"Seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminəm"

Aprelin 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aprelin 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sadi Güvən Azərbaycanda 11 aprel prezident seçkilərinin ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. O, seçkilərin Azərbaycan xalqına uğur gətirəcəyinə inandığını bildirib.

MSK sədri Məzahir Pənahov hər iki ölkənin bütün sahələrdə, o cümlədən seçki prosesinə hazırlıq məsələlərində qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac duyduğunu söyləyib. O, prezident seçkilərinə hazırlıq işləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31