Dünya

"Mesut komiser"in 20 yaşlı qızı varmış - fotolar

21 Aprel 2017 19:43

"Arka Sokaklar"ın "Mesut komiser"i Şevket Çoruhun 20 yaşlı qızı varmış. 12 ildir reytinqli serialla ekranlarda olan Şevket 1993-cü ildə aktrisa Günay Karacaoğlu ilə evlənib. Cütlüyün Gülenay adlı bir qız övladı dünyaya gəldikdən sonra boşanıblar.

Neyron şəbəkə yuxu rejimini qaydasına salacaq

21 Aprel 2017 19:38

Yaponiyanın Osaka Universitetinin alimləri insanın yuxuda çıxardığı səslərin yazılması əsasında diaqnostika metodikası hazırlayıblar. Səsin yazılması üçün yalnız smartfon tələb olunur. Səs yazısını emal edən alqoritm özünütəşkiletmə kart üsulu - özünəöyrədən neyron şəbəkə sistemi əsasında yaradılıb. Adətən belə şəbəkələrdən məlumatların klaster analizi üçün istifadə olunur.

Simsiz qulaqlıqlar öz sahibini izləyir

21 Aprel 2017 19:33

“Bose” qulaqlıqlarının istehsalçısı istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur. Belə ki, Kayl Zak “Bose” mobil proqramı vasitəsilə istifadəçilərin izlənməsi faktını aşkar edib.

Bu planşet sahibini ovucun içindəki vena damarına görə tanıyacaq

21 Aprel 2017 19:28

“Fujitsu” şirkəti uzun müddətdir korporativ seqment üçün planşet kompüterləri istehsal edir. Buna görə yapon şirkəti öz məhsullarında təhlükəsizliyin təmini üçün olduqca maraqlı həllər tətbiq edir. Məsələn, “Windows 10” sistemi ilə işləyən yeni 10,1 düymlük “ARROWS Tab Q507/P-SP” planşetində “Slide Passport” adlı inqilabi biometrik autentifikasiya funksiyası tətbiq edilib. Sistem istifadəçinin avtorizasiyası üçün onun ovcunun içindəki vena damarının şəklini skan edir.

16 meqapiksellik ön kamera ilə təchiz edilmiş smartfon təqdim olunub

21 Aprel 2017 19:23

Yaponiyanın “Sharp” şirkəti qabaqcıl “Aquos R” smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib. Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük “IGZO” displey, “HDR10” texnologiyası, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan “microSD” daşıyıcısı mövcuddur.

Merlin Monronun ölüm şahidi satılır

21 Aprel 2017 19:18

Əfsanəvi aktrisa Merilin Monronun sonuncu evi 7 milyon dollara satılır. Məhz bu malikanədə 1962-ci ilə aktrisanın meyiti tapılmışdı.

İmmun sistemini gücləndirən bitki

21 Aprel 2017 19:13

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immun mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Çuğundur şirəsi beyin üçün cavanlıq iksiridir

21 Aprel 2017 19:09

Ueyk Forest Universitetinin (Wake Forest University, ABŞ) bir qrup tədqiqatçısı müəyyən edib ki, hipertoniyadan əziyyət çəkən ahıllar bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Alimlər onlara bədən hərəkətlərindən əvvəl çuğundur şirəsi içməyi məsləhət görürlər. Belə əlaqələndirmə beyni, demək olar, cavanlıqda olduğu kimi yaxşı vəziyyətdə saxlamağa kömək edir.

Dünyanın ilk rəngsiz qəhvəsi

21 Aprel 2017 19:04

"Clear Coffee" (Təmiz qəhvə) adlı qəhvə bildiyimiz qəhvələrdən rəngsiz olması ilə seçilir. Su kimi şəffaf görünən qəhvə David və Adam Naqi qardaşları tərəfindən hazırlanıb. Londonda yaşayan, əslən slovakiyalı qardaşlar iddia edirlər ki, "Clear Coffee"-nin ən əhəmiyyətli xüsusiyyəti aşağı kalorili olmasıdır.

Venesuelada etirazlar davam edir: Ölən var

21 Aprel 2017 18:16

Venesuelanın paytaxtı Karakasda etirazlar davam edir. Etirazlar zamanı bir nəfər ölüb. Sukre ştatının bələdiyyə rəhbəri Miranda Karlos Okaris "Tvitter" səhifəsində yazıb ki, həmin şəxs bu gecə etiraz zamanı güllə yarasından həlak olub: "Günahkarların cəzalandırılmasını tələb edirik".

Paris terrorçusunun cəsədinin yanında MƏKTUB TAPILDI

21 Aprel 2017 18:15

Fransanın paytaxtı Parisdə məşhur Kamps Elysees bulvarında polisə qarşı təşkil edilən terror aktında öldürülən dəstə üzvlərindən birinin cəsədinin yanında qeyd aşkar edilib. Paris terrorçusunun cəsədinin yanında İŞİD-i müdafiə edən yazılar yazılmış bir kağız tapılıb.

Millət vəkili azadlıqda

21 Aprel 2017 17:47

Türkiyədə HDP – li millət vəkili Nursel Aydoğan həbsdən azad olunub. “Olaylar” “Haberturk”- ə istinadən bildirir ki, 2016 – ci il noyabrın 4 – də həbs olunan millət vəkili 5 aydır ki, həbsdə idi. Nursel Aydoğanın həbsdən azad olması ilə HDP – nin həbs həyatı yaşayan millət vəlillərinin sayı 12 oldu.

Moldovada fövqəladə vəziyyət elan olunub

21 Aprel 2017 16:59

Moldovanın paytaxtı Kişenyovda güclü qar yağışı və külək ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub. Əlverişsiz hava şəraiti səbəbi ilə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb. Şəhərdə mindən çox ağacın qırılıb aşması, nəticədə təqribən 300 avtomobilin xəsarət alması faktı qeydə alınıb. Həmçinin elektrik xətləri, trolleybus xətləri qırılıb, dirəklər aşıb, şəhərdə ictimai nəqliyyatın hərəkəti iflic olub. Havanın belə şıltaqlığı 120 illik meteomüşahidələr ərzində ilk dəfə qeydə alınıb.

Almaniyada silahlı şəxs banka hücum edib

21 Aprel 2017 16:57

Almaniyanın Baden-Vürtemberq federal torpağındakı Valdshute şəhərində silahlı şəxs banka hücum edib. Bina polis tərəfindən mühasirəyə alınıb. Polisin məlumatına görə, binanın içərisindən atışma səsləri gəlir. Həmçinin bankın 2 əməkdaşının yardımçı otaqda gizləndiyi bildirilib.

İslamiada vaxtı bu işlər gecə görülməlidir

21 Aprel 2017 16:47

Nazirlər Kabineti İslamiada vaxtı təsərrüfat işlərinin gecə saatlarında görülməsi ilə bağlı sərəncam verib. Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.