Kemerovonun istefaya gedən qubernatoru yeni vəzifəyə seçildi
Kemerovonun keçmiş qubernatoru Aman Tuleyev Vilayət Xalq Deputatları Sovetinin sədri seçilib. Bunu Kemerovo Vilayət Hesablama Komissiyasının sədri Valentina İvançenko bildirib.
10 Aprel 2018 15:21 DünyaKemerovonun keçmiş qubernatoru Aman Tuleyev Vilayət Xalq Deputatları Sovetinin sədri seçilib. Bunu Kemerovo Vilayət Hesablama Komissiyasının sədri Valentina İvançenko bildirib.
Onun sözlərinə görə, sessiyada iştirak edən 39 deputat gizli səsvermə yolu ilə Aman Tuleyevi yerli Xalq Deputatlar Sovetinə sədr seçib. 46 deputatdan ibarət qurum 2018-ci ilin sentyabrınadək fəaliyyət göstərəcək. Bundan sonra yenidən yerli şuraya seçki keçiriləcək.
Qeyd edək ki, martın 25-də Kemerovoda "Qış albalısı" ("Zimnaya vişnya") Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Yanğından sonra Aman Tuleyev öz istəyi ilə Kemerovo qubernatoru vəzifəsindən istefa verib. Report.az