Dünya

Batmış Romanın qalıqları tapıldı

11 Avqust 2017 13:16

Dünyanın ən önəmli sualtı arxeoloji layihələrindən olan Roma şəhərinin qalıqları üzə çıxmağa başlayıb. Tarixi şəhər restavrasiya edildikdən sonra aquapark kimi turistlərin xidmətinə veriləcək. Türkiyənin Urla vilayəti ərazisinə daxil olan “Klazomenayi” adlı antik şəhərin qalıqları Ankara Universiteti Sualtı Arxeoloji Araşdırma Mərkəzi tərəfindən incələnməyə başlanıb. Araşdırma zamanı b.e.ə. VII minilliyə aid qalıqlara da rast gəlinib.

Polis avtomobilinə hücumu -2 ölü

11 Avqust 2017 13:11

Pakistanın Kəraçi şəhərində polis avtomobilinə silahlı hücum olub. “Olaylar” bildirir ki, hücum zamanı iki polis həlak olub. Polis müfəttişi Zülfikar Larik bildirir ki, hadisəsi ilə bağlı istintaq başladılıb.

Rəqs edən milyonçunun başı dərddə: banklar onu axtarır

11 Avqust 2017 12:51

İnstagram-da paylaşdığı fotolar və videolarla məşhurlaşan, sosial şəbəkələrdə "rəqs edən milyonçu" kimi tanınan 50 yaşlı Canluka Vakkinin ciddi problemləri var.  Sadəcə, İnstagram-dakı profilinin 11 milyondan artıq daimi təqibçisi olan 50 yaşlı italyan iş adamı lüks həyatının əks olunduğu paylaşımlarla tanınır. 

Bir həftənin gəlini faciəvi şəkildə öldü: əri hamamın qapısını açanda ...

11 Avqust 2017 12:45

Manisa şəhərinin Turqutlu rayonunda yaşadığı evin hamamında huşsuz halda tapılan 1 həftənin gəlini, çatdırıldığı xəstəxanada həyatını itirib. 1 həftə imiş ailə həyatı quran Beste P. (17) duşa girib. Gənc qadından xəbər ala bilməyən həyat yoldaşı və anası evə gəldiklərində gördüklərindən şok olublar. Besteni hamamda hərəkətsiz vəziyyətdə görən qayınanası və həyat yoldaşı təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri gəlini dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

İŞİD İranı təhdid etdi

11 Avqust 2017 12:37

İraq-Suriya sərhədinin  Tanaf mahalında İŞİD terror təşkilatı iranlı əsgər Muhsin Hocecinin boğazını kəsərək, internet vaistəsi ilə  görüntüləri paylaşıb. İran rəsmiləri İŞİD - ə kəskin etirazlarını bildiriblər. Hadisəyə ilk cavabı İran İnqilab Mühafizəsi dəstəsinin  Qüds üzrə  komandiri Qasım Süleymanidən gəldi: “Şəhidlərimizn qanına and olsun ki, biz onların hamısını öldürmədən rahat olmayacayıq” – deyə, bildirib.

3 terrorçu məhv edildi

11 Avqust 2017 12:35

Türk Silahlı Qüvvələri Şemdinli vilayətində PKKterroq qruplaşmasına qarşı əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, 40 dərəcə istidə həyata keçirilən əməliyyat zamanı üç terrorçu məhv edilib. Əməliyyat iki fərqli mağarada həyata keçirilib. Təhlükəsizlik qüvvələri mağarada müxtəlih silah – sürsat ələ kçiriblər.

Çində avtoqəza – 36 ölü

11 Avqust 2017 12:34

Çinin Şaanşi əyaletinin Ankang şəhərində avtobus Pekin-Kunming avtomobil yolunda yerləşən Çininq tunelinə çırğılıb. “Olaylar” bildirir ki, avtobusda 49  sərnişin olub. Qəza zamanı 36 nəfər həlak olub, 13 nəfər isə ağır yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Saakaşvili Macarıstana getdi

11 Avqust 2017 12:11

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ailəsi ilə birlikdə Macarıstana gəlib. O, bu barədə özünün Facebook səhifəsində yazıb.

Maskalı şəxslər inkassatora hücum etdilər: bank işçiləri yaralandılar

11 Avqust 2017 12:10

Türkiyənin Hatay rayonunda bir bankın inkassatoruna maskalı iki şəxs silahla hücum edib.Silahlı hücum zamanı iki bank işçisi yaralanıb. 

ABŞ Rusiyanı bu yolla SUSDURACAQ

11 Avqust 2017 12:02

Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə bilər. Bu haqda diplomatik mənbələrə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb. 

Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi - VİDEO

11 Avqust 2017 12:00

Bütün Qafqazda olduğu kimi, Dağıstanda da gəlin maşınının yolunu kəsərək, uşaqların “şirinlik” istəməsi adətdir. Kimin cibindən nə çıxırsa, həmin uşaqlara “xərac” verəndən sonra təmtəraqla bəzədilmiş avtomobillər yoluna davam edir. Ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya “pulsuz” çatmaq istəyib. Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən avtomobili onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib. 

Kvanç Tatlıtuğ ölümdən döndü

11 Avqust 2017 11:56

Türkiyənin məşhur siması Kvanç Tatlıtuğ Bodrumda istirahəti zamanı faciə yaşayıb. Aktyor qayığından sahildə dayanan birinə zibil paketi verərkən ayağı sürüşüb və dənizə yıxılıb. O, qayığın pərvanəsinə yaxın məsafəyə düşüb.

Şok kadrlar: killer bərbərxanada güllələndi - VİDEO

11 Avqust 2017 11:40

Şimali və Cənubi Amerikaların ən qəddar, genişmiqyaslı və təhlükəli mütəşəkkil cinayətkar qruplaşmaları olan "Mara Salvatruça" (M13) və "Los-Zetas" arasındakı toqquşmalar səngimək bilmir. Bu qarşıdurmanın növbəti qurbanı Oskar Martin Mendosa Barrero olub.

22 şübhəli İŞİD – çi saxlanıldı

11 Avqust 2017 11:34

Türkiyənin Elazığda vilayətində təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 22 nəfər saxlanıldı. Saxlanılanların  İŞİD terror təşkiltı ilə əlaqəli olmaqda şübhəli bilinirlər. Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. 

7 aylıq uşaq öldü – Qatil QARĞADI

11 Avqust 2017 11:33

Misirin İsgəndiriyyə şəhərində qarğa 7 aylıq uşağın ölümünə səbəb olub. “Olaylar” bildirir ki, Təhlükəsizlik Müdirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, eyvandan otağa daxil olan qarğa 7 aylıq Ademin boğaz hissəsindən ağır yaralayıb. Dərhal xəstəxanaya yerləşdirilən uşağın həyatını xilas etmək mümükün olmyıb.