Dünya
Toya qədər dözə bilməyən qadın hisslərinin qurbanı oldu
Amerikada azyaşlı şagirdləri ilə cinsi əlaqədə olan qadın müəllimlərin sayı artmaqdadır. Belə bir hadisə bu dəfə də ABŞ-ın Nebraska ştatında baş verib. 25 yaşlı Amy Nowaczyk ( Emi Novaçik ) adlı qadın müəllim 13 yaşlı şagirdinə çılpaq şəkillərini göndərib, onu cinsi əlaqəyə məcbur edib. İyun ayında 27 yaşlı oğlanla ailə qurmağa hazırlaşan Emi azyaşlı ilə cinsi əlaqədə olduğuna görə işdən qovulub və polis tərəfindən saxlanılıb.
Bəşər Əsəd ABŞ-la müharibə hazırlığına BAŞLADI
Suriyanın hökümət qüvvələrinə aid bəzi hərbi bazalar ABŞ-ın ehtimal edilən raket zərbələri ilə əlaqədar boşaldılır. Bu haqda Almaniyanın DPA informasiya agentliyi məlumat yayıb. Amerika ordusunun sözcüsü polkovnik Patrik Rider hərbi variantın qəti şəkildə dəyərləndirildiyini deyib.
Türkiyə qoşunlarını Afrindən çıxaracaq
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb. Məlumata görə, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, "biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur".
Trampın vəkilinin ofisində axtarış aparıldı
Netanyahu təhdid etdi: Birbaşa hədəfimiz olacaqlar
Qəzza bölgəsindəki fələstinlilər İsrailə zərər vurmağa çalışsalar, birbaşa hədəfimiz olacaqlar. Bu barədə İsrailin Nazirlər Kabinetindən açıqlama yayılıb.
Bozdağ: "Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır"
Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır. Məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib. B.Bozdağ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada olması işğal anlamına gəlmir və təhlükəsizliyi təmin etməyə, terrorçuluqla mübarizəyə yönəlib: "Rəsmi Ankara anlayır ki, Suriyada mövcud olan bir sıra problemlər yalnız siyasi yolla həll olunmalıdır".
Tailandda ikimərtəbəli avtobus qəzaya uğradı - Çoxlu sayda yaralı və ölü var
Tailandda ikimərtəbəli avtobus qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində 6 myanmalı fəhlənin həlak olduğu bildirilib. Məlumata görə, daha 44 nəfər xəsarət alıb və onlardan 28-nin vəziyyəti ağır qiymətləndirilir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Səudiyyə Ərəbistanından Kann festivalı ilə bağlı gözlənilməz qərar
May ayında keçiriləcək 71-ci Kann kino festivalına ilk dəfə olaraq Səudiyyə Ərəbistanı da qatılacaq. Festivala qatılmaq qərarına gələn Səudiyyə Ərəbistanı bir neçə qısametrajlı filmlə müraciət edib.
23 yaşlı gəlin iki uşağını öldürüb, intihara cəhd etdi - qeyri-adi səbəb
Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib. Qaziantepdə ərinin valideynləri ilə birlikdə yaşayan 23 yaşlı Özlem K. iki övladını bıçaqlayaraq öldürüb, sonra 2-ci mərtəbədən özünü ataraq intihara cəhd edib.
Moskvadan ABŞ-a sərt xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"
Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib.
Səudiyyə şahzadəsi indi də ölkəsinə operanı gətirir
Qərblə əlaqələrini inkişaf etdirmək istəyən Səudiyyə şahzadəsi Muhamməd bin Salman ölkə vətəndaşlarını opera ilə tanış etmək qərarına gəlib. Şahzadə bu dəfə ölkəsinə operanı gətirəcək.
3 ölkənin təmsilçisi BMT-nin konfransını tərk etdi - Suriya toplantısında GƏRGİNLİK
Birləşmiş Millətlər Təşkialtının Təhlükəsizlik Şurası Suriyanın Duma şəhərində yaşanan kimyəvi hücumu müzakirə etmək üçün Nyu-Yorkda iclas keçirib. Toplantıda ABŞ və Rusiya təmsilçiləri arasında sərt mübahisələr yaşanıb.














