Dünya

Odessada azərbaycanlılarla əfqanlar arasında atışma olub

3 İyul 2017 12:50

Ötən gün axşam Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olub. Atışmanın səsi şəhərin Azadlıq meydanında eşidilib. Bildirilir ki, tərəflərin münasibətlərinin aydınlaşdırması sonda atışma ilə nəticələnib. Xəsarət alanlar barədə məlumat verilmir.

Tramp Putinlə görüşdə nələri müzakirə edəcək? - Ağ Ev AÇIQLADI

3 İyul 2017 12:44

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı əsasən Suriya və Ukraynadakı vəziyyətin müzakirəsinə diqqət ayırmağı planlaşdırır. Bu haqda Ağ Ev administrasiyasının anonim mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb. Telekanalın mənbələri bildirib ki, Tramp Putinlə Suriya prezidenti Bəşər Əsədə Moskvanın dəstəyini, həmçinin Rusiyanın Ukraynadakı hərəkətlərini müzakirə etmək istəyir. Ancaq görüşün əsas məsələsi Suriya mövzusu olmalıdır.

Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ: ölənlər var

3 İyul 2017 12:40

Dağıstanda yanacaqdoldurma məntəqələrinin birində sisternin partlaması nəticəsində iki nəfər həlak olub. Partlayış yanacaqdoldurma məntəqəsində təmir işləri aparılan zaman baş verib. Partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb.

Almaniyada dəhşətli qəza: 17 ölü

3 İyul 2017 12:32

Almaniyada dəhşətli qəza baş verib. Almaniyanın Bavariya şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub. Almaniya mediasının verdiyi məlumata görə, 31 nəfər ağılr yaralanıb. Hadisə yerində olan polislərin dediyinə görə, avtobusda 48 sərnişin olub. 

FETÖ üzvləri xristianlığı qəbul edirlər

3 İyul 2017 12:21

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETÖ terror təşkilatı üzvlərinin xristian dinini qəbul etmələri haqqında açıqlama yayıb. B.Bozdağ Amerika Birləşmiş Ştatlarına terror təşkilatı ilə bağlı xəbərdarlıq da edib. Nazir bildirib ki, FETÖ terror təşkilatı üzvləri xristian adları qəbul edərək xristian təriqətlərinə daxil olurlar. Həmin təriqətlər daxilində güclənib, öz təşkilatlarını möhkəmləndirirlər. Fəaliyyət göstərdikləri ölkələrin mətbuatına, vəzifəli şəxslərinə milyonlarla dollar rüşvət verib Türkiyə əleyhinə və özlərinə lazım olan formada rəylər verilməsini istəyirlər.

124 nəfərlik "Arabo" batalyonunun məhvi- 15 yaşlı kəşfiyyatçı danışır

3 İyul 2017 12:01

Arabo batalyonunun məhvindən 25 il ötür. Düzdür, Birinci Qarabağ müharibəsində məğlub olmuşuq. Ancaq Qarabağ müharibəsi zamanı elə əməliyyatlar olub ki, onun haqqında danışmasan, yazmasan olmaz. Çünki, o məğlubiyyətləri düşmən tərəfi hələ də həzm edə bilmir.

Moskvada 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib?

3 İyul 2017 11:59

Rusiya paytaxtında 300 metr dərinlikdə 10 minə qədər adamın yerləşə biləcəyi yeraltı bunkerlər tikilib.

Hadisə: "Özümə rəqib görmürəm"

3 İyul 2017 11:48

Müğənni Hadise "Şampiyon" albomunun ilk tanıtım konsertini Bodrumda verib. Konsertdən əvvəl müsahibə verən ifaçı "Bu yay çox albom çıxdı, amma özümə rəqib görmürəm. Bu günədək çıxardığım ən yaxşı albomumdur" deyib. Hadisə şəxsi həyatından da danışıb: 

Mosulda qalan İŞİD-çilərin sayı açıqlandı

3 İyul 2017 11:47

İraqın Mosul şəhərində qalan İŞİD terrorçularının sayı 200-dən artıq deyil. Bunu İraq ordusunun general-leytenantı Raid Şakir Cevdet deyib.

Rusiyada 6 nəfər göldə boğuldu

3 İyul 2017 11:37

Rusiyanın Çelyabinsk vilayətində 6 nəfər göldə boğulub, daha bir nəfər itkin düşüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

ABŞ-da insanlara atəş açıldı: yaralılar var

3 İyul 2017 11:23

ABŞ-ın Nyu Cersi ştatının Cersi şəhərində naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində ən azı 4 nəfər yaralanıb. Yaralılar arasında 10 yaşlı oğlan və 12 yaşlı qız uşağının olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Pakistanda sərnişin avtobusu yandı - 6 ölü, 25 yaralı

2 İyul 2017 22:45

Pakistanın Pencab əyalətində sərnişin avtobusu yanıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5-nin vəziyyəti ağır olmaqla 24 nəfər xəsarət alıb.

Qaçqın düşərgəsində partlayış 

2 İyul 2017 22:38

İraqın Ramadi şəhərində qaçqın düşərgəsində partlayış baş verib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilib. “Əl-Ərəbiyə” telekanalı partlayış nəticəsində 14 nəfərin öldüyü barədə məlumat yayıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

“Sevgisizlik” Qran – pri qazandı

2 İyul 2017 11:26

Rusiyalı rejissoru Andrey Zvyaginsevin  "Sevgisizlik"  filmi Münhen Beynəlxalq Film Festivalında Qran-pri qazandı. Bu barədə istehsalçı şirkətə və  "Qeyri-Stop Production" – a  istinadən RİA "Novosti" məlumat verib. "Belə bir belə bir əhəmiyyətli film festivalında  filmimizn uğur qazanmasına  çox sevindik” –deyə,  filmin prodüsseri  Aleksandr Rodnyanski bildirib.

19 silahlı məhv edildi

2 İyul 2017 11:20

Meksikanın Sinaloa ştatında polislə silahlı şəxslər arasında atışma olub. Polis əməkdaşları silahlı şəxslərin rəqabət apardıqları digər cinayətkar dəstənin iki üzvünü öldürərkən hadisə yerinə gəliblər.