Dünya
Türkiyənin diplomatik jurnalı Zəhradan yazıb
Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan ordusu tərəfindən öldürülən Zəhra və cəbhə xəttindəki son zamanlar yaşanan gərginliklərə həsr olunmuş məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb.
6 terrorçu təslim oldu
Türk Silahlı Qüvvələri Şırnakın Silopi mahalında 6 terrorçunun təslim olduğunu, iki terrorçunun məhv edildiyini bildirib. “Olaylar” bildirir ki, Mardinin Dargeçit bölgəsinin 9 ayrı yaşayış məntəqəsində təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı 2 əl istehsalı partlayıcı qurğu, 120 Dragunov snayper tüfəng fişengi, bir silah durbini, bir əl bombası, bir əl telsizi, çox sayda əl istehsalı olan partlayıcı qurğuıarın istehsalı zamanı istifadə edilən vaistələr aşkar edilib.
Əfqanıstanda partlayış törədilib
Türkiyədə 5 hərbçi xəsarət alıb - Qatar qəzasında
Türkiyənin Bitlis vilayətində hərbçiləri aparan qatarın vaqonlarının birində qapının qopması nəticəsində 5 hərbçi xəsarət alıb. Hərbçilərdən birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Nalbandyan prezidentlərin görüşündən DANIŞDI
“Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret heç nə yoxdur”. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
65 turist zəhərləndi
Türkiyənin Muğla vilayətində yerləşən otellərinin birində kütləvi zəhərlənmə qeydə alınıb. “Olaylar” bildirir ki, 65 turist gecə saatlarında ürək bulanma, qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib. Qida zəhərlənməsindən şübhələnilən turistlərə ilkin tibbi yardımlar göstərilib.
Bərzani: “Yeni fəlakət və döyüşün...”
“Yeni fəlakət və döyüşün baş verməməsi üçün İraq Kürd Regional Rəhbərliyində referendum keçiriləcək”. Bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Londonda çıxan "El Hayat” qəzetinə müsahibəsində deyib.
Quam adalarına nüvə zərbəsi? - Müharibə hər an başlaya bilər
ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı "misli görünməmiş od alovla" ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb. Bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib. Koreya ordusunun yaydığı bəyanatda deyilir: "Koreya xalq ordusunun strateji qüvvələri hazırda Quam adaları rayonuna "Xvason-12" orta mənzilli ballistik raketi ilə zərbə endirilməsi planını diqqətlə araşdırır. Məqsəd ABŞ-ın regiondakı əsas hərbi bazasına, o cümlədən "Andersen" aviabazasına çıxışını məhdudlaşdırmaqdır. Plan qısa müddət ərzində ali baş komandana təqdim olunacaq".
Putin Qarabağa səfər edəcək? - Yevseyev ermənilərin xam xəyallarını ALOVLANDIRDI
Rusiya prezidenti Vladimir Putin dünən tanınmamış “Abxaziya Respublikası”na səfər edib. Putinin bu səfəri Ermənistanda Rusiya prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edə biləcəyi ümidlərini yaradıb. Ermənistan mediası Abxaziyaya səfər edən Putinin Qarabağa da səfər edə biləcəyi iddiası ilə çıxış edib. Halbuki, “Abxaziya Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmasa da, Rusiya tərəfindən tanınıb, qondarma “DQR”-i isə Ermənistanın özü belə tanımır. Bununla yanaşı, Putinin belə bir addım ata biləcəyini düşünmək olduqca absurddur. Lakin ermənilərin canfəşanlıqla bu məsələnin üzərində dayanması diqqət çəkir.
Qətər 80 ölkə üçün azad viza sistemini tətbiq etdi
Qətər Turizm İdarəsi, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi paytaxt Dohada birgə mətbuat konfransı təşkil edib. “Olaylar” bildirir ki, konfransda çıxış edən Turizm İnkişaf Sektorunun rəhbəri Həsən İbrahimi Qətər rəsmilərinin turizm sahəsindəki tarixi bir dəyişikliyə imza atdığnı bildirib. Belə ki, Qətərı ziyarət etmək istəyən 80 ölkənin vətəndaşları azad viza sistemindən istifadə edə biləcəklər.
“Atəş və qəzəb” müharibə gətirəcək: Qərbdən HƏYƏCAN SİQNALI
Koreya Xalq Demokratik Respublikasına (KXDR) “tarixdə görünməmiş atəş və qəzəb” sözü verən ABŞ prezidenti Donald Trampın bəyanatı mümkün hərbi münaqişə riskini artırır. Belə nəticəyə Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Amerika KİV-i gəlib.
Ermənistanda təhsilli insanların sayı azalıb
Ağır iqtisadi vəziyyət və vətəndaşların Ermənistanı kütləvi tərk etmələri ali məktəblərə qəbul olunan tələbələrin sayının kəskin azalmasına gətirib çıxarıb. Əgər 2013-cü ildə Ermənistanda ali məktəblərə 16304 nəfər qəbul olunmuşdusa, 2016-cı ildə bu rəqəm 10865 nəfər bərabər olub. 2014-cü ildə isə 11228 nəfər ali məktəbə qəbul olunmuşdu. 2017-ci ildə ali məktəblərə qəbul prosesi hələ başa çatmasa da, ekspertlərin fikrincə, bu il də rəqəmin yüksək olacağı gözlənilmir.
"Özümü körpüdən atım, deyirsiniz?" - Ebru əsəbiləşdi
Son zamanlar haqqınday yayılan xəbərlərə əsəbiləşən keçmiş model Ebru Şallı sosial şəbəkə vasitəsilə ismarış yollayıb. Evli iş adamı Uğur Akkuşla sevgili olan Ebru şəxsi həyatına müdaxilə edilməsinə hirslənib: "3 gündür gündəmdə "Ebru ərə gedir" xəbərləridir. Türkiyədə xəbər siyasəti budurmu? Xəbərçilik beləmi olur? Nə vaxt ki, susub-danışmasam, səhəri gün haqqımda yazılmış pis bir xəbərlə oyanıram.
"Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Əfqanıstanda 235 dinc sakin Talibandan xilas edildi
Taliban rejimi tərəfindən Əfqanıstanın şimalında yerləşən Seri Pul vilayətinin Mirzavat bölgəsini nəzarətə aldıqlarını və 30 nəfəri öldürərək, 235 nəfəri əsir götürmüşdülər. “Olaylar” bildirir ki, Sari Pul qəbilə liderlərinin çağırışından sonra azad edildiyini və götürülən əsirlərin qytarıldığı bildirilir.













