Almaniyada 26 min insan evakuasiya edildi
Bu gün Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan evakuasiya edilib.
8 Aprel 2018 17:44 DünyaBu gün Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan evakuasiya edilib.
Publika.az xəbər verir ki, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin bağında aşkarlanıb.
Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün zərərsizləşdirilmək üçün partladılan zaman böyük dağıntıya yol açacağı gözlənilir. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31