Dünya

Məşhur müğənninin arvadı gecə klubunda ərəb şeyxinin oğlu ilə... - ŞOK İDDİA 

10 Aprel 2018 17:41

Məşhur müğənni Sərdar Ortaçın xanımı Xloya Loughnanın ərəb şeyxinin oğlu ilə görüşdüyü iddia olunub. Müğənninin həyat yoldaşı iş üçün Mayamiyə gedib. Xloya Loughnanın ərəb şeyxinin oğlu ilə gecə klublarında gəzib əyləndiyi iddiası maqazin gündəminə bomba kimi düşüb.

Ece Erken nişanlandı

10 Aprel 2018 17:23

Keçmiş əri Sərkan Uçarla barışdığı deyilən aparıcı Ece Erken sosial şəbəkə paylaşımı ilə hər kəsi nigaran qoyub.  2015-ci ildə boşandıqdan sonra şəxsi həyatı ilə bir o qədər gündəmə gəlməyən aparıcı nişanlanıb. Erken barmağında brilyant nişan üzüyü ilə çəkilmiş fotosunu İnstaqram hesabında paylaşaraq "Qız "hə" dedi" yazıb. 

İlk insana aid qalıq tapıldı - Şok iddia

10 Aprel 2018 17:00

Səudiyyə Ərəbistanında ilk insana aid olduğu iddia edilən qalıq tapılıb.  Məlumata görə, alimlər bir dərədə tapılan barmaq qalığının, sadəcə ilk insana aid ola biləcəyini və 85 illik bir tarixə malik olduğunu bildiriblər.

İran XİN başçısı Trampın ittihamlarına cavab verib

10 Aprel 2018 16:35

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald TrampınSuriyadakı kimyəvi hücumda Tehranın rolunun olmasına dair iddialarını təkzib edib. O, İranın həmişə kimyəvi silahdan istifadənin əleyhinə olduğunu deyib.

Narkotik maddə yeyən qoyunlar kəndin altını üstünə çevirdilər

10 Aprel 2018 16:25

İngiltərənin Ridipandi kəndində maraqlı hadisə qeydə alınıb. Otlayan qoyunlar narkotik maddə yeyiblər və kəndi bir-birinə qatıblar. Kənd nümayəndəsi Riçard bildirib ki, qoyunlar kəndə ciddi ziyan vurublar: "Qoyunlar küçələrdə o yana bu yana qaçışır, baxçalara girir. Hətta biri evə girərək evi dağıdıb".

BƏƏ səfiri 10 milyon pulla saxlanıldı - Çevriliş planı

10 Aprel 2018 16:13

Somalinin paytaxtı Moqadişuda BƏƏ-dən gələn təyyarədən endirilən çantalar mühafizə əməkdaşlarının şübhələnməsinə səbəb olub.

İngiltərə kraliçası Məhəmməd peyğəmbərin nəslindəndir - Şok

10 Aprel 2018 16:12

İngiltərə kraliçası Yelizavetanın soykökü 43 nəsil əvvəldə Məhəmməd peyğəmbərin nəslinə söykənir. Bununla bağlı ingilis alimlərin 1986-cı ildə üzə çıxardığı faktlar “Al-Ousboue” adlı Mərakeş nəşrində yayımlandıqdan sonra gündəmə gəlib.

Rusiyaya qarşı layihə hazırlanır - Poroşenkodan ANONS

10 Aprel 2018 16:06

Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. “Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurasına müvafiq qərar layihəsinin hazırlanması üçün tapşırıq vermişəm.

Çili silkələndi

10 Aprel 2018 15:50

Çilinin mərkəzi hissəsində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar Ovalye şəhərindən 35 kilometr cənubda, yerin 2 kilometr dərinliyində qeydə alınıb.

Türkiyədən Lavrova cavab: "Afrində qalacağıq"

10 Aprel 2018 15:23

Türkiyənin müdafiə naziri Nurettin Canikli Afrindəki son vəziyyətlə bağlı açıqlama verib. Türkiyənin müdafiə naziri Afrində terror təhlükəsinin davam etdiyini deyib.  Nazir qeyd edib ki, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik.

Kemerovonun istefaya gedən qubernatoru yeni vəzifəyə seçildi

10 Aprel 2018 15:21

Kemerovonun keçmiş qubernatoru Aman Tuleyev Vilayət Xalq Deputatları Sovetinin sədri seçilib. Bunu Kemerovo Vilayət Hesablama Komissiyasının sədri Valentina İvançenko bildirib.

Azyaşlı qızı siqaret çəkməyə məcbur etdilər, başını yerə çırpdılar - VİDEO

10 Aprel 2018 15:20

Sosial şəbəkələrdə yayılan video valideynləri dəhşətə gətirir. Videoda azyaşlı qızın siqaret çəkməyə məcbur edilməsi, onun başının yerə çırpılması əks olunub. Kadrlar İngiltərədə çəkilib, Snapchat-da yayılıb.

Avstraliyada 6 tələbə kitabxanada yaşadığına görə həbs edildi

10 Aprel 2018 15:03

Avstraliyanın Port-Makkuori şəhərində yerləşən Çarlz Stüart universitetində təhsil alan 6 əcnəbi tələbə saxlanılıb. Məlumata görə, onların saxlanılmasına səbəb universitetin kitabxanasında gizli şəkildə məskunlaşmaları olub. Tələbələrdən biri ifadəsində deyib ki, onlar şəhərdə kirayə mənzil və boş yataqxana tapa bilmədikləri üçün bu addımı atmaq məcburiyyətində qalıblar.

"Seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminəm"

10 Aprel 2018 14:41

Aprelin 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tanınmış müğənni elə bir xəstəliyə yoluxdu ki... - Yemək yeyə bilmir 

10 Aprel 2018 14:38

Təxminən 5 aydır üz bölgəsində dözülməz ağrılara məruz qalan və istifadə etdiyi dərmanlar heç bir fayda verməyən türkiyəli müğənni Umut Akyürəyə "intihar xəstəliyi" kimi tanınan "trigeminal nevralogiya" diaqnozu qoyulub.