Dünya

Gürcüstan Rusiyanın addımını pislədi - Bəyanat

11 Avqust 2017 17:36

Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb. Məlumata görə, bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

PKK-ya qarşı növbəti əməliyyat – 3 terrorçu silahlarla birlikdə məhv edilib

11 Avqust 2017 17:33

Türkiyə  Silahlı Qüvvələri bu gün  PKK terror təşkilatına qarşı növbəti əməliyyatlara başlayıb.  Əməliyyatlar çərçivəsində Hakkari rayonun Şəmdinli qəsəbəsinə bağlı Qaradağ bölgəsində müəyyən edilən 3 terrorçu və xeyli sayda silah-sursat havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirilib.

Novosibirskdə təyyarə qəzası - 1 ölü

11 Avqust 2017 17:30

Rusiyanın Novosibirsk şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub. Təyyarənin düşdüyü yerdə yanğın qeydə alınıb. Yanğının qarşısı qısa müddətdə alınıb.

Aİ-nin yeni inteqrasiya konsepti: 4 səviyyəli funksional struktur

11 Avqust 2017 17:21

Bir neçə ildir ki, Qərb mütəxəssisləri Avropa İttifaqının gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Burada bədbin sonluqdan tutmuş, nikbin modellərə qədər çoxsaylı yanaşmalar özünü göstərir. Analitiklərin arasında fikir müxtəlifliyinin olması Aİ-nin özünün qeyri-müəyyənliklər içində olması ilə izah oluna bilər.

1 saat dilə tuta bilmədilər: 20 yaşlı gəncin intihar anının VİDEOsu

11 Avqust 2017 17:08

İstanbulun Kadıköy ərazisində 6 mərtəbəli binanın damına çıxan 20 yaşlı Musa K. adlı gənc, 1 saat davam edən danışıqlara baxmayaraq özünü binadan atıb. Xilasetmə qruplarının hava yastığına düşən gənc xəstəxanaya çatdırılıb.

Evləndirmə verilişinə çıxan bəy namizədi həbs edildi

11 Avqust 2017 17:07

Seda Sayanla Uğur Aslanın apardığı "Evleneceksen gel" qatılan və "Apaçi" rəqsi ilə məşhurlaşan bəy namizədi Mustafa B. həbs edilib. O, ötən gün günorta saatlarında səkidə yeriyən bir qadının əlindən telefonunu alaraq qaçmaqda günahlandırılır. Mustafanın evində aparılmış yoxlamalar zamanı həmin qadına məxsus telefon tapılıb.

Pakistanda PARTLAYIŞ - 3 ölü, 25 yaralı

11 Avqust 2017 16:56

Pakistanın şimal-qərbində avtomobildə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb. Yerli işçiləri aparan avtomobil partlayıcının üzərinə çıxıb.

Tramp: “Şimali Koreya ilə döyüşə hazırıq”

11 Avqust 2017 16:52

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib. “Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa”, - deyə o, “Twitter”də yazıb.   D. Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.

21 yaşlı gənc edam olundu

11 Avqust 2017 16:49

İranda 21 yaşlı gəncin edam olunması Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən tənqid edilib. Cinayət və təcavüzə görə 15 yaşında həbs edilən İran vətəndaşı Alireza Tajiki 6 il həbsdən sonra edam edilib.

Futbolçu kimi transfer oldular, hamısı fahişə çıxdı - Müştərilərlə müdhiş görüş planı

11 Avqust 2017 16:44

Bursa polisi Türkiyə daxilində hər il qadın "transfer"i edib qarşılığında mükafat alan menecerləri saxlayıb.  3 aylıq təqibin ardından şəbəkə üzvlərinin fahişəliyə məcbur etdikləri qadınlarla əlaqədar "Yeni transferləri göndərirəm, 3 illik müqaviləyə imza atdılar, müdafiəçi mövqeyində oynayır" kimi şifrəli danışıqlar ortaya çıxarılıb.

Somalidə məscid yaxınlığında partlayış

11 Avqust 2017 16:40

Somalinin paytaxtı Moqadişoda intiharçı terrorçu məscid yaxınlığında özünü partladıb. Hadisə nəticəsində bir hərbçi həlak olub. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib. Partlayışın "Əş-Şabab" terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

Dəkkə beynəlxalq aeroportunda yanğın

11 Avqust 2017 16:15

Banqladeşin paytaxtı Dəkkə beynəlxalq aeroportunda yanğın baş verib. Yanğınla əlaqədar sərnişin və aeroport əməkdaşları təxliyə edilib. Aeroport nümayəndəsinin sözlərinə görə, yanğın aeroportun binasında başlayıb. Hadisə yerinə yanğın söndürənlər cəlb olunub. 

Qadını zorlayan şəxsi 4 il sonra qol saatı ələ verdi

11 Avqust 2017 16:13

Diyarbəkirdə 5 il əvvəl 37 yaşlı fiziki əngəlli qadını zorlayan 19 yaşlı şübhəlini qolundan açılıb düşən saatdan götürülən DNT nümunəsi ələ verib.  2012-ci ildə 37 yaşlı fiziki qüsurlu qadını zorladıqdan sonra hadisə yerindən qaçarkən qolundan açılıb düşən qol saatında aprılan test nümunəsindən sonra şəxsiyyəti təsbit edilərək 4 il sonra tutulan 19 yaşlı Berat Eşsiz 25 il azadlıqdan məhrum edilib.

İrəvanda üsyan çağırışı: "Silahlanın, ölkəni Sarkisyandan azad edək!"

11 Avqust 2017 16:07

Bu gün İrəvanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib. İclasın təxirə salınmasından sonra, siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.

8 min 918 polisin iştirakı ilə əməliyyat – 251 nəfər saxlanıldı

11 Avqust 2017 16:05

Türkiyə daxilində 8 min 918 polisin iştirakı uşaqların qorunmasına istiqamətində əməliyyat həyat keçirilib. “Olaylar” bildirir ki, 251 nəfər saxlanılıb, 327 iş yeri haqqında inzibati tədbir görülüb. Eyni vaxtda 81 ayrı – ayrı yerdə həyata keçirilən əməliyyat uşaq oğrularına qarşı olub.