Dünya

İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi

11 Avqust 2017 16:00

İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası "türk sözünün yaratdığı həssaslıqlar" səbəbilə buraxılıb. Bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar deyib. O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq: "Bilmirəm, "türkdillilər" sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar".

Şok kadrlar: zibillikdə körpə tapıldı - VİDEO 

11 Avqust 2017 15:33

Zibilxanada, əskilərin və tullantıların altında olan körpə təsadüf nəticəsində ölümdən qurtulub. Zibilxananın yanından keçən iki şəxs orada uşağın ağladığını eşidiblər və tullantıları eşələyərək körpəni üzə çıxarıblar.

Şimali Kiprdə Azərbaycanlı qadını ölümcül döyüb xəstəxanalıq etdilər

11 Avqust 2017 15:19

Şimali Kiprdə azərbaycanlı qadın Nahidə Qarayeva birlikdə yaşadığı kişi tərəfindən döyülərək xəstəxanalıq edilib. Hadisə Qaziantepdə baş verib.

Dəhşətli HADİSƏ: maşın 3 yaşlı uşağın üstündən keçdi - ANBAAN VİDEO (18+)

11 Avqust 2017 15:17

Türkiyənin Mərsin əyalətində qandonduran yol qəzası baş verib. Şəhərin mərkəzi yollarından birində qəflətən yola qaçan 3 yaşlı uşağı maşın vurub. Anası ehtimal olunan qadın uşağı xilas etmək istəsə də, buna nail ola bilməyib.

Gürcüstan parlamentinin komitəsində Azərbaycandilli məktəblərlə bağlı məsələ qaldırılacaq

11 Avqust 2017 15:07

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda məktəblərin müəllim heyəti ilə görüşüb.  Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə məktəbləri narahat edən problemlər müzakirə olunub.

Yerə bənzər 4 planet aşkarlanıb

11 Avqust 2017 14:56

Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsindən 12 işıq ili məsafəsində yerləşən Tau Kita ulduz birləşməsi ətrafında 4 Yerə bənzər planetin dövr etdiyi aşkarlanıb. “Olaylar” bildirir ki, planetlərin çəkisi Yerin çəkisinin 1,7-si qədərdir. Buna görə də onlar Günəşə bənzər ulduzların ətrafında aşkarlanan ən kiçik göy cismləri hesab edilirlər. Obyektlərin dördü də qayalıqdan ibarətdir. Tau Kita ulduz birləşməsindən ən uzaq məsafədə yerləşən iki planet potensial olaraq həyat üçün yararlı hesab edilib.

3 universitetin lisenziyası LƏĞV EDİLDİ

11 Avqust 2017 14:52

Bir həftə ərzində Rusiyada üç ali təhsil müəssisəsi və bir filialın lisenziyası tamamilə ləğv edilib. Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidmətinin mətbuat katibliyinin yaydığı məlumata görə, cari ildən Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutu və Vladimir Biznes İnstitutuna tələbə qəbulu dayandırılıb.

Britni Spirsin konsertində təhlükəli anlar - VİDEO

11 Avqust 2017 14:41

35 yaşlı müğənni Britni Spirsin Las-Veqas konsertində başına iş gəlib.  Müğənni mahnısını ifa edərkən naməlum şəxs özünü səhnəyə ataraq onun şousunu dağıtmağa çalışıb. 

Poroşenko payızda döyüşə başlayır – ƏSAS RƏQİBLƏR

11 Avqust 2017 14:40

Ukrayna prezidenti Pyotr Poroşenkonun reytinqi sürətlə aşağı düşür. Onun 2019-cu ildə keçiriləcək seçkilərdə qələbəsi böyük şübhə doğurur. “Ukraynskaya Pravda” nəşrinin mənbələrinin sözlərinə görə, Poroşenkonun əsas problemi Yuliya Timoşenkodur. Bütün sosioloji sorğulara görə, keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Poroşenkonu qabaqlayır. Ehtimal ki, ölkədə heç nə dəyişməsə, 2019-cu ildə məhz Timoşenko Ukraynanın növbəti prezidenti olacaq. Amma Poroşenkonun siyasi texnoloqları ümidlərini itirmirlər.

Boşanmaq istəyənlərə QƏRİBƏ CƏZA: 6 həftə boyunca...

11 Avqust 2017 14:26

Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur. Bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb. Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.

Qadın işçi oğrularla mağazada tək qaldı

11 Avqust 2017 14:24

Türkiyənin Konya şəhərində bir mağazada qalan Həbibə Tok adlı qadının başına qorxunc hadisə gəlib.  Hadisə, bu gecə saat 4 radələrində baş verib. İddiaya görə, Ərzurumdan gəldiyi öyrənilən mağaza işçisi olan 25 yaşlı Həbibə Tok mağazanın 3-üncü mərtəbəsindəki otaqda yatarkən içəridən səslər gəldiyini hiss edib. İçəridə oğruların olduğunu hiss edən Həbibə Tok mağaza sahibinə zəng edib. Mağaza sahibi də telefonundan təhlükəsizlik kameralarına baxdığında içəridə iki oğrunun gəzdiyini görüb və Həbibə Toka polisdən kömək istəməyini söyləyib.

London metrosunda qatar yandı

11 Avqust 2017 14:20

London metropolitenində qatarların birində yanğın baş verib. Hadisə ilə əlaqədar həmin xəttdə qatarların hərəkəti dayandırılıb. İnsanlar təxliyə edildikdən sonra stansiya polis tərəfindən bağlanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirdi

11 Avqust 2017 14:15

ABŞ prezidenti Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarını qeyzləndirib. Ölkə xaricində çalışan amerikalı diplomatlardan biri prezidentin sözlərini hiddətləndirici adlandırıb. O qeyd edib ki, bu cür mövqe hətta ABŞ xarici siyasət idarəsinin bir çox ştatlı əməkdaşını işi tərk etməyə sövq edə bilər: "Bu, təhlükəli situasiyada ölkəsinə xidmət edən insanlara qarşı görünməmiş şəkildə hörmətsiz və ruhdan salan bir davranışdır".  

Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ: Dünyanı yox edəcək SİLAHLAR AKTİVLƏŞDİRİLİR

11 Avqust 2017 14:06

ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.

Rusiya müharibəyə hazırlaşır? - Putin icazə üçün Dumaya MÜRACİƏT ETDİ

11 Avqust 2017 13:31

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından istifadə edilməsinə icazə verməyi xahiş edib. Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə verəcək.