Dünya
Çin ilk kosmik yük gəmisini səmaya buraxdı
Çin ilk kosmik yük gəmisini səmaya buraxıb. "Tyançjen-1" ("Səma gəmisi-1" ) kosmik yük gəmisi yerli vaxtla 19:41-də Xaynan vilyətində yerləşən Vençan kosmodromundan buraxılıb.
Nənə və körpə nəvəsinin rekord qıran VİDEOsu
Eşitmə qabiliyyəti məhdud olan nəvəsinə "işarət dili" öyrədən nənə ilə nəvəsinin həmin anları sosial şəbəkələrdə paylaşım rekordu qırır.
Türkiyə ordusu 26 terrorçunu məhv edib
Türkiyənin Şırnak bölgəsində keçirilən anti-terror əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 26 üzvü məhv edilib.
Vyetnamda kənd sakinləri 20 polisi girov götürüblər
Vyetnamın paytaxtı Hanoydan 50 km məsafədə yerləşən May Dyuk kəndinin sakinləri 20 polis əməkdaşını girov götürüblər.
Putinin Donbasla bağlı planı AÇIQLANDI
Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk vilayətlərinin işğal edilmiş əraziləri üzərində nəzarəti gücləndirir və Donbası Ukraynadan tamamilə ayırmaq istəyir. Agentliyin məlumatına görə, Putin öz planlarını işğal edilmiş ərazilərin tədricən Rusiyaya inteqrasiyası yolu ilə həyata keçirmək istəyir. Qeyd edilir ki, Putin ABŞ-ın Ukrayna üzrə mövqeyinin qeyri-müəyyənliyindən istifadə edir.
Yadplanetlilərlə bağlı mühüm faktın ÜSTÜ AÇILDI: sən demə, insan...
İnsan heç vaxt yadplentli məxluqları görə bilməz. İndiyədək “yadplanetli gördüm” deyən istər araşdırmaçılar, istərsə də sıravi insanlar ya təxəyyüldən, ya da hallusinasiyadan qaynaqlanıblar.
Pakistan Ali Məhkəməsi Nəvaz Şərifə qarşı ittihamları təsdiqləməyib
Pakistan Ali Məhkəməsi baş nazirNəvaz Şərifə qarşı korrupsiya ittihamlarını təsdiqləməyib. Məhkəmə baş nazirin öz postunu tərk etməsi üçün dəlillərin kifayət etmədiyini açıqlayıb.Bununla belə, Ali Məhkəmə ittihamlara dair istintaqın başlanılmasına qərar verib. N. Şərifə qarşı korrupsiya ittihamlarını ölkə müxalifəti irəli sürüb. “Panama sənədləri”nə əsaslanan ittihamların məqsədi baş naziri vəzifəsini tərk etməyə məcbur etməkdir.
Lukaşenko: “Qərbdə heç kəsə lazım deyilik”
“Minsk Qərbin xeyrinə öz xarici siyasətinin istiqamətini dəyişdirməyib”. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsevlə görüşdə deyib.
Son dəqiqə: Bələdiyyə başçısına silahlı hücum - Yaralılar var
Anadolunun Niğde ərazisindəki Altunhisar mahalının AK Partiyadan olan bələdiyyə başçısı Erdal Sarı silahlı hücuma məruz qalıb. Bələdiyyə sədri sağ qolundan yaralanıb. Hücum zamanı 13 yaşlı məktəbli də başından ağır yaralanıb.
Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşib
Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
Qardaşının arvadı ilə dostunun sevişdiyini öyrəndi: meşədə görüşə çağırdı
Ədirnənin Keşan Mahalında O.B. həbsxanada olan böyük qardaşının həyat yoldaşıyla sevişdiyini iddia etdiyi 30 yaşlı dostu Əli Dəmiri ov tüfəngiylə başından vuraraq öldürüb.
Koreya yarımadası müharibə astanasında
Son günlər dünyanın əsas diqqət yetirdiyi regionlardan biri də Koreya yarımadasıdır. Daha doğrusu rəsmi Pxenyanın yeni nüvə sinaqları həyata keçirməsi istəyinə qarşı Vaşinqtonun sərgilədiyi sərt mövqe bu iki dövləti qarşı-qarşıya qoyub. İndi Şimali Koreya ilə ABŞ arasında mümkün müharibənin baş verməsi üçün kiçicik bir bəhanə yetərlidir. Hazırda görünən odur ki, nə Vaşinqton, nə də Pxenyan bir-birinə güzəştə getmək niyyətində deyil. Halbuki yaşadığımız yeni əsrin əvvəllərində Şimali Koreya ilə Birləşmiş Ştatların öz aralarında olan problemi danışıqlar yolu ilə həll etmək şansı var idi.
ABŞ-ın bu ştatında 60 min insan öləcək və... - HƏYƏCAN TƏBİLİ
Amerika eksperti Denni Roy Koreya Xalq Demokratik Respublikasının (KXRD) ABŞ-a nüvə zərbəsinin nəticələrini qiymətləndirib. Ekspert Şimali Koreyanın ballistik raketlərinin Havay ştatının ərazisinə çata biləcəyini deyib.
1,5 milyardlıq kurort boş qalıb
Koreya dilində adının mənası "Almaz dağları" olaq Kımqansan dağ silsiləsi Koreya yarımadasının şərqində, Kanvando vilayətindəki Kımqansan bölgəsindədir. Şimali Koreya ərazisindəki bu kurort ərazidə Cənubi Koreyanın Hyundai korporasiyası 1998-ci ildə 500 kvadrat kilometrlik ərazidə nəhəng istirahət kompleksi inşa etmişdi.
Ermənistan parlamentində komissiyaların sayı iki dəfə azaldılacaq
Ermənistanın yeni parlamentində daimi komissiyaların sayı iki dəfə azaldılacaq. İnformasiyaya əsasən, hazırki parlamentdə 12 daimi komissiya var və onların sayı 6-ya endiriləcək. Məlumata görə, Avrointeqrasiya üzrə komissya xarici əlaqələr üzrə komissiya, insan haqları üzrə komissiya dövlət-hüquq məsələləri üzrə komissiya, kənd təsərrüfatı və ekologiya məsələləri üzrə komissiya ərazi idarəetmə və yerli özünüidarəetmə üzrə komissiya ilə birləşdiriləcək. Qəzet yazıb ki, başqa komissiyaların gələcək fəaliyyəti ilə bağlı qərar qəbul edilməyib.














