Dünya
Rusiya kəşfiyyatı və mafiyaya uzanan dörd şəbəkə - Müdafiə nazirinin ŞOK ƏLAQƏLƏRİ
Polşada müdafiə naziri Antoni Maçereviç Rusiya xüsusi xidmət orqanları və mafiya ilə əlaqələrdə ittiham edilib. Sözügedən ittihamlar yazıçı və jurnalist Tomaş Pontekin “Maçereviç və onun sirri” adlı yeni kitabında yer alıb.
Ankaranın mərkəzində 4 mərtəbəli bina yanır
Ankaranın mərkəzində 4 mərtəbəli bina yanır. Hazırda binada yanğının söndürülməsi və sakinlərin təxliyə edilməsi istiqamətində operativ iş aparılır. Yanğının baş vermə səbəbləri məlum deyil.
Məşhur müğənni: "Keçmiş ərim həyasızlıq, dilənçilik edir"
The Spice Girls qrupunun sabiq solisti, britaniyalı müğənni Melani Braunun artıq sabiq əriStiven Belafonte ilə məhkəmə çəkişməsi davam edir. Milli.Az NBC-yə istinadən bildirir ki, kinoprodüser S.Belafonte 42 yaşlı "Mel Bi"dən alimentlər tələb edir. M.Braun isə bu alimentləri ödəmək istəmir.
Qəzaya düşən müğənni dava saldı - İşə polis qarışdı
Müğənni Yıldız Tilbe avtomobil qəzasına düşüb. İfaçı qəzaya səbəb olan avtomobilin sürücüsü ilə davaya çıxıb. Mübahisə böyüdüyündən tərəflər hətta bir-birlərini vurublar.
II Ukrayna müharibəsi: Moskvadan yeni taktika
İyunun 27-də səhər saatlarında Kiyevin mərkəzində polkovnik, Ukraynanın hərbi kəşfiyyatının elit bölməsinin komandiri Maksim Şapalovun maşını partladıldı. Bir neçə saat sonra kütləvi kiberhücum vasitəsilə şəhərin bütün kompüter sistemləri sıradan çıxarıldı. Növbəti gün isə Ukraynanın şərqinə səfər zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki avtomobili partladaraq qətlə yetirildi.
Qaçqın düşərgəsində PARTLAYIŞ: 14 ölü
İraqda qaçqın düşərgəsində partlayış baş verib. Partlayış nətcəsində azı 14 nəfər həlak olub. Polisin verdiyi məlumata görə, partlayışı qadın geyimində düşərgəyə daxil olan intiharçı-terrorçu törədib. Hadisə nəticəsində daha 20 nəfərin yaralandığı bildirilir. Partlayışın İŞİD tərəfindən törədildiyi ehtimal olunub.
Türkiyəli məşhur aktyor toyunda AZƏRBAYCAN MAHNISI OYNADI - VİDEO
Məşhur "Eşkiya dünya hökmdar olmaz" serialında İlyas xarakterini canlandıran Ozan Akbaba toyunda həyat yoldaşı ilə birlikdə Azərbaycanın xalq rəqsi olan “Tərəkəmə” mahnısını oynayıb.
Ermənistanda gənclər hərbi xidmətə getmək istəmirlər
12698 nəfər Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Bu barədə Ermənistan prokurorluğunun 2016-c il üzrə fəaliyyətinə dair proqramda qeyd edilib.
Suriyada partlayış
Suriyanın paytaxtı Şam şəhərində yerləşən Təhrir meydanında terror hadisəsi baş verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, hadisə zamanı 2o nəfər həlak olub. Belə ki, terrorçular 3 avtomobilə partlayıcı qurğu yerləşdiriblər.
Türkiyədə terror
Türkiyənin Van vilayətinin Çaldıran mahalında PKK terror qruplaşması tərəfindən növbəti terror aktı törədilib. Hadisə nəticəsində bir mühafizəçi şəhid olub, digəri yaralanıb.
Məşhur aktyor vəfat etdi
Məşhur İtaliya aktyoru, ssenarist və rejissor 85 yaşlı Paola Villaggio Roma şəhərində yerləşdirildiyi xəstəxanada vəfat edib. Bu haqda sənətkarın qızı Elizabetta facebook sosial şəbəkəsindən məlumat yayıb.
Müğənninin 5 minlik başmaqları OLAY OLDU
Hər zaman cəsarətli açıqlamalar verən Demet Akalın bu dəfə başmaqları ilə gündəmə gəlib. Müğənni dünən Şiledə konsert poroqramı ilə çıxış edib. O, mahnı oxuduğu yerdə atəşfəşanlıqdan narahat olub. Musiqini yarıda kəsən Akalın "Mahnını oxuya bilmirəm, mən getdikdən sonra partladarsınız", - deyə şikayət edib.
Yaşı 18-dən az olan qızların sünnət olmaq istəyi - Qorxulu statistika
İngiltərənin Milli Səhiyyə xidmətindən ( NHS ) verilən statistika dəhşətə gətirib. 200-dən çox qadın cinsiyyət orqanını əməliyyat etdirmək üçün həkimlərə müraciət ediblər. Onların 150-sinin yaşı 15-dən azdır. Hətta, yaşı 9-11 arası olanlar üstünlük təşkil edir.
Erməni hərbçi qəzaya düşdü: ölən və yaralı var
İrəvan-Yeresxavan magistralının 37-ci kilometrliyində Kiçik Vedi kəndinin ərazisində ağır yol qəzası baş verib. Araqatsodi vilayətinin Oşakan kənd sakini 26 yaşlı Mkrtıç Qahramanyan idarə etdiyi "35 DA 817" nömrəli "Volkswagen" Golf markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü M.Qahramanyan, sərnişin 24 yaşlı Armine Mnatsakanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Vedi tibb mərkəzinə yerləşdiriliblər. Məlumata görə, 2 yaşlı Artaşes Qahramanyan hadisə yerində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, uşağın cəsədi maşından təxminən 25 metr aralıda aşkar edilib.
İstanbulda polislə atışma: yaralılar var
Türkiyənin İstanbul şəhərində atışma olub. 5 nəfər Sancaqtəpə rayonunda siqaret daşıyan avtomobili qarət etməyə cəhd edib. Hadisə yerindəki polis əməkdaşları ilə soyğunçular arasında atışma olub. Qarətçilərdən 4-ü yaralı vəziyyətdə ələ keçirilib.














