Dünya
Uşaqlığını küçələrdə dilənərək keçirən- Hüseyn Özer
Amerika raketləri Rusiya bazasına yaxınlaşdı
“Tomaqavk” qanadlı raketlərlə, həmçinin raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş “Donald Kuk” Amerika esminesi Suriyanın Tartus bazasının 100 kilometrliyinə qədər yaxınlaşıb. Esmines uçuş məsafəsi 1600 kilometrə çatan 56 qanadlı raket və “Standart-2” hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.
ABŞ-Çin ticarət müharibəsi pik nöqtəsinə doğru gedir
Dünya bazarı uğrunda mübarizə inkişaf etmiş ölkələrin narahatçılığını pozub.Sağlam rəqabət mühitini arxa plana keçirən güc mərkəzləri faktiki ticarət müharibəsinə start veriblər. Belə ki, dünya bazarına ən çox məhsul çıxaran ABŞ-la Çin bir-birlərindən idxal etdiyi mallara qarşı yüksək tariflər tətbiq etməklə faktiki olaraq ticarət müharibəsi elan ediblər.
Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"
"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.
FETÖ rəhbərliyində təmsil olunan 3 nəfər Türkiyəyə gətirildi
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Afrika ölkəsi olan Qabonda keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbərliyində təmsil olunan 3 nəfər tutularaq Ankaraya gətirilib. Əməliyyat nəticəsində həbs olunan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal Qabonun paytaxtı Librevil şəhərindən özəl təyyarə ilə Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Rusiya MƏHV EDİLƏCƏK, nüvə silahının tətbiqi isə... – DƏHŞƏTLİ PROQNOZLAR
“Rusiyada dövlət artıq məhv edilib. Ehtimal ki, bütün ölkə məhv ediləcək, bu və ya digər formada”. Bunu Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya maliyyəçisi və bloger Slava Rabinoviç bildirib. “Prezidenti Vladimir Putin ölkəni faciəyə aparır. Ona görə ki, hakimiyyətin dinc yolla ötürülməsi qeyri-mümkün olur. Bu, ölkə üçün fövqəladə dərəcədə təhlükəlidir. İnqilab vətəndaş cəmiyyətinin yetişdirilməsini gözləmədən də baş verə bilər”, - o deyib.
Dünyanın ən yaşlı kişisi bu ölkədə yaşayır
Yaponiyalı Masadzo Nonaka dünyanın ən yaşlı kişisi hesab olunub. Məlumata görə, yaşı 112 il 259 gün olan M.Nonakanın adı Ginnesin rekordlar kitabına salınıb. 25 iyul 1905-ci ildə doğulan şəxs Yaponiyanın Hokkaydo adasında 7 qardaş və bacısı, eləcə də 5 övladı ilə yaşayır. M.Nonaka Ginnes nümayəndələrinə televizora baxmaq və qəzet oxumaqla vaxt keçirdiyini, tort və konfet yeməyi sevdiyini deyib.
ABŞ xəritə hazırladı: Suriya yerlə-yeksan ediləcək - Şok
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Suriya rejiminə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var. Məlumata görə, vurulması nəzərdə tutulan hərbi bazalarla bağlı Fransa, İngiltərə, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriyaya məxsus hərbi qərargahlar dəniz, hava və qurudan raketlə vurulacaq.
Saakaşvili gəlsə, yenə qovulacaq - KİV
Mixail Saakaşvili Ukraynaya seçkilərə qədər geri dönməyəcək. “Apostrof” saytı Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasında quruma rəhbərlik edəcək heç bir liderin olmadığını yazıb.
Yuliya Skripal xəstəxanadan evə buraxılır
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın qızı Yuliya Skripal Böyük Britaniyanın Solsberi şəhərində zəhərləndikdən sonra, çox güman, xəstəxanadan evə buraxılır.
7 hərbçi həlak oldu
Suriyada 7 iranlı əsgər həlak olub. Olaylar.az bildirir ki, Suriyanın Homos şəhəri İsrailin T-4 hava bazasının hücumuna məruz qalıb. Həlak olanlar arasında bir polkovnikin də olduğu söylənilir. Həlak olan əsgərlər bu gün ölkələrində dəfn olunacaq.
7 mərtəbəli yaşayış binasında PARTLAYIŞ – 20 ölü, 135 yaralı
Suriyanın İdlib şəhərinin mərkəzində yerləşən yaşayış binasında partlayış baş verib. Olaylar.az bildirir ki, partlayış zamanı 28 nəfər həlak olub.
Diş həkimi xəstələrinə narkoz verib, onlara təcavüz etdi
Belçikada qəribə olay yaşanıb. Belçikada diş həkimi 3 xəstəsinə klinikada təcavüz edib. Xəstələrinə qarşı əxlaqsızlıq edən diş həkimi saxlanılıb.
"Rusiya mühüm rol oynayır" - Armen Sarkisyanın Qarabağ mövqeyi
Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. Bunu Ermənistanın yeni prezidenti Armen Sarkisyan "TASS" agentliyinə müsahibəsində deyib. A.Sarkisyan vurğulayıb ki, 23 il əvvəl Dağlıq Qarabağda atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. "Biz problemin sülh yolu ilə siyasi həllinin tapılmasında Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk. Aydındır ki, problemin həlli üçün siyasi iradə, sülhə və razılığa gəlmək lazımdır".
Ölmüş anasının pensiyasını almaq üçün meyitini3 il soyuducuda saxladı
Hindistanda insanları dəhşətə gətirəcək daha bir hadisə baş verib. Bu ölkənin vətəndaşlarından biri anasının ölmüş bədənindən ayrılmaq istəməyib: onu yandırmaq və dəfn etmək üsullarından imtina edərək saxlamaq qərarına gəlib.














