Dünya

“Word” faylları vasitəsilə yeni təhlükəli virus yayılır

10 Aprel 2018 19:13

“Menlo Security” şirkətinin mütəxəssisləri maliyyə və İT təşkilatlarına qarşı həyata keçirilən kiberhücum dalğası qeydə alıblar. Hücum “Microsoft Word” proqramında aşkar edilmiş boşluqdan istifadə edən yeni çoxpilləli metod vasitəsilə həyata keçirilir. Bu haqda “TreatPost” nəşri yazıb.

Mobil əlavələrin yüklənmə sayı və satışı üzrə rekord yenilənib

10 Aprel 2018 19:05

Bu ilin birinci rübündə mobil əlavələrin satışı və yüklənmə sayı üzrə yenidən rekord qeydə alınıb. Bu barədə “App Annie” şirkətinin hesabatında deyilir.

“NVIDIA” şirkəti köhnə videokartların və əməliyyat sistemlərinin dəstəklənməsini dayandırır

10 Aprel 2018 19:00

“NVIDIA” şirkəti 32 bit tutumlu əməliyyat sistemlərinin və köhnə videokartların dəstəklənməsini tam dayandıracaq. Bundan sonra “köhnəlmiş” əməliyyat sistemləri və aparat təminatı istifadəçilərinə təhlükəsizlik düzəlişləri, son oyunlara optimallaşdırma və məhsuldarlığın yaxşılaşdırılmasının daxil olduğu yeni “Game Ready” kompüter proqram təminatı göndərilməyəcək.

Serj Sarkisyan işsiz qaldı

10 Aprel 2018 18:57

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan aprelin 17-də baş nazir vəzifəsinə namizədliyi təsdiq olunana qədər istirahət edəcək. Bu barədə "Hraparak" erməni nəşri yazıb.

Virtual reallıq, dron və sürücüsüz avtomobillər üçün yeni “JPEG XS” formatı təqdim edilib

10 Aprel 2018 18:55

Lozanna Federal Politexnik Məktəbinin professorunun rəhbərliyi altında “Joint Photographic Experts Group” (“JPEG”) beynəlxalq komitəsi tərəfindən təqdim edilmiş “JPEG XS” adlı yeni format az enerji sərf etməklə şəkilləri sıxmağa və yüksək keyfiyyətli şəkilləri internet üzərindən az ləngimə ilə göndərməyə imkan verir. “JPEG XS” formatı virtual reallıq, artırılmış reallıq, kosmik vizuallaşdırma, sürücüsüz avtomobillər və filmlərin peşəkar redaktəsi kimi sahələrdə tətbiq ediləcək.

Yaddaşı gücləndirən neyroimplantın sınaqları keçirilib

10 Aprel 2018 18:50

ABŞ alim və neyrobioloqları beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplant vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.

Çin 2019-cu ildə “5G” texnologiyasının tətbiqini planlaşdırır

10 Aprel 2018 18:45

Çinin rabitə operatorları artıq 2019-cu ildə “5G” texnologiyasının tətbiqinə başlayacaq. Bu haqda Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Syao Yueşanyaya istinadən “China Daily” qəzeti yazır.

PKK açıqladı: ABŞ-la razılığa gəldik

10 Aprel 2018 18:29

Türkiyə tərəfinin Menbiçlə bağlı açıqlamalarından dolayı narahat olduq və ABŞ hərbçiləri ilə görüşdük. Bu sözləri PKK-nın Suriya qolu YPG-nin komandanı Əbu Adil Rusiya mətbuatına açıqlamasında deyib.

Fransada sığınacaq almaq istəyənlərin statistikası açıqlandı

10 Aprel 2018 18:27

Azərbaycan vətəndaşlarından 2017-ci ildə Fransada sığınacaq almaq üçün 472 müraciət edilib. Bu məlumat Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan şəxslərin Müdafiəsi İdarəsinin (OFPRA) dərc edilmiş illik hesabatında göstərilib.

Cem Yılmazdan yeni film gəlir

10 Aprel 2018 18:14

Aktyor Cem Yılmaz "Arif V216" filmindən sonra yeni layihə üzərində işləməyə başlayıb. Yumor ustası yeni film müjdəsini İnstaqram hesabında verib: "Əziz kinosevərlər! Yeni film fikrim "Karakomik filmlər"dir.

“KİV-lər nüvə silahından daha güclüdür”

10 Aprel 2018 18:09

“Kütləvi informasiya vasitələri silaha çevrilib. Bu, nüvə silahından daha güclüdür. Çünki kiçik enerji şəklində bir xəbər bütün planeti əhatə edir”.  Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkə KİV-lərinin rəhbərləri ilə görüşdə müasir dünyada kütləvi informasiya vasitələrinin təsirinin artan rolundan danışarkən deyib.

Tramp Latın Amerikasına səfərini təxirə saldı

10 Aprel 2018 17:56

ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar Latın Amerikasına səfərini təxirə salıb. Ağ evin məlumatında deyilir ki, o, Suriyadakı vəziyyətlə bağlı Vaşinqtonun atacağı addımlara rəhbərlik etmək üçün ölkədə qalmaq niyyətindədir.

Putin Rusiyanın unikal silahından danışdı

10 Aprel 2018 17:49

Kurçatov İnstitutunun Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri dünyada analoqu olmayan Rusiyanın strateji silahının yeni modellərinin yaradılmasında iştirak ediblər.