Dünya

Türkiyədə hərbi maşın partladı: 9 yaralı

9 Aprel 2018 09:31

Türkiyənin Ağrı vilayətində hərbi avtomobil partladılıb, nəticədə 9 hərbçi yaralanıb. Hadisə Türkiyə-İran sərhədinin yaxınlığında baş verib.

Hərbi aviabazası atəşə tutuldu

9 Aprel 2018 09:30

Suriyanın Homs vilayətindəki “T-4” aviabazasına ötən gecə raket zərbəsi endirilib. Bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı habelə daha bir neçə nəfər də yaralanıb. Agentlik ölən və yaralananların dəqiq sayı barədə məlumat verməyib.

Nigeriya ordusu 149 nəfəri "Boko Haram"ın girovluğundan azad etdi

9 Aprel 2018 09:24

Nigeriya ordusu “Boko Haram” radikal qruplaşmasına qarşı əməliyyatın gedişatında 149 nəfərin girovluqdan azad edildiyini xəbər verib. Bu barədə “Premium Times” məlumat yayıb.

Qeyri-adi müalicəvi müalicəvi sarğı hazırlanıb

9 Aprel 2018 09:19

Amerika alimləri yaraların sürətli sağalmasına imkan verən sarğı hazırlayıblar. Onun yaradılması üçün dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub. Hərbi əməliyyatlar zamanı yaraların vaxtında sarılması böyük əhəmiyyət kəsb edir. Çünki yaranın infeksiyaya yoluxma ehtimalı çox yüksəkdir, həkimi gözləməyə isə vaxt olmur. Bu problemi həll etmək üçün Texas Aqrar-Texniki Universitetinin alimləri yaranı sağaldan inyeksiya sarğısı üçün material yaradıblar.

Tanınmış aktrisa vəfat etdi

9 Aprel 2018 09:16

Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib. Artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub.

Musiqinin səsini azaltmağı istədilər, bıçaqla insanlara hücum etdi: 4 yaralı

9 Aprel 2018 09:09

ABŞ-ın İndiana ştatının mərkəzi İndianapolisdə bıçaqla silahlanmış şəxs insanlara hücum edib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, silahlı şəxs şəhərin mərkəzində maqnitofona yüksəs səs verərək velosipedlə dolaşırmış. Bu zaman ətrafdakılar ondan musiqinin səsini azaltmağı istəyib. Bu da onun xoşuna gəlməyib. Velosipedi saxlayan şəxs bıçaq çıxararaq insanlara hücum edib.

Güclü zəlzələ - Yaponiyada

9 Aprel 2018 09:07

Məni buna məcbur edirlər - AST Telman

8 Aprel 2018 20:39

Hazırda Fransanın Nitsa şəhərində yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov uzun fasilədən sonra Rusiya KİV-ə müsahibə verib.  Fransaya sığınma səbəbləri, qardaşının həbsi, Rusiyaya qayıtmaq istəyindən danışan milyonçu bir sıra maraqlı məqamlara da toxunub. Müxbirin "Niyə indi müsahibə vermək qərarına gəldiz?” sualına İsmayılov belə cavab verib:

Qatar relsdən çıxdı - 50 min litr maddə yerə axdı

8 Aprel 2018 20:24

Finlandiyanın şərqində qatarın relsdən çıxması nəticəsində 50 min litr toksik maddə olan metilbutil efiri ətraf mühitə daxil olub. İnsident Myantyuxaryu bölgəsində qeydə alınıb.

ABŞ Suriyaya hərbi müdaxiləni istisna etmir

8 Aprel 2018 20:14

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib. Bunu bu gün Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib. T. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.

Almaniyada 4 şübhəli saxlanıldı - Terrora görə

8 Aprel 2018 20:13

Almaniya hüquq-mühafizə orqanları Berlində keçiriləcək marafon zamanı terror aktı törətməyi planlaşdıran 4 nəfəri saxlayıb. Həmin şübhəli şəxslər uzun müddət müşahidə altında olub.

Almaniyada 26 min insan evakuasiya edildi

8 Aprel 2018 17:44

Bu gün Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan evakuasiya edilib.

Polis Muensterdəki hadisədə terror izinə rast gəlməyib

8 Aprel 2018 15:55

Aprelin 7-də Almaniyanın Muenster şəhərində baş verən hadisə terror aktı deyil. Bunu bu gün Almaniya daxili işlər naziri Xorst Zeexofer N24 telekanalına müsahibəsində bildirib.