Dünya
Tillerson Baltik nazirlərini Vaşinqtona çağırdı
Litva, Latviya və Estoniya xarici işlər nazirləri martın 5-də ABŞ Dövlət katibi Reks Tillersonla görüşəcəklər. Bunu BNS agentliyinə açıqlamasında Litva Xarici İşlər Nazirliyinin mətbuat katibi Linas Linkyaviçyus söyləyib. Onun sözlərinə görə, görüş zamanı əsas müzakirə mövzusu regiondakı təhlükəsizlik məsələləri olacaq. Görüş Vaşinqtonda baş tutacaq.
Qlobal internetin təmini üçün iki peyk buraxılıb
ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl “SpaceX” şirkəti qlobal internetin təmini üçün iki peykin olduğu “Falcon 9” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirib. Bu barədə şirkətin “Twitter” səhifəsində deyilir.
Daşkənddə metronu partlatmaq təhdidi
Özbəkistanın paytaxtı Daşkənddə bir şəxs məlumat xidmətinə zəng vuraraq metronu partlatmaqla təhdid edib. Məlumata görə, zəng edən şəxs adının Doniyor Xolikov olduğunu deyib və həyat yoldaşının 20 dəqiqə ərzində övladını gətirməyəcəyi təqdirdə metroda partlayış olacağını bildirib.
Bir gözlü, dörd qulaqlı pişik
Avstraliyanın Gelonq şəhərində yerlilər inanılmaz bir pişik tapıblar. Məlumata görə, tapılan pişiyin 4 qulağı olub. Pişik artıq 10 həftəlik idi. Ona Frenki adını veriblər. Pişiyin deformasiyaya uğramış bir gözünü əməliyyat ediblər.
Kardaşyanın bacısı bu şirkəti çökdürdü
Kim Kardaşyanın bacısı Kayli Cennerin ucbatından Snapçat sosial şəbəkəsinin səhmləri düşüb. Cenner Tvitter hesabında artıq kiminsə Snapçatla maraqlanmadığını yazıb. “İndi kimsə Snapçat açırmı? Yoxsa belə olan yeganə adam mənəm?” - deyə o bildirib.
Hərbi elita Putinə qarşı: Suriyadan çıx!
ABŞ “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə zərbə endirməklə Moskvanı ağır vəziyyətə saldı. Bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.
Aralıq dənizində gərginlik: Türk kapitan... – Şok detallar
Təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinə məxsus 3-cü bölgəyə daxil olan İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması ilə Türkiyə Sahil Mühafizə Xidmətinin döyüş gəmisi arasındakı toqquşmanın qarşısı son anda alınıb.
Ərdoğandan sərt xəbərdarlıq: Başını fəda edən varsa...
Türkiyənin artıq vaxt qazanmaq üçün tətbiq edilən taktikalara qarnı toxdur. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Menbiçlə bağlı danışarkən deyib. “Terror qruplaşmasının yanında kimin olduğuna baxırıq.
İranın müdafiə naziri: “Azərbaycanın bizim üçün xüsusi yeri var”
İran qonşu ölkələrlə çox yaxşı əlaqələr qurmaq niyyətindədir, lakin Azərbaycanın İranın xarici diplomatiyasında xüsusi yeri var. Bunu Azərbaycana iki günlük səfərinin yekunlarına dair İRNA-ya açıqlamasında İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmi bildirib.
Türkmən qadınlara maşın sürmək qadağan olundu
Türkmənistanda aidiyyəti qurumlar qadın sürücülərin vəsiqələrinin etibarlılıq müddətinin uzadılmasını dayandırıb. Bu barədə “Alternativnıye novosti Turkmenistana” nəşrinin saytı məlumat yayıb. Türkmənistanda sürücülük hüququ məhdud müddətə - 10 il müddətinə verilir.
Belə dəfn mərasimi görülməyib - Atası ateist olduğu üçün... / FOTO
Xoşqədəmin müğənni əri Türkiyədə özündən çıxdı
ABŞ səfiri: "Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir"
"Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, tarixi öyrənmək vacib olduğu kimi, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün çalışmaqla yanaşı, parlaq gələcək üçün birgə işləmək lazımdır.
“Bu istiqamətdə Türkiyəyə problem yaratmayacağıq” – ABŞ rəsmisi
“Vaşinqtonun Ankara ilə münasibətləri həddən artıq güclüdür”. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib.
İran da öz kriptovalyutasını yaradır
İranın dövlət bankı olan “Post Bank” özünün kriptovalyutasının yaradılmasına başlayıb. Bunu jurnalistlərə açıqlamasında İran Rabitə naziri Məhəmməd Cavad Azəri Çexrumi söyləyib.














