Dünya

Bu otelin bir gecəsi 15 min dollardır - FOTOLAR

9 Avqust 2017 19:10

Siz nə vaxtsa sualtı dünyanın sakinlərinin yanında gecə keçirmək istəməssiniz? Əgər belədirsə, xəyallar gerçəkləşir! 2011-ci ildə Fici adasında, 15 metr dərinlikdə sualtı hotel tikilib. Hoteldə adi nömrələr kimi, kral nömrələri də var.

Milyonlar qazanan Tarkandan xanımına bahalı hədiyyələr

9 Avqust 2017 19:04

Müğənni Tarkan həyat yoldaşı Pınar Dilekə gözlənilməz jest edib.  Bu yay verdiyi konsertlər, yeni albomu "10"-nun satışı və "Turkcell"in reklamından 34 milyon lirə (təxminən 17 milyon manat) gəlir əldə edən ifaçı əliaçıqlıq edib.  Belə ki, Tarkan Pınara 800 min lirəlik (təxminən 400 min manat) "Range Rover", 200 min lirəlik isə (təxminən 100 min manat) üzük alıb. 

"Zamanla düzgün insanı taparam" -müğənninin xəyanət etdiyi sevgilisi

9 Avqust 2017 18:36

Model Cansu Taşkınla sevgilisinə xəyanət edən Sinan Akçılın münasibətdə olduğu Otilia açıqlama verib. Müğənni əvvəlcə bununla bağlı danışmaq istəməyib və “Sinanın yanına gedirəm” deyib.

Ən xəyanətkar cütlüklər bu ölkələrdə yaşayır - SİYAHI

9 Avqust 2017 18:29

Cütlüklərin bir-birini ən çox aldatdığı ölkələrin siyahısı açıqlanıb.  Dr. Felix adlı saytda aparılan araşdırmaya əsasən, bir-birini ən çox aldadan cütlüklərin Skandinaviya ölkələrində olduğu ortaya çıxıb. Skandinaviya ölkələri arasında birinci olan ölkə isə Danimarka olub. Danimarkadakı cütlüklərin 46 faizinin evli ikən başqa bir adamla birlikdə yaşadığı müəyyənləşib. Sadəcə 5 milyon əhalisi olan Danimarka üçün bu nəticə oldiqca heyrətamizdir.

Ağcaqanad dişlədi - əli və ayağı amputasiya olundu

9 Avqust 2017 18:27

Almaniyanın Köln şəhərində ağcaqanad dişləyən bir qadının vəziyyəti ağırlaşıb. Xəstəxanada ilkin tibbi müdaxilədən sonra qadın evinə göndərilib. 

ENOC İrana növbəti partiya neft göndərib

9 Avqust 2017 18:26

“Dragon Oil” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkəti (ENOC) İrana neftin növbəti partiyasını yola salıb.

Universitet tələbəsi olan meymun 39 yaşında öldü

9 Avqust 2017 18:15

Amerika Birləşmiş Ştatlarının Tennes əyalətində bir antroploqla 9 il birlikdə yaşayan oranqutan həyata gözlərini yumub. Çantek adlı meymun antroploqun yanında otağını yığışdırmağı, əşyalardan istifadə etməyi və fastfud restoranına getməyi öyrənib. Şimali Amerikanın ən yaşlı meymunlarından olan Çantek insanlarla səmimi münasibət qura bilməsi ilə digər meymunlardan xeyli fərqlənib. Himayəçisi ilə birlikdə Tennes Universitetinə gedib-gələn Çantek haqqında sənədli film də çəkilib.

Ölümü ilə 6 nəfəri yaşadan qızın QƏBUL İMTAHANI NƏTİCƏSİ heyrətləndirdi 

9 Avqust 2017 18:09

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanlarının 6 xəstəni həyata qaytardığı barədə məlumat vermişdik. 

Tramp ABŞ-ın nüvə gücündən danışdı: “Ümid edirəm ki...”

9 Avqust 2017 18:02

“ABŞ-ın nüvə arsenalı bu gün heç vaxt olmadığı qədər güclüdür”.  Bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. Amerika prezidenti eyni zamanda ümid etdiyini bildirib ki, ABŞ-a heç vaxt onu tətbiq etmək lazım olmayacaq. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: “Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin “Trident D-5” və Minuteman III” sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.

Putin Qarabağ məsələsində Sarkisyanı YARI YOLDA QOYDU - Sirr AÇILDI

9 Avqust 2017 17:34

“Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycana silah satması davam etdi”.

Moskvada ticarət mərkəzi yanır - 120 nəfər təxliyə edildi

9 Avqust 2017 17:02

Moskvada ticarət mərkəzlərinin birində yanğın başlayıb. Yanğınsöndürənlərin gəlişinədək binadan 120 nəfər təxliyə edilib. Yanğının ümumilikdə 1500 kvadrat metr sahəni əhatə etdiyi bildirilib. Hadisə yerinə 11 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb edilib. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb. Yanğının baş vermə səbəbləri məlum deyil.

Silahlı şəxslər hoteli ələ keçirdilər - Latviyada

9 Avqust 2017 16:47

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər "Garden Palace" hotelini ələ keçirib. Bir qrup şəxs hoteldən bir neçə sakini çıxararaq onların sənədlərini alıb. Hotel sahibləri hadisə yerinə polis çağırıb. 

Cərrah qayçını qadının qarnında unutdu - "Eşidəndə şok keçirdim"

9 Avqust 2017 16:46

Almaniyada yaşayan iki uşaq anası Emel Bingöl (38), 2017-ci ilin 3 fevral günü Qaziantepdəki özəl bir xəstəxanada estetik əməliyyat etdirib. Bir gün sonra xəstəxanadan çıxan Bingöl Almaniyaya qayıdıb.

Prezidentin təyyarəsi Rusiyada partladılıb - KOMİSSİYA RƏYİ VƏ DƏHŞƏTLİ SÜBUTLAR

9 Avqust 2017 16:39

Polşa prezidenti Lex Kaçinskinin qəzaya uğradığı təyyarənin qanadında partlayış izləri aşkarlanıb. Bu nəticəyə Smolensk yaxınlığında baş verən aviaqəzanı araşdıran yeni Polşa komissiyası gəlib.