci maliyyə ilinin martın 31-də yekunlaşan birinci rübünün hesabatını dərc edib. Şirkətin gəlirləri bir ildə 1 milyard dollardan 1,33 milyard dollara qədər artıb.
Naqilsiz qulaqcıqlar sahibini izləyir? - İDDİA
Naqilsiz qulaqcıq istehsalçısı “Bose” şirkəti qalmaqalla üzləşib. Məlum olub ki, cihaz öz sahiblərini izləməyi bacarırmış. Belə ki, məlumatlar cihazdan maraqlı olan şəxslərə ötürülə bilər. Belə bir bəyanatı Kayl Zak adlı istifadəçi səsləndirib. O iddia edir ki, “Bose” şirkətinin istehsalı olan “QuietComfort 35” qulaqcıqları istifadəçilərin dinlədiyi musiqilər barədə məlumatları toplayır. Sonradan isə bu məlumatlar kommersiya məqsədləri ilə istifadə olunur.
Populyar brauzerlərdən loqin və parolları oğurlayan yeni virus aşkar edilib
"Doktor Veb" antivirus şirkəti populyar brauzerlərdən loqin və parolları oğurlayan və təhlükəli faylları yükləyən çoxfunksiyalı “Trojan.DownLoader23.60762” virusu barədə xəbərdarlıq edib.
Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞF
Müəyyən yaşdan sonra insan beyni ləng işləməyə başlayır. Bunun səbəbini araşdıran alimlər göbəkbağından alınan qanın tərkibindəki zülalın insanı canlaşdırdığını bildiriblər. Onlar qeyd ediblər ki, daha əvvəl yeniyetmələrdən götürülmüş qan yaşlı siçanların yaddaşını və cəldliyini yaxşılaşdıra bilib. İndi isə son araşdırmalar nəticəsində məlum olub ki, körpə uşaqların göbəkbağından götürülmüş qan daha güclü cavanlaşdırıcı effektə malikdir.
“Facebook” vertolyotların köməyi ilə internet paylayacaq
“Facebook” şirkəti planetin hər bir sakininin onun sosial şəbəkəsinə girişini təmin etmək istəyir. Deyəsən, bu arzu tezliklə reallaşacaq. “F8” konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi “Tether-tenna” layihəsinə başlanılması haqda qərar qəbul edilib.
“Microsoft” şifrsiz autentifikasiya üsulu təqdim edib
“Microsoft Authenticator” mobil tətbiqi proqram nəhənginin istənilən xidmətinə şifrsiz daxil olmağa imkan verir. Belə ki, “Microsoft” şirkətinin sözügedən proqramında tənzimlənmələr bölməsindən telefon vasitəsilə autentifikasiya funksiyasını aktivləşdirmək olar. Növbəti dəfə kompüterdən “Microsoft”un hesabına giriş zamanı yalnız istifadəçi adını daxil etmək lazımdır və bundan sonra fərdi kompüterdə girişin təsdiqlənməsi üçün telefona xəbərdarlıq göndəriləcək.
Gümüşdən kosmik “4D” parça yaradılıb
ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisləri dördölçülü (4D) texnologiya vasitəsilə gümüş və digər möhkəm materiallardan toxunan xüsusi parça yaradıblar. Material stansiyaları radiasiyadan qorumağa, eləcə də elastik antenaların yığılması məsələsində irəliləyişə nail olmağa kömək edəcək. Bu barədə agentliyin məlumatında deyilir.
“Huawei” iki yeni planşetini təqdim edib
Çinin “Huawei” şirkəti iki yeni planşet kompüterini nümayiş etdirib. 7 və 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” planşetləri yaxın gələcəkdə satışa çıxarılacaq. 7 düymlük model “Android 6.0” mobil əməliyyat sistemi ilə işləyən yığcam və ucuz planşetdir. Qurğu 1024x600 nöqtə təsvir ölçülü 7 düymlük “IPS” displey, 1,3 QHs takt tezlikli “MediaTek MT8127” prosessoru, 1 və ya 2 QB əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.
Parolları oğurlayan iki proqram aşkarlandı
Xüsusi antivirus proqramlarının hazırlanması üzrə ixtisaslaşmış "ESET" şirkətinin əməkdaşları tərəfindən "Google Play" xidmətində aşkar edilmiş iki mobil tətbiq ödəmə sistemlərindən istifadə edənlərin ünvanlarını, həmçinin parollarını oğurlayır.
Ancelina Colinin 25 milyonluq möhtəşəm malikanəsi
Ancelina Coli Hollivudda 25 milyon dollarlıq dəbdəbəli malikanə alıb. Malikanə hələ 1913-ci ildə tikilib və əvvəllər kino yaradıcılarından biri sayılan Demili Sesilə məxsus olub. 25 milyon dollarlıq malikanə Laflin-Park nüfuzlu qapalı rayonda yerləşir.
Amerikalıların üçdə biri Trampdan narazıdır - SORĞU
Amerikalıların 37 faizi Donald Trampın ABŞ prezidenti vəzifəsində ilk 3 ay ərzində işini qeyri-kafi hesab edib. Bu, ölkədə keçirilən rəy sorğusu nəticəsində məlum olub. Sorğunu "Morning Consul" şirkəti ilə birgə "Politico" qəzeti aparıb.
Alternativ qlobal sistemlər: yanaşı mövcudluq şansı varmı?
Sirr deyil ki, müasir dünya sistemi böhran içindədir. Dövlətlərarası münasibətlərdə çətinliklər artır. Sivilizasiyalar və dinlər arasındakı dialoq real olaraq baş tutmur. Fərqli mədəniyyətlərə malik insanların ümumi dil tapması qarşısında əngəllər qalır.














